
Ali Məhkəmənin sədri İnam Kərimov Vyetnamda səfərdə olub
Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti 2025-ci ilin 1-3 dekabr tarixlərində Vyetnam Sosialist Respublikasında rəsmi səfər gerçəkləşdirdi. Səfər Vyetnam Ali Xalq Məhkəməsinin dəvəti ilə baş tutdu. Ali Məhkəməsinin sədri İnam Kərimov Vyetnam Ali Xalq Məhkəməsinin sədri Nguyen Van Quang ilə görüşdü. Nguyen Van Quang qonaqları qəbul etməkdən məmnunluğunu bildirdi və bu səfərin iki ölkənin məhkəmələri arasında əməkdaşlığı yeni mərhələyə qaldıracağına əminliyini ifadə etdi.
Nguyen Van Quang həmçinin Vyetnam və Azərbaycan arasında mövcud olan ənənəvi dostluq münasibətlərinin gələcək əməkdaşlıqlar üçün möhkəm bir baza olduğunu qeyd etdi. O, Vyetnam məhkəmə sistemində son dövrlərdə aparılan islahatlar, məhkəmələrin strukturlaşdırılması, elektron məhkəmə sistemləri və insan resurslarının inkişafı barədə ətraflı məlumat verdi. Vyetnam tərəfi Azərbaycan məhkəmə sisteminin təcrübəsi və biliklərinin öyrənilməsinin özləri üçün böyük əhəmiyyət daşıdığını vurğuladı.
İnam Kərimov öz növbəsində, dəvətə görə təşəkkürünü çatdırdı. O, Azərbaycan tərəfinin Vyetnamla məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və məhkəmələrin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığa tam hazır olduğunu bildirdi. Kərimov, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, rəqəmsallaşma proqramları və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən işlər barədə məlumat verdi. Görüşdə iki ölkə arasında məhkəmə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və yeni hüquqi təşəbbüslərin müzakirə edilməsi üçün birgə fəaliyyət haqqında fikir mübadiləsi aparıldı. İki ölkə arasında əməkdaşlığın gücləndirilməsi əsas hədəf oldu.
Səfər çərçivəsində nümayəndə heyəti Hanoi Şəhər Xalq Məhkəməsini və Quang Ninh Vilayətinin Xalq Məhkəməsini də ziyarət etdi. Qonaqlara bu məhkəmələrin strukturları, fəaliyyət prinsipləri, habelə iş yükü və illik statistik göstəriciləri barədə detallı məlumatlar verildi. Qeyd etmək lazımdır ki, görüşlərdə Azərbaycan Respublikasının Vyetnamdakı Səfiri Şövqi Mehdizadə də iştirak edib.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Ali Məhkəmənin hakimi təqaüdə göndərildi - FOTO
Bugun.az

Ali Məhkəmə ilə Qazaxıstan Respublikasının Ali Məh...
Azəri Xəbər

Azərbaycan və Qazaxıstan Ali məhkəmələri arasında...
Azəri Xəbər

Seçkidə qalib gəldi, səhəri gün vəfat etdi - FOTO
Bugun.az
Səadət Bəktaşinin hakimlik səlahiyyətlərinə xitam...
Azəri Xəbər

Azərbaycanın tanınmış alimi vəfat etdi
AzMedia



