
Azərbaycan hərbçiləri “Eternity-2025” təlimində iştirak edir

Azərbaycan, Gürcüstan və Türkiyə Respublikalarının Müdafiə Nazirlikləri arasında hərbi əməkdaşlıq planına uyğun olaraq, Türkiyənin Qars vilayətində üçtərəfli "Eternity-2025" kompüter dəstəkli qərargah təlimi (KDT) keçirilir.
Azərbaycan Müdafiə Nazirliyindən (MN) daxil olan məlumata görə, təlim kompüter dəstəkli və praktiki olmaqla iki mərhələdə həyata keçiriləcək. Təlim üç ölkənin ərazisindən keçən strateji əhəmiyyətli obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizə və müdafiəsi ssenarisi üzərində qurulub.
Qeyd edək ki, bu birgə qərargah təlimində ölkəmizi Azərbaycan Ordusunun hərbi qulluqçuları, eləcə də Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları təmsil edir. Təlim oktyabrın 24-də başa çatacaq.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“AZIREX-2025” təlimində iştirak edən İran hərbi gə...
Azəri Xəbər

Azərbaycan hərbçiləri təlimlər çərçivəsində tapşır...
Bugun.az

Azərbaycanın bir qrup hərbçisi Özbəkistana getdi
Bugun.az

İran hərbi gəmiləri Bakı limanını tərk edib
Azəri Xəbər

İran hərbi gəmiləri Bakı limanını tərk etdi -FOTO
Bugun.az

Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda təlim...
Bugun.az