"Baku Electronics"də "Super Cümə" başladı!

20.11.2025 13:26 8 baxış sayı 2 dəq. oxuma Report
"Baku Electronics"də "Super Cümə" başladı!

Baku Electronics mağazalar şəbəkəsində səbirsizliklə gözlənilən "Super Cümə" kampaniyası start götürüb. 13 – 30 noyabr tarixlərində baş tutan bu kampaniya çərçivəsində müştəriləri böyük fürsətlər gözləyir. Bu müddətdə fərqli məhsul qruplarına 70 %-ə qədər endirimlər tətbiq edilir.


Endirimlərdən əlavə, nağd qiymətlə satılan məhsulları 24 aya qədər hissə-hissə ödəmək mümkündür. Kreditlə məhsul almaq istəyənlər üçün də xüsusi şərtlər təqdim olunur. Apple məhsulları və smartfonlar endirilmiş qiymətlə, ilkin ödənişsiz və faizsiz 18 ay müddətinə təklif edilir. Məişət texnikası və televizorlar üçün isə ilkin ödənişsiz və faizsiz şərtlər ilə, komissiya olmadan 18 ay müddətində hissəli ödəniş imkanı verilir.


Kampaniya müddətində bir sıra məhsulların qiymətində əhəmiyyətli eniş müşahidə olunur. Məsələn, Roborock tozsoranının qiyməti 559,99 manatdan 379,99 manata düşüb. BEKO soyuducusu 1999,99 manat yerinə 1199,99 manata, Dyson saç feni isə 1599,99 manat əvəzinə 1099,99 manata təklif edilir. Bu fürsətlər cəmi 18 gün- 13–30 noyabr tarixlərində keçərlidir. Kampaniya Baku Electronics-in bütün Bakı və region mağazalarında tətbiq olunur. Şirkət 30 ildən çox müddətdir ki, müştərilərə keyfiyyətli məhsullar təqdim edir. Baku Electronics bir sıra məşhur brendin, o cümlədən Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Panasonic, və Delonghi kimi markaların rəsmi distribüteridir. Şirkət həmçinin Apple brendinin rəsmi satış təmsilçisi kimi tanınır.


L
Biznes müxbiri

Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: