🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
11 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə

Bakı yollarında tıxacın müşahidə olunduğu ərazilər - RƏSMİ SİYAHI

13.10.2025 04:37 14 baxış sayı 2 dəq. oxuma
Bakı yollarında tıxacın müşahidə olunduğu ərazilər - RƏSMİ SİYAHI

Bakı şəhərində nəqliyyat sıxlığının (tıxacın) müşahidə olunduğu küçə və prospektlərin siyahısı açıqlanıb.


Məlumatı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yayıb.


Hazırda paytaxt yollarında vəziyyət aşağıdakı kimidir:


1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqaməti;


2. Tbilisi prospekti, "20 Yanvar" metrosundan mərkəzə doğru;


3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;


4. Bakıxanov küçəsi (İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətinə);


5. Koroğlu Rəhimov küçəsi (Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində);


6. Heydər Əliyev prospekti (Əsas yol, mərkəz istiqamətində);


7. Heydər Əliyev prospekti (Köməkçi yol, mərkəz istiqamətində);


8. "20 Yanvar" dairəsi;


9. Alı Mustafayev küçəsi (Ziya Bünyadov prospektinə doğru);


10. Ziya Bünyadov prospekti (Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətinə);


11. Afiyəddin Cəlilov küçəsi (Yusif Səfərov küçəsi istiqamətində);


12. Üzeyir Hacıbəyli küçəsi (Azadlıq prospekti ilə kəsişməyə qədər);


13. 8 Noyabr prospekti (Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətinə);


14. Binəqədi şosesi ("Azadlıq prospekti" metro stansiyasına doğru);


15. Zərifə Əliyeva küçəsi;


16. 28 May küçəsi (Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər);


17. 1-ci Göl kənarı yolu (Ziya Bünyadov prospektinə doğru);


18. Aeroport şosesi ("Koroğlu" metro stansiyası istiqamətində) hazırda sıxlıq müşahidə olunur.


Paylaş: