
ACF prezidenti İmişlidə yeni fəaliyyətə başlamış cüdo zalına baxış keçirib
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev İmişli rayonuna səfər edib. O, rayonda yeni fəaliyyətə başlamış cüdo zalını yoxlayıb. Səfər zamanı qurum rəhbəri zaldakı məşq prosesi və idmançılar üçün yaradılmış şəraitlə yaxından tanış olub. ACF prezidenti həmçinin məşqçi heyəti və idmançılarla görüşərək onların fikirlərini dinləyib.
Görüşdə cüdonun ölkədə kütləviləşdirilməsi məsələsi müzakirə edilib. Qeyd olunub ki, cüdonun daha da yayılması ACF-in əsas prioritetlərindən biridir. Bu fəaliyyət uşaqların, yeniyetmələrin və gənclərin fiziki və mənəvi cəhətdən sağlam inkişafına birbaşa töhfə verir.
Danışıqlar zamanı İmişli rayonunda, eləcə də ümumilikdə regionda cüdonun inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. ACF prezidenti bu istiqamətdə həyata keçiriləcək əlavə tədbirlər barədə müvafiq tapşırıqlar verib.
İdman biznesindəki prosesləri izləyirəm - transfer bazarı, sponsorluq müqavilələri, idman marketinqi. Futboldan əlavə biznes tərəfi də maraqlıdır.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Bakıda Dünya Çempionatı Keçiriləcək
Bugun.az

Hidayət Heydərova vəzifə verildi
Bugun.az

Rəşad Nəbiyev yenidən bu vəzifəyə seçildi -FOTO
Bugun.az

Azərbaycanın cüdo millisi VI İslam Həmrəyliyi Oyun...
Bugun.az

İmişlidə ağır qəza:
Son Xeberler

İmişlidə ağır qəza: Ölən və yaralı var - FOTO
Bugun.az



