
ABB "İlin əqdi" mükafatını qazandı!

Bütün ölkələr üzrə ən yenilikçi və mühüm maliyyə əməliyyatlarını dəyərləndirən "The Global Banking & Markets" təşkilatı, ABB-nin bu ilin aprelində cəlb etdiyi 200 milyon ABŞ dolları dəyərindəki sindikatlaşdırılmış krediti Azərbaycan üzrə "İlin əqdi" mükafatına layiq görüb. Bu mühüm maliyyə əməliyyatı Bankın güclü beynəlxalq mövqeyini təsdiqləyir. Mükafat təntənəli mərasimdə, İstanbulda ABB təmsilçisinə təqdim olunub.
Qeyd edilən sindikativ kreditin təşkilatçısı Masreqbank olub. Əməliyyatda Abu-Dabi Kommersiya Bankı (ADCB) agent bank rolunu yerinə yetirirdi. ABB bu vəsaiti beş fərqli ölkədən – BƏƏ, Almaniya, Avstriya, İsveçrə və Böyük Britaniyadan olan 12 maliyyə institutundan cəlb edib. Bu kredit ABB-nin uzun illərdən sonra beynəlxalq maliyyə bazarlarına yenidən qayıdışını göstərir. Belə bir uğur Bankın xarici bazarlara qayıdışının yüksək qiymətləndirilməsinin nəticəsidir.
"The Global Banking & Markets" təşkilatı maliyyə bazarları ilə beynəlxalq investisiya ictimaiyyəti arasındakı əlaqələri gücləndirməyə çalışır, eyni zamanda əməliyyatların xərc və risklərini azaltmaq, səmərəliliyi artırmaq məqsədi daşıyır. Mükafatlandırılan əməliyyatların seçilməsi zamanı onun həcmi, müddəti, strukturu, icra keyfiyyəti və açdığı yeni imkanlar kimi amillər nəzərə alınır. Bankın xarici maliyyə bazarlarına qayıdışı və bu əməliyyatın yüksək dəyərləndirilməsi ABB-nin biznesi maliyyələşdirmə potensialını artırır. Bu, həmçinin Bankın likvidlik mövqeyinə və gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli vəsaitlərin cəlb edilməsinə, investor sayının və regional əhatəliliyinin genişlənməsinə imkan yaradır.
İqtisadiyyat sahəsində 10 ildir analitik işləyirəm. Maliyyə bazarları və investisiya mövzuları mənim ixtisasımdır. BSU-nun İqtisadiyyat fakültəsini bi...
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
Avropa Atletika Assosiasiyası ilin ən yaxşılarının...
Azəri Xəbər

Türkiyə Gimnastı Adem Asil Dünya Çempionatında Həl...
Son Xeberler

2024-cü ilin "İlin Oyunu" mükafatı: Kim qalib gəld...
Texnologiya xəbərləri

Lamin Yamal və Kənan Yıldız ilin "ən yaxşı"ları se...
Bugun.az

Fulya Öztürk Türkiyədə “İlin müxbiri” seçildi
Bugun.az

Messi "MLS"in müntəzəm mövsümündə "Qızıl buts"u qa...
Azəri Xəbər



