Bərdədə 2 nəfər dəm qazından zəhərlənib

09.11.2025 16:05 10 baxış sayı 1 dəq. oxuma Trend
Bərdədə 2 nəfər dəm qazından zəhərlənib

Bərdə rayonunda dəhşətli faciə baş verib. Tumaslı kəndində qeydə alınan hadisə zamanı iki nəfər dəm qazından zəhərlənərək həyatını itirib. Ölənlər nənə və nəvə olub.


Kənd sakinləri Fətəliyeva Aytən Əsgər qızı nəvəsi Nəcəfov Sadiq Orxan oğlunu çimizdirərkən zəhərləniblər. Hər iki şəxs məhz bu proses zamanı dəm qazının təsirinə məruz qalıb və dünyasını dəyişib.


Zəhərlənən hər iki şəxsin meyiti dərhal Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə Morquna qaldırılıb. Burada tibbi müayinə aparılıb. Müayinədən sonra cəsədlər aidiyyatı üzrə təhvil verilib.


G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: