
ABŞ və İsveçrə iki həftə ərzində ticarət razılaşmasına nail ola bilərlər
ABŞ və İsveçrə növbəti iki həftə ərzində mühüm ticarət razılaşmasına nail olmaq imkanına malikdirlər. Bu razılaşma İsveçrə ixracatına 15 faiz rüsum tətbiq etməyi nəzərdə tutur. "Bloomberg" agentliyi bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məsələnin mahiyyəti ilə tanış olan şəxslərin sözlərinə görə, İsveçrə ABŞ-a ixrac edilən mallara 15% rüsüm tətbiq etmək üçün razılığa gəlməyə yaxındır. Bu, ABŞ-nin əvvəlki cəzalandırıcı addımından sonra böyük bir rahatlama olardı. Xatırladaq ki, avqust ayında ABŞ İsveçrəni 39 faiz rüsumlarla cəzalandırmışdı.
Yeni razılaşma rüsum yükünü əhəmiyyətli dərəcədə azaldır və iqtisadi gərginliyi aşağı salır. Mənbələr izah edib ki, razılaşmaların iki həftə ərzində əldə edilməsi gözlənilsə də, hələlik heç bir yekun qərar verilməyib. Danışıqlar 15 faiz rüsum müəyyən edilməsi istiqamətində irəliləyir, lakin tərəflərin hələ bəzi detalları dəqiqləşdirməsi lazımdır.
Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Vaşinqton və Seul arasında yeni ticarət razılaşma...
Bugun.az

KİV: İsveçrə ABŞ idxal tariflərini 15%-ə endirmək...
Azəri Xəbər

Bu ölkə çadra və niqabı qabağan etdi
Bugun.az

Azərbaycan nefti yenidən ucuzlaşıb
Son Xeberler

ABŞ-nin maliyyə naziri: Gələn həftə Çinlə ticarət...
Azəri Xəbər
Kanadanın ticarət naziri ABŞ ilə dialoqun davam et...
Azəri Xəbər



