
Banlqadeş paytaxtında baş verən iğtişaşlarda azı 50 nəfər xəsarət alıb

Banqladeşdə sabiq baş nazir Şeyx Həsinəyə ölüm hökmü elan edildikdən sonra paytaxt Dəkkədə böyük iğtişaşlar başladı. Bu hadisələr nəticəsində azı 50 nəfər yaralandı. Xəsarət alanlar arasında polis əməkdaşları və hərbçilər də var idi. Hadisə ilə bağlı məlumatı "Dhaka Tribune" qəzeti yayıb.
İğtişaşlar Dəkkədəki tarixi ərazidə, respublikanın qurucusu hesab edilən Şeyx Mucibur Rəhmanın keçmiş iqamətgahının yerləşdiyi muzey ətrafında cərəyan edib. Şeyx Mucibur Rəhman sabiq baş nazir Şeyx Həsinənin atasıdır. Müxtəlif universitetlərdən gələn yüzlərlə tələbə etiraz edirdi. Onlar açıq şəkildə muzey binasını sökmək niyyətində olduğunu bildirmişdilər. Tələbələr niyyətlərini həyata keçirmək üçün hadisə yerinə iki buldozer də gətirmişdilər.
Kütlənin muzey ərazisinə daxil olmasına mane olmaq üçün hüquq-mühafizə orqanları dərhal baryerlər qurdular. Polis aksiya iştirakçılarına mane olmağa çalışdı. Kütləni dağıtmaq məqsədilə hüquq-mühafizə qüvvələri gözyaşardıcı qaz və səs bombalarından istifadə etdi. Şeyx Həsinəyə çıxarılan ölüm hökmünün ardından başlayan bu gərginlik paytaxtda toqquşmalara və çox sayda insanın xəsarət almasına gətirib çıxardı.
Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Gəncədə yol qəzası olub, 4 nəfər xəsarət alıb - FO...
Azəri Xəbər

Ermənistanda avtobus aşıb, 18 nəfər xəsarət alıb
Azəri Xəbər

Lənkəranda baş verən kütləvi davada
melumat.tv

Samuxda baş verən qəzada 3 nəfər xəsarət alıb
Azəri Xəbər

Dehlidə avtomobildə partlayış nəticəsində 8 nəfər...
Azəri Xəbər

Qəbələdə yol qəzasında 3 nəfər xəsarət alıb - FOTO
Azəri Xəbər



