
"Bayırşəhərdə" daha 50-dən artıq tikiliyə tarixi abidə statusu veriləcək
Bakının "Bayırşəhər" ərazisində yerləşən 50-dən artıq tikiliyə tarixi abidə statusu verilməsi planlaşdırılır. Bu barədə məlumatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov jurnalistlərə açıqlayıb.
Qasımov son illərdə Bakı şəhəri ərazisində aparılan işləri xatırladıb. Onun sözlərinə görə, insanyönümlü şəhərin yaradılması və müasirləşdirilməsi istiqamətində addımlar atılır. Rəis əlavə edib ki, son bir neçə ay ərzində məhz "Bayırşəhər" ərazisində regenerasiya layihəsi icra olunur.
Riad Qasımov bu işlərin aparılması zamanı əsas məsələnin mədəni irsin qorunması olduğunu vurğulayıb. O qeyd edib ki, bu hissə şəhərsalma baxımından çox böyük və əhəmiyyətli ərazidir. O bildirib ki, burada heç bir halda mədəni irs nümunəsinin, tarixi abidənin sökülməsinə yol verilmir.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Şuşada salamat tarixi bina yoxdur -
Son Xeberler

Bu abidə ermənilərin Dağlıq Qarabağa köçürüldüyünü
Son Xeberler

“Heç şəhərin mərkəzində belə abidəmi olar?” -
Son Xeberler
Romada orta əsrlərə aid tarixi binanın bir hissəsi...
Azəri Xəbər

Portlenddə ABŞ prezidentinin abidəsi aşırılıb
İdman Xəbər
"Sovetski"də gözəl görünüşlü 127 tarixi binanın qo...
Azəri Xəbər



