
Beynəlxalq Axtarışda Olan Rusiya Vətəndaşı Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana Ekstradisiya Edilib

Beynəlxalq İnterpol xətti ilə axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) saxlanılaraq Azərbaycana ekstradisiya edilib.
Bu haqda məlumat Ədliyyə Nazirliyi tərəfindən ictimaiyyətə çatdırılıb.
Qeyd olunub ki, Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin müvafiq qurumları ilə sıx və səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir. Bu əməkdaşlıq cinayət törətməkdə ittiham olunan şəxslərin tutulub ölkəmizə gətirilməsini təmin edir. Cari il oktyabrın 16-da İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən axtarışa verilmiş növbəti bir şəxsin də ekstradisiyası uğurla həyata keçirilib.
Söhbət Rusiya Federasiyasının vətəndaşı Sergey Sergeevdən gedir. O, bir qrup şəxslə birlikdə mütəşəkkil dəstə yaradaraq, xüsusilə külli miqdarda pul vəsaitlərini (o cümlədən kriptovalyutanı) qanunsuz yolla Azərbaycandan xaricə və xaricdən ölkəmizə köçürməklə məşğul olub. Həmçinin, S. Sergeev mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakın leqallaşdırılmasında (Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələri) ittiham olunurdu. Onun yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən edilərək saxlanılıb.
Azərbaycan Respublikası ilə BƏƏ arasında mövcud olan Ekstradisiya haqqında ikitərəfli müqavilə əsasında, Ədliyyə Nazirliyi səlahiyyətli orqan kimi müvafiq sorğu və tələb olunan sənədləri qarşı tərəfə təqdim edib. Nəticədə, Rusiya vətəndaşının ölkəmizə təhvil verilməsinə dair razılıq əldə olunub. S. Sergeev ölkəyə gətirildikdən sonra məhkəmənin həbs qərarına əsasən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə məxsus istintaq təcridxanasına yerləşdirilib.
Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq hüquqi əməkdaşlıq sahəsində bu kimi tədbirlər davam etdirilməkdədir.
Etiketlər
Oxşar xəbərlər

Azərbaycan lideri ilə BƏƏ Prezidenti arasında tele...
Bugun.az

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərin...
Bugun.az

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Son Xeberler

DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlu...
Bugun.az

BƏƏ Azərbaycana humanitar yardım göndərdi
Son Xeberler

Baş Prokurorluq iki nəfəri Rusiyadan ekstradisiya...
Son Xeberler