
Azərbaycanda ən çox bazar payına malik mobil telefon markaları - SİYAHI

“Global Stats” Statistika Mərkəzinin məlumatına görə, Azərbaycanda ən çox satılan mobil cihazların adı bəlli olub. Bu ilin noyabr ayında "Samsung" smartfonları böyük üstünlüklə mobil cihazlar üzrə birinci pillədə qərarlaşıb. Marka 24,96 faiz bazar payı əldə edib. Baxmayaraq ki, Samsung liderdir, statistik göstəricilərdə onun bazarda mövqeyinin zəifləməsi müşahidə olunur. Cari ilin oktyabr ayı ilə müqayisədə "Samsung"un Azərbaycanda bazar payı 0,41 faiz bəndi azalıb. Keçən ilin eyni dövrü ilə müqayisədə düşüş daha çox nəzərə çarpır, belə ki, 2024-cü ilin noyabr ayına nisbətən bu göstərici 9,21 faiz bəndi azalıb.
Azərbaycanın smartfon bazarında ən maraqlı göstəricilərdən biri "Unknown" (Naməlum) kateqoriyasına aiddir. Ən çox bazar payına malik smartfon brendlərinin siyahısında "Unknown” ikinci yerdədir. Bu qrupa aid smartfonların bazar payı 23,8 faiz təşkil edir. Əvvəlki ayla müqayisədə "Unknown" markalı smartfonların payı 1,91 faiz bəndi azalmış olsa da, ötən ilin noyabr ayına nisbətən 15 faiz bəndi kəskin artıb. Siyahının növbəti pilləsində isə "Apple" qərarlaşıb. Bu brend bazardakı mövqeyini yaxşılaşdırıb; onun smartfonlar üzrə bazar payı 21,65 faizə bərabər olub. Bu, bir ay əvvələ nisbətən 0,45 faiz bəndi, 2024-cü ilin noyabr ayı ilə müqayisədə isə 4,84 faiz bəndi artım deməkdir. Dördüncü yerdə 18,54 faiz bazar payı ilə "Xiaomi" smartfonları mövqelənib. Bu göstərici bir ay əvvəllə müqayisədə 0,67 faiz bəndi çoxdur, lakin ötən ilin eyni dövrünə nisbətən 9,27 faiz bəndi azalıb.
İlk dörd liderdən sonra bazarın qalan hissəsi nisbətən kiçik paylara bölünür. Bu ilin noyabr ayı üzrə digər smartfonların bazar payları müəyyən edilib: "Honor" 4,94 faizlə (oktyabra nisbətən 0,6 faiz bəndi çox) beşinci yerdədir. "Huawei" 1,77 faiz, "Tecno" isə 1,16 faiz paya malikdir. Bir faizdən aşağı nəticə göstərən markalar da mövcuddur: "Oppo" 0,78 faiz, "Realme" 0,78 faiz, "Infinix" 0,86 faiz. "Motorola" 0,23 faiz, "Google" 0,08 faiz, "Lenovo" 0,06 faiz, "Sony" 0,02 faiz və "LG" isə 0,01 faiz bazar payına sahibdir. Hesabat dövründə Azərbaycanın smartfon bazarında 0,36 faiz isə digər fərqli markaların payına düşüb.
ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanda ən populyar mobil telefon markaları -...
Azəri Xəbər

Azərbaycanda ən çox bazar payına malik sosial şəbə...
Azəri Xəbər

Azərbaycanda 42 minə telefon satılır - FOTO
Bugun.az

Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Be...
Bugun.az

"ChatGPT"nin Azərbaycandakı bazar payı artıb
Azəri Xəbər

Lava Play Ultra: Mobil Oyunçular üçün Yeni Güclü T...
Texnologiya xəbərləri



