Azərbaycan Boks Federasiyasının rəsmisi: "Komandamız dünya çempionatına tam hazırdır"

03.12.2025 07:27 10 baxış sayı 2 dəq. oxuma Report
Azərbaycan Boks Federasiyasının rəsmisi: "Komandamız dünya çempionatına tam hazırdır"

Azərbaycan boks millisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutacaq dünya çempionatına tam hazır vəziyyətdədir. Azərbaycan Boks Federasiyasının (ABF) prezidentinin müşaviri Samir Hüseynov qurumun mətbuat xidmətinə bu barədə məlumat verib. O bildirdi ki, komanda turnirə tam hazırdır. Federasiya rəsmisinin sözlərinə görə, fiziki və taktiki hazırlıqlar çox yüksək səviyyədə həyata keçirilib.


Hüseynov Dubayda rəqabətin kifayət qədər ciddi olacağını gözləyir. Bu yarışda ümumilikdə 120 ölkə iştirakını təsdiqləyib. Yarışın mükafat fondu da yüksəkdir. Bu səbəbdən boks həvəskarlarını gərgin və ciddı döyüşlər gözləyir. O, təcrübəli idmançılarla yanaşı, gənc boksçuların da potensialına inandığını vurğuladı.


Bu dünya çempionatı bir çox gənc boksçu üçün ilk böyük sınaq olacaq. Bəzi idmançıların 19, 20 yaşı var və onlar ilk dəfə bu miqyasda turnirə qatılırlar. Federasiyanın əsas məqsədi ondan ibarətdir ki, gənclər bu turnirdə əhəmiyyətli təcrübə toplasınlar və özlərinə olan inamları artsın. Rəsmilər gənc idmançılardan da ciddi nəticələr gözləyirlər. Qeyd edək ki, dekabrın 3-dən 13-nə qədər davam edəcək dünya çempionatında Azərbaycanı ümumilikdə 11 boksçu təmsil edəcək.


T
Komanda oyunları müxbiri

Basketbol, voleybol və digər komanda oyunları haqqında yazıram. Bu idman növlərinin Azərbaycanda populyarlaşmasına töhfə vermək istəyirəm.

Bütün məqalələrə baxın
Paylaş: