
AZAL QSC beynəlxalq aviasiya təhlükəsizliyi ekosistemində mövqeyini gücləndirir (FOTO)

“Azərbaycan Hava Yolları” QSC beynəlxalq aviasiya təhlükəsizliyi ekosistemində mövqeyini gücləndirməyə davam edir. Şirkət “Dubai Airshow 2025” çərçivəsində uçuşların təhlükəsizliyi üzrə ən yüksək beynəlxalq standartlara sadiq qaldığını təsdiqlədi. Bu addım həm texnoloji modernizasiya, həm də qlobal təhlükəsizlik baxımından yeni mərhələyə keçidi göstərir.
AZAL İtaliyanın müdafiə və aerokosmik sənayesinin aparıcı istehsalçısı “Leonardo” ilə vacib bir müqavilə imzaladı. Müqavilə yeni nəsil meteoroloji radar sistemlərinin alınması və aviasiya infrastrukturuna inteqrasiyasına aiddir. İki şirkət arasındakı tərəfdaşlıq 2006-cı ildən bəri mühəndislik, təchizat və aviasiya layihələri üzrə ardıcıl uğurlarla genişlənir. Bu əməkdaşlıq Azərbaycanın aviasiya infrastrukturunun Avropa texnologiyaları əsasında modernləşdirilməsi üçün möhkəm baza formalaşdırıb.
Yeni nəsil METEOR 735 C-Band radar sistemi uçuş əməliyyatlarına böyük dəstək verəcək. Bu sistem dolu, leysan, turbulentlik və külək kəsimləri kimi ekstremal hava hadisələrini real vaxtda və yüksək dəqiqliklə aşkar edir. Radar 200 kilometrlik müşahidə diapazonuna malikdir, maqnetron tipli ötürücü və yüksək rezolyusiyalı “3D/WEB” vizuallaşdırma platformasından istifadə edir. Bu imkanlar atmosfer proseslərinin dəqiq təhlilini təmin edir. Doppler və dual-polarizasiya texnologiyaları sayəsində operativ qərarvermə güclənir. Bu radar sistemləri hava limanlarında enmə və qalxma əməliyyatlarının fasiləsiz monitorinqinə, dəyişən hava proseslərinin əvvəlcədən modelləşdirilməsinə və təhlükəli atmosfer hadisələrinin vaxtında aşkarlanmasına imkan yaradaraq uçuşların təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq.
Texnoloji modernizasiya ilə yanaşı, AZAL qlobal uçuşların təhlükəsizliyi üzrə ən nüfuzlu qurumlardan biri olan Flight Safety Foundation (FSF)-un strateji tərəfdaşları sırasına qoşuldu. Şirkət Fondun ən yüksək üzvlük səviyyələrindən biri olan “Benefactor Member” statusunu əldə edib. FSF-in proqramlarında tamhüquqlu iştirak AZAL üçün bilik və təcrübə mübadiləsi, risklərin analizi, qabaqcıl sənaye həllərinin tətbiqi, habelə uçuş təhlükəsizliyinin idarəetmə sistemlərinin inkişafı imkanları yaradır. “Benefactor Member” statusu qlobal aviasiya təhlükəsizliyi standartlarının formalaşdırılmasına töhfə verən aparıcı təşkilatlara verilir. Bu təşəbbüslər “Azərbaycan Hava Yolları” QSC-nin qlobal öhdəliklərini yeni səviyyəyə daşıyır və ölkəmizin hava nəqliyyatı sisteminin gələcəyə yönəlmiş modernizasiyasını sürətləndirir.
Vergi siyasəti və dövlət büdcəsi haqqında yazıram. Rəqəmlərlə işləməyi xoşlayıram və bunu oxuculara anlaşıqlı şəkildə çatdırmağa çalışıram.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

AZAL Budapeştdən Bakıya çarter reysi yerinə yetiri...
Son Xeberler

AZAL təyyarəsinin hər iki mühərriki qəza anınadək...
Bugun.az

AZAL və "Viasat" təyyarələrin yüksəksürətli intern...
Azəri Xəbər

Baş nazir yeni qərar imzaladı
Bugun.az

AZAL bu bölgəyə ilk dəfə uçuşlar etdi
Bugun.az

AZAL: İKT həlləri ilə təyyarələrin yanacaq sərfiyy...
Azəri Xəbər



