
Bayram günlərinin məzuniyyət dövrünə düşməsi ilə bağlı yeni QAYDA

Əsas məzuniyyət və onun müddətləri qaydalarında ciddi dəyişikliklər edilməsi gözlənilir. Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan qanun layihəsində öz əksini tapıb. Söhbət Əmək Məcəlləsindəki müvafiq maddələrin yenidən işlənməsindən gedir.
Dəyişikliklər bayram günlərinin məzuniyyət dövrünə təsadüf etməsi zamanı işçilərin istifadə etdiyi istirahət müddətinə təsir edəcək. Mövcud qanunvericiliyə əsasən, əmək məzuniyyətinə təsadüf edən iş günü hesab olunmayan bayramlar təqvim günlərinə daxil edilmir və buna görə ödəniş edilmir. Yeni layihə isə bu mexanizmi tamamilə yenidən qurur. Əsas məqsəd məzuniyyət müddətinin düzgün hesablanması və işçilərin itkisinin qarşısını almaqdır.
Layihəyə görə, əmək məzuniyyəti dövrünə düşən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilməyəcək və ödənilməyəcək. Lakin bu günlərin sayı qədər məzuniyyətin ümumi müddəti uzadılacaq. Bu o deməkdir ki, bayramlar faktiki olaraq işçinin istirahət günlərini azaltmayacaq, sadəcə təqvim üzrə sürüşdürəcək.
Layihə xüsusi hallar üçün də qaydalar müəyyənləşdirir. Əgər Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bir bayram günü ilə üst-üstə düşərsə, və bu üst-üstə düşmə əmək məzuniyyəti dövrünə təsadüf edərsə, o zaman üst-üstə düşən günlər cəmi bir gün hesabı ilə nəzərə alınacaq. Bu qayda ikiqat bayram halları üçün tətbiq olunur. Milli Məclis komitəsində müzakirə edilən bu qanun layihəsi, məzuniyyət dövrünün müddətinin hesablanması qaydalarını sadələşdirən və aydınlaşdıran mühüm bir sənəddir.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil e...
Bugun.az

Dörd günlük tətil başlayıb
Azəri Xəbər

Ardıcıl 11 gün iş olmayacaq - Bu ayda
Bugun.az

Bayramda qatarlar belə işləyəcək
Bugun.az

Bu ay Azərbaycanda ardıcıl 6 qeyri-iş günü olacaq
Xəbər Anı

Sabah iş günüdür?
Xəbər Anı



