
Azad edilmiş ərazilərdə ötən ay 783 mina, 6510 PHS aşkarlanıb
Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə keçirilən əməliyyatların noyabr ayı üzrə hesabatını açıqlayıb. Minatəmizləmə fəaliyyətinə cəlb edilmiş qurumlar bu dövrdə yüzlərlə mina və minlərlə partlamamış hərbi sursat (PHS) aşkar ediblər. Əməliyyatlar nəticəsində 783 mina və 6510 Partlamamış Hərbi Sursat tapılıb.
ANAMA-nın məlumatına görə, aşkar edilən 783 minadan 575 ədədi piyada əleyhinə mina idi. Qalan 208 ədəd isə tank əleyhinə mina təşkil edib. Bu işlər Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ərazisində aparılıb.
Minatəmizləmə əməliyyatları həmçinin Qazax rayonunun azad edilmiş kəndlərini- Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərini də əhatə edib. Agentlik bildirir ki, hesabat dövründə ümumilikdə 6.443.9 hektar ərazi mina və PHS-lərdən təmizlənərək təhlükəsiz hala gətirilib.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Azad edilmiş ərazilərdə 81 mina aşkarlandı
Bugun.az

Azad edilmiş ərazilərdə daha 69 mina aşkarlandı
Bugun.az

Azad edilmiş ərazilərdə daha 234 mina, 2464 PHS aş...
Azəri Xəbər

Ötən həftə 1 527 hektar ərazi mina və PHS-lərdən t...
Azəri Xəbər

Azad edilmiş ərazilərə minaların təhlükəsi: Həftəl...
Bugun.az

İşğaldan azad olunmuş ərazilərin nə qədər hissəsi...
Azəri Xəbər



