
Bakıda NATO-nun milli təhlükəsizliyə yanaşmaları ilə bağlı kurs keçirilir

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda "Strateji araşdırma və dövlət müdafiəsini idarəetmə akademik kursu" (SADMİAK) davam edir.
Bu haqda Müdafiə Nazirliyindən məlumat verilib.
Kursun milli təhlükəsizlik bloku çərçivəsində dinləyicilər xarici ölkələrin, o cümlədən NATO ölkələrinin milli təhlükəsizliyə yanaşmaları ilə tanış olurlar. Türkiyə və Bolqarıstan Milli Müdafiə universitetlərinin müəllim-professor heyətləri milli təhlükəsizliyin müxtəlif aspektləri üzrə mühazirələr oxuyublar. Dinləyicilərin sualları cavablandırılıb, bu sahədə maraq doğuran məsələlər ətraflı müzakirə edilib.
Azərbaycan Ordusunun və dövlət orqanlarının yüksək rütbəli, vəzifəli şəxsləri kursda iştirak edir. Qardaş Türkiyə və Pakistan Silahlı Qüvvələrinin nümayəndələri də strateji səviyyədə təhsil alırlar.
Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçiril...
Bugun.az

ABŞ və müttəfiqlər Ukraynada davamlı sülh üçün bir...
Bugun.az

ADAU
Xeberler

NATO Baş Katibi Təcili Açıqlama Verəcək
KIBRIT MEDIA

NATO-dan Ukrayna sammiti ilə bağlı açıqlama
Bugun.az

Putin NATO-ya hücum etsə, cavab dağıdıcı olacaq -...
Bugun.az