
ADA Universiteti ilə Ekvadorun Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanın Ekvadorda akkreditə olunmuş səfiri Rəşad Novruz 20-22 oktyabr tarixlərində bu ölkəyə işgüzar səfər etdi. Səfər zamanı mühüm diplomatik görüşlər keçirildi və ADA Universiteti ilə Ekvadorun Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalandı.
Səfər çərçivəsində Ekvadorun Ətraf Mühit və Enerji Nazirliyində, Xarici İşlər Nazirliyində və digər dövlət qurumlarında bir sıra görüşlər baş tutdu. Bu görüşlərdə iki ölkə arasında gündəlikdə duran aktual məsələlər müzakirə edildi. Tərəflər siyasi, iqtisadi və humanitar sahələr üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardılar. Ümumilikdə, bu səfərin əsas məqsədi cari ilin sentyabr ayında BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ekvador XİN rəhbərləri Ceyhun Bayramov və Qabriela Sommerfeld arasında baş tutmuş görüşdə əldə edilmiş razılığın irəlilədilməsi idi.
İşgüzar səfərin mühüm nəticəsi ADA Universiteti ilə Ekvadorun Diplomatik Akademiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması oldu. Sənədə Azərbaycan tərəfdən səfir Rəşad Novruz, Ekvador tərəfdən isə xarici işlər və insan mobilliyi naziri vəzifəsini icra edən Alexandro Davalos qol çəkdilər. İmzalanma mərasimindən sonra tərəflər Ekvador Diplomatik Akademiyası ilə yaxından tanış oldular. Akademiyanın direktoru Alexandro Suaresin müşayiəti ilə gələcəkdə birgə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparıldı.
Səfər zamanı səfir R. Novruz Ekvadorda yaşayan Azərbaycan həmvətənləri ilə də görüş keçirib. O, onların həyat tərzi və əmək fəaliyyəti ilə maraqlanıb. Bu addımlar Azərbaycan və Ekvador arasında diplomatik əlaqələrin gücləndirilməsi yolunda atılmış növbəti addımlardır və münasibətlərin genişlənməsinə xidmət edir.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

BTQ bu təşkilatla Anlaşma Memorandumu imzaladı
Bugun.az

Milli Aviasiya Akademiyası ilə “Bayraktar Teknoloj...
Azəri Xəbər

MEDİA ilə Sinxua Agentliyi arasında Anlaşma Memora...
Bugun.az

Azərbaycan və Özbəkistan ali hərbi məktəbləri aras...
Azəri Xəbər

Azərbaycan və Özbəkistan ali hərbi təhsil müəssisə...
Azəri Xəbər

Akdeniz Universiteti və Azərbaycan İdman Akademiya...
Azəri Xəbər