
Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb
ABŞ-nin Nyu-York şəhərində 8 Noyabr – Azərbaycanın Zəfər Gününün 5-ci ildönümü münasibəti ilə ölkəmizin dövlət bayrağı qaldırılıb. Bu təntənəli mərasim Nyu-York şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan ərazidə, turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində, "Wall Street"də yerləşən "Bowling Green" parkında baş tutub. Üçrəngli bayrağımız parkda quraşdırılan nəhəng bayraq dirəyindən asılıb. Mərasim Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilib.
Nəhəng bayraq meydanı kimi tanınan bu parkda təşkil olunan tədbirə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, Azərbaycan diasporunun fəalları və ABŞ-də təhsil alan azərbaycanlı tələbələr fəal qatılıblar. Çıxışlarda 8 Noyabr Zəfər gününün tarixi əhəmiyyəti xüsusi qeyd edilib. Vurğulanıb ki, Azərbaycan xalqı beş ildir ki, təxminən 30 ilə yaxın müddətdə gözlədiyi qələbənin qürur və sevincini yaşayır. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı yumruq kimi birləşdi və öz canları, qanları hesabına şəhidləri ilə birlikdə tarixi qələbəni qazandı.
Mərasim zamanı üçrəngli bayrağımız Dövlət Himnimizin sədaları altında Nyu-York səmasına qaldırılıb. Azərbaycanın və ABŞ bayraqları səmada birlikdə dalğalanıb. Bu hadisə yerli əhali və turistlərin də marağına səbəb olub, onlar bayrağımızın fonunda xatirə şəkilləri çəkdiriblər. Orada olan həmvətənlərimiz onlara Azərbaycan haqqında əlavə məlumatlar veriblər.
Qeyd edilib ki, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Xatırladaq ki, Nyu-York şəhərinin ilk rəsmi parkı olan və böyük bayraq meydanı kimi tanınan "Bowling Green" bu gündən etibarən 10 gün müddətində Azərbaycan bayrağına ev sahibliyi edəcək.
Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Nyu-York göydələnləri Azərbaycan bayrağı ilə işıql...
Azəri Xəbər

Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb -
Son Xeberler

Laçında Azərbaycan bayrağı qaldırıldı -
Son Xeberler

Mübariz postuna Azərbaycan Bayrağı sancıldı -
Son Xeberler

New York-da niyə koronavirusa yoluxanlar çoxdur?!
Bugun.az

SON DƏQİQƏ: Ermənistan ordusunun döyüş bayrağı əl...
Son Xeberler



