Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 56 mini keçib

17.10.2025 11:46 7 baxış sayı 1 dəq. oxuma Report
Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 56 mini keçib

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 56 003 borcalana 3 milyard 680,066 milyon manat kredit verib.


Bu məlumat İKZF-nin rəsmi açıqlamasında bildirilir.


Bundan başqa, qurum indiyə qədər 642 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verildiyini bəyan edib. Həmçinin kirayəyə vermək yolu ilə 8 256 mənzil realizə olunub.


Xatırladaq ki, Fond "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi nəticəsində 2017-ci ilin sonunda yaradılıb. Qurum onların hüquqi varisidir.


Fond dövlət agenti kimi fəaliyyət göstərir. Bu qurum milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsində, ucuz maliyyə resurslarına çıxışın təmin edilməsində likvidlik dəstəyi verir.


S
İqtisadi analitik

İqtisadiyyat sahəsində 10 ildir analitik işləyirəm. Maliyyə bazarları və investisiya mövzuları mənim ixtisasımdır. BSU-nun İqtisadiyyat fakültəsini bi...

Bütün məqalələrə baxın
Paylaş: