
BDYPİ: Nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq qəza riskini artırır
Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında hərəkətin sıxlaşması təhlükəsizlik məsələlərini daha da vacib edir. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə xüsusi xəbərdarlıq edir: nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq qəza riskini ciddi şəkildə artırır.
Nəzarət və profilaktik tədbirlər gücləndirilsə də, bəzi sürücülərin tələskənliyi və diqqətsizliyi məhz bu günlərdə yol qəzalarının baş verməsinə səbəb olur. Həftəsonu istirahətinin təhlükəsiz keçməsi hər bir sürücünün yolda nümayiş etdirdiyi məsuliyyətli davranışdan asılıdır. Səfərə çıxmağı planlaşdıran şəxslərə xatırladırıq ki, nasaz avtomobil sürmək, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək böyük təhlükə yaradır.
Sürücülər sürət həddini aşmaqdan, ara məsafəsini gözləməməkdən və ötmə, manevr qaydasını pozmaqdan çəkinməlidirlər. Bu qayda pozuntuları qəza riskini ciddi şəkildə yüksəldir. Unutmayaq ki, yolda qaydalara əməl etmək yalnız hüquqi öhdəlik deyil. Bu, həm də özümüzü və sevdiklərimizi qorumağın ən sadə və vacib yoludur. Yolda məsuliyyətli davranış nümayiş etdirmək bütün hərəkət iştirakçıları üçün zəruridir.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə müraciət edib
Azəri Xəbər

BDYPİ-dən çağırış: Həftəsonu istirahəti faciəyə çe...
Azəri Xəbər

Həftəsonu yollarda diqqətli olun - BDYPİ-dən ÇAĞIR...
Azəri Xəbər

DYP səfərdən dönən yol hərəkəti iştirakçılarına mü...
Azəri Xəbər

BDYPİ-dən həftəsonu səfərə hazırlaşan sürücülərə M...
Azəri Xəbər

BDYPİ hərəkət iştirakçılarına çağırış edib
Azəri Xəbər



