
"ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib
Oktyabrın 31-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "Bakıya Uçuş. İncəsənət həftəsonu. Gələcəyimizi İNDİ Duy" layihəsinin növbəti tədbiri - "Püstə: canlı irs" təqdimatı keçirilib. Təqdimat Maqsud İbrahimbəyovun "Püstə ağacı" hekayəsi əsasında hazırlanan monotamaşa ilə başladı. Yazıçının ən təsirli əsərlərindən biri olan bu hekayədə hadisələr bir uşağın gözü ilə nəql olunur. Əsərin mərkəzində püstə ağacı dayanır; bu ağac keçmişlə bu gün arasındakı ayrılmaz bağlılığın rəmzidir, oxucunu duyğular və xatirələr dünyasına aparır. Monotamaşada, müharibə illərindəki uşaqlığını xatırlayan artıq böyümüş oğlan obrazını Azərbaycanın Əməkdar artisti Şövqi Hüseynov canlandırdı. Tamaşaçılar aktyorla birlikdə mərkəzində iri bir püstə ağacı olan kiçik Bakı həyətinə səyahət etdilər.
Tamaşadan sonra "Azərxalça" ASC tərəfindən toxunmuş triptix – üç xalçadan ibarət əsər təqdim olundu. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva kompozisiya ilə tanış oldu. Bildirildi ki, bu əsər çətinliklərə baxmayaraq həyatın yenidən başlaya və məhsul verə biləcəyini göstərir. Triptixdə su üç hissəni birləşdirən vacib bir rəmz kimi təqdim olunur; o, böyümə və inkişaf üçün zəruri həyat gücünü əks etdirərək həyatın dövri xarakterini vurğulayır. Daha sonra Mərkəzin terras hissəsində Leyla Əliyevanın iştirakı ilə püstə ağacı əkildi. Bu mərasim suya, həyata və təbiətə qayğının rəmzi kimi qəbul edildi. Püstə ağacı keçmişlə gələcəyin, sənətlə ekologiyanın, insanla torpağın vəhdətini təcəssüm etdirir.
Mərkəzdəki mərasimdən sonra IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri İçərişəhərdə keçirilən Zeytun Festivalını ziyarət etdi. O, ölkəmizin ayrı-ayrı bölgələrindən gətirilən zeytun və zeytun məhsulları ilə yaxından tanış oldu. Ziyarət zamanı festivala gələn Bakı qonaqları və turistlərlə səmimi söhbətlər edilib, xatirə şəkilləri çəkilib.
Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

"Art Weekend" çərçivəsində Maqsud İbrahimbəyov Yar...
Azəri Xəbər

Püstə: Sağlamlıq üçün əvəzsiz bir hədiyyə
Bugun.az

"Art Weekend" zamanı “Dəniz, çox sağ ol! təqdim ed...
Azəri Xəbər

Art Weekend zamanı “Suyun sirri” pantomim tamaşanı...
Azəri Xəbər

Bakıda keçiriləcək "Art Weekend" çərçivəsində XVII...
Azəri Xəbər

"Nine Senses" qalereyasında "Od, Su və Öpüşlər" sə...
Azəri Xəbər



