Azərbaycan qılıncoynadanları İslamiadada qızıl medal qazanıblar (FOTO)

20.11.2025 18:25 6 baxış sayı 2 dəq. oxuma Trend
Azərbaycan qılıncoynadanları İslamiadada qızıl medal qazanıblar (FOTO)

Səudiyyə Ərəbsitanının Ər-Riyad şəhərində keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma yarışlarına yekun vurulub. Turnirin son günü qadınların sablya növü üzrə komanda yarışında qaliblər müəyyənləşdi. Azərbaycan millisi gərgin mübarizə nəticəsində qızıl medal qazanmağa nail oldu.


Zərifə Hüseynova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət Azərbaycan komandası yüksək nəticə göstərdi. Onlar yarımfinal mərhələsində Türkiyə millisini 45:32 hesabı ilə məğlubiyyətə uğratdılar. Gərgin keçən final qarşılaşmasında isə Azərbaycan komandası Özbəkistan yığmasını 45:43 hesabı ilə məğlub edərək çempion adını qazandı.


Qadınlardan ibarət millimiz şpaqa növü üzrə komanda yarışında da medal qazanıb. Xədicə Həsənli, Aynur Quliyeva və Nazilə Rəhimovadan ibarət heyət 1/4 finalda BƏƏ yığmasına 45:29 hesabı ilə qalib gəlib. Lakin yarımfinal görüşündə komanda Özbəkistana 38:39 hesabı ilə minimal fərqlə uduzdu. Bu nəticə ilə qadın şpaqaçılarımız bürünc medal əldə etdilər. Bundan əlavə, daha əvvəl Vahab Fətullayev kişi şpaqaçıların şəxsi yarışında, həmçinin Palina Kaspiaroviç qadın sablyaçıların şəxsi yarışında bürünc medal qazanmışdı.


N
Olimpiya idmanları müxbiri

Olimpiya idman növləri və idmançıların hekayələrini danışmağı xoşlayıram. Qadın idmanının inkişafı mənim ürəyimə yaxın mövzudur.

Bütün məqalələrə baxın
Paylaş: