ABŞ-də Qərbi Azərbaycandan bəhs edən yeni kitablar işıq üzü görüb (FOTO)

03.12.2025 08:46 3 baxış sayı 3 dəq. oxuma Trend
ABŞ-də Qərbi Azərbaycandan bəhs edən yeni kitablar işıq üzü görüb (FOTO)

ABŞ-nin Şimali Karolina Universitetinin professoru, əslən Qərbi Azərbaycandan olan Əli Əsgərovun XX əsrdə azərbaycanlıların Ermənistandan deportasiyası və orada yaşamış Azərbaycan icmasının həyatı haqqında iki yeni kitabı işıq üzü görüb. Bu nəşrlər barədə məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi yayıb. Əli Əsgərov, Tenessi Texnologiya Universitetinin professoru Maykl Gunterlə birlikdə yazdığı "Forgotten Exile: The Deportations of Azerbaijanis by the Armenians in the Caucasus during the Twentieth Century" ("Unudulmuş sürgün: XX əsrdə Qafqazda azərbaycanlıların ermənilər tərəfindən deportasiyası") adlı əsəri təqdim edib. Bu kitab 2023-cü ilin oktyabr ayında "Brill" nəşriyyatında buraxılıb.


Nəşrdə XX əsr boyunca Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiyalar geniş şəkildə araşdırılır. Tədqiqat arxiv sənədlərinə, müsahibələrə və geniş elmi mənbələrə əsaslanır. Kitabın ən mühüm xüsusiyyəti müəllifin özünün 1988-ci ildə ailəsi ilə birlikdə doğma yurdundan məcburi köçürülməsinə dair xatirələrə də yer verməsidir. Əsər bölgədə azərbaycanlıların etnik tərkibinin dəyişdirilməsi proseslərini faktlarla təqdim edir. Diasporla İş üzrə Dövlət Komitəsi bu kitabın hazırlanmasına dəstək göstərib.


Professor Əsgərovun ikinci kitabı "Roots and Ruins: Life in a Lost Village and Twenty-One Years of Soviet Citizenship" ("Köklər və xarabalıqlar: İtirilmiş kənddə həyat və Sovet vətəndaşlığının iyirmi bir ili") adlanır. Bu əsərdə müəllif doğulduğu Qarabağ kəndinin və Ermənistanda yaşayan azərbaycanlıların gündəlik həyatından bəhs edir. O, bu icmanın sosial quruluşunu, təhsilini, təsərrüfat fəaliyyətini və etnik gərginliklərin yüksəldiyi dövrdə baş verən hadisələri təsvir edir. Nəşr sovet dövründə azərbaycanlıların öz yurdlarından çıxarılması və mədəni irsin məhvi ilə bağlı dəyərli məlumatlarla zəngindir. Hər iki kitab Qərbi Azərbaycandakı tarixi, demoqrafik və sosial proseslərin elmi tədqiqi üçün dəyərli mənbə sayılır.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: