Almaniyalı futbolçu ABŞ klubuna keçə bilər

03.12.2025 13:26 13 baxış sayı 1 dəq. oxuma Report
Almaniyalı futbolçu ABŞ klubuna keçə bilər

Almaniyanın "Leyptsiq" klubunun futbolçusu Timo Verner karyerasını ABŞ təmsilçisi "İnter Mayami"də davam etdirmək niyyətindədir. Məlumat insayder Florian Plettenberqə istinadən yayılıb. Hazırda MLS klubu 29 yaşlı oyunçunun transferi ilə bağlı danışıqlar aparır.


Almaniyalı hücumçunun ABŞ-yə mümkün keçidinin qış transfer pəncərəsində gerçəkləşəcəyi gözlənilir. Oyunçu özü də ölkə xaricində oynamağı planlaşdırır. Xatırladaq ki, Timo Vernerin Bundesliqa klubu ilə müqaviləsi hələ 2026-cı ilin yayına qədər qüvvədədir.


T
Komanda oyunları müxbiri

Basketbol, voleybol və digər komanda oyunları haqqında yazıram. Bu idman növlərinin Azərbaycanda populyarlaşmasına töhfə vermək istəyirəm.

Bütün məqalələrə baxın
Paylaş: