AYİB Azərbaycanda gənc sahibkarlara dəstək məqsədilə kreditin ayrılması imkanını nəzərdən keçirir

06.11.2025 05:46 7 baxış sayı 2 dəq. oxuma Trend
AYİB Azərbaycanda gənc sahibkarlara dəstək məqsədilə kreditin ayrılması imkanını nəzərdən keçirir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda gənc sahibkarlara məxsus və ya onlar tərəfindən idarə olunan mikro, kiçik və orta biznesi dəstəkləməyi planlayır. Bank bu məqsədlə “Cənubi Qafqazda Gənclər Biznesdə” (Youth in Business for Caucasus) proqramı çərçivəsində 20 milyon dollara qədər əsas kreditin ayrılması imkanını nəzərdən keçirir.


İlkin məlumata görə, kredit “AccessBank”a iki bərabər tranşla təqdim ediləcək. Hər bir tranşın müddəti üç il olacaq. Bu müddətə bir illik güzəşt dövrü də daxildir, daha sonra isə ödənişlər altıaylıq bərabər hissələrlə həyata keçiriləcək. İkinci tranşın ayrılması haqqında yekun qərar AYİB rəhbərliyi tərəfindən veriləcək.


Layihə təsdiqlənsə, onun əsas məqsədləri gənclərə məxsus MKOB-lərin kreditləşmə həcmini artırmaq, institusional potensialı gücləndirmək, habelə Azərbaycanda gənc sahibkar və menecerlərə bilik və bacarıqların ötürülməsinə kömək etməkdir. Bu təşəbbüs Qafqaz regionu üçün yeni alətlərin tətbiqini nəzərdə tutur. Bunlara Nəticələrə Əsaslanan Mükafat Mexanizmi (RBC) və İlkin Zərərin Qarşılanması Mexanizmi (FLRC) daxildir. Bu alətlər tərəfdaş bankda gənclərin kreditləşmə infrastrukturunun inkişafına xidmət edir. Onlar gənc borcalanlara daha əlverişli şərtlərin - faiz dərəcələrinin azaldılması və girov tələblərinin yumşaldılmasının - təmin olunmasına da yardım edir. Ümumilikdə, layihə inklüziv maliyyələşdirmənin inkişafına və Azərbaycandakı aşağı gəlirli gənc sahibkarlar seqmentinin ehtiyaclarının daha yaxşı öyrənilməsinə yönəlib.


K
Bank sektoru müxbiri

Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.

Bütün məqalələrə baxın
Paylaş: