Biləsuvarda ağır qəza: 3 nəfər yaralanıb

16.10.2025 11:37 15 baxış sayı 1 dəq. oxuma Apa
Biləsuvarda ağır qəza: 3 nəfər yaralanıb

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi (YNH) baş verib.


Məlumata görə, hadisə rayonun Aşağı Cürəli kəndinin ərazisində qeydə alınıb. Belə ki, "KİA" markalı minik avtomobili ilə "Ford Transit" markalı yük maşını toqquşub.


Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və tibbi nəzarətə götürülüblər.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalara başlanılıb.


T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: