
Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürüb

Bakıda ağır cinayət hadisəsi baş verib. Bir ana yeni doğulmuş körpəsini öldürüb. Hadisə Xəzər rayonunun ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova 3 günlük oğlan övladını noyabrın 11-də qətlə yetirib. O, körpəni Türkan qəsəbəsinin ərazisində dənizə ataraq bu ağır cinayət hadisəsini törədib.
Polis əməkdaşları hadisə ilə bağlı dərhal tədbirlər görüblər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində P. Eyvazova saxlanılıb. Hazırda hadisə yerində meyitin tapılması istiqamətində axtarışlar davam edir.
Faktla bağlı araşdırma aparılır. Cinayətin detalları və motivləri müəyyən ediləcək.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Sumqayıtda tələbə qız özünü dənizə ataraq intihar...
Son Xeberler

Bakıda dənizə düşən sürücü öldü
Bugun.az

Hindistan Xəstəxanasında Yanğın: 10 Körpə Həyatını...
Son Xeberler

Kişi çimərlikdəki zibilləri toplayıb dənizə atdı -
Son Xeberler

Dənizə düşən şəxs xilas edildi
Son Xeberler

Dənizkənarı Milli Parkda intihara cəhd olub
Son Xeberler



