Azərbaycan adları
5,039 ad: 3,700 kişi, 1,339 qadın
Bakirkişi
kişi adı, sadə, Bakirə qadın adı, düzəltmə, ərəb mənşəli, «bakir» – saf, təmiz, əl dəyilməmiş, toxunulmaz deməkdir.
Bakıkişi
kişi adı, sadə. Toponim mənşəlidir. Bakı şəhərinin adından götürülüb.
Bakıxankişi
kişi adı mürəkkəb, azərbaycan mənşəli Bakı + xan sözlərindən düzəlib. «Bakı xanı; Bakı xanları nəslindən olan» deməkdir.
Bakıxanov (a)kişi
familiya, Bakıxan (Azərbaycanda xanlıqlar dövrü ilə bağlı yaranıb. Bakı xanları nəsli deməkdir.) kişi adı + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Bakuvikişi
nisbə. XIV – XV əsrlərdə yaşamış azərbaycan mənşəli coğrafiyaşünası və tarixçisi Əbdürrəşid ibn Salih ibn Nuriyə aiddir.
Balakişi
kişi adı, sadə, azərbaycan mənşəli «bala» – övlad, uşaq; kiçik, balaca deməkdir. Bu antroponim ayrılıqda işlənməklə yanaşı mürəkkəb adların birinci (Balaxanım, Balabəy) və ikinci (Ağabala, Bəybala, Gülbala və s.) komponenti kimi də işlənir.
Balaağa // Balağakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + ağa sözlərindən düzəlib. «Kiçik ağa, ağanın oğlu, balası» deməkdir.
Balababakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + baba sözlərindən düzəlib. «Kiçik baba, babanın əvəzi» deməkdir.
Balabacıqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + bacı sözlərindən düzəlib. «Kiçik bacı, kiçik qız» deməkdir.
Balabəykişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + bəy (titul) sözlərindən düzəlib. «Kiçik bəy, bəyzadə» deməkdir.
Balabəyimqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + bəyim sözlərindən düzəlib. «Kiçik xanım, sonbeşik qız» deməkdir.
Balabəylikişi
familiya, Balabəy şəxsi ad + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Balabəyov (a)kişi
familiya, Balabəy şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Balabibiqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + bibi (atanın bacısı; xanım) sözlərindən düzəlib. «Kiçik xanım» deməkdir.
Balacaqadın
qadın adı, düzəltmə, azərbaycan mənşəli bala (kiçik) + ca (kiçiltmə və əzizləmə mənası ifadə edən şəkilçi) . «Kiçik qız» mənasına uyğundur.
Balacankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (övlad, uşaq) + fars mənşəli can (əziz) sözlərindən düzəlib. «Əziz övlad, sevimli uşaq» deməkdir.
Balacanov (a) // Balcanov (a)kişi
familiya, Etnonim mənşəlidir.
Balacaxanımqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli balaca (kiçik) + xanım sözlərindən düzəlib. «Kiçik xanım, sevimli xanım» deməkdir.
Baladadaşkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + dadaş (ataya, böyük qardaşa müraciət forması) sözlərindən düzəlib. «Kiçik qardaş» deməkdir.
Baladayıkişi
kişi adı mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + dayı (ananın qardaşı) sözlərindən düzəlib. «Kiçik dayı, əziz dayı» deməkdir.
Balaəli // Baləlikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + ərəb mənşəli, Əli sözlərindən düzəlib. «Kiçik Əli» deməkdir.
Balaəmi // Baləmikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + əmi (atanın qardaşı) sözlərindən düzəlib. «Kiçik əmi» deməkdir.
Balafərkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + fars mənşəli fərr (işıq, nur, gözəllik, gözün işığı) sözlərindən düzəlib. «Kiçik nur topası» deməkdir.
Balahəsənkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + ərəb mənşəli, Həsən (gözəl, göyçək; imam Əlinin böyük oğlu) sözlərindən düzəlib. «Kiçik Həsən» deməkdir.
Balahüseynkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + ərəb mənşəli, Hüseyn (gözəl, göyçək; imam Əlinin kiçik oğlu) sözlərindən düzəlib. «Kiçik Hüseyn» deməkdir.
Balakərimkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + ərəb mənşəli, kərim (mərhəmətli, lütfkar) sözlərindən düzəlib. «Kiçik Kərim» deməkdir.
Balakişikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + kişi sözlərindən düzəlib. «Kiçik kişi, oğlan, yaxud kişi oğlu, kişi balası» deməkdir.
Balakişiyev (a)kişi
familiya, Balakişi şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Balaməmmədkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + ərəb mənşəli, Məmməd (Məhəmməd) sözlərindən düzəlib. «Kiçik Məhəmməd» deməkdir.
Balaməmmədov (a)kişi
familiya, Balaməmməd şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Balamirkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + ərəb mənşəli, mir (əmir, hakim) sözlərindən düzəlib. «Kiçik hakim» deməkdir.
Balamirzəkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + ərəb mənşəli, mirzə (əmirzadə sözünün qısaldılmış forması) sözlərindən düzəlib. «Kiçik şahzadə» deməkdir.
Balamirzəyev (a)kişi
familiya, Balamirzə şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Balanisəqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + ərəb mənşəli, nisə (qadın, qız) sözlərindən düzəlib. «Kiçik qız» deməkdir.
Balaoğlan // Baloğlankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + oğlan sözlərindən düzəlib. «Kiçik oğlan» deməkdir.
Balaqardaşkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + qardaş sözlərindən düzəlib. «Kiçik qardaş» deməkdir.
Balaqızqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + qız sözlərindən düzəlib. «Kiçik qız» deməkdir.
Balarzakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + ərəb mənşəli, rza (razılıq; imamlardan birinin adı) sözlərindən düzəlib. «Kiçik Rza» deməkdir.
Balaşkişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli bala (kiçik, övlad, oğul) + ş (kiçiltmə və əzizləmə mənası ifadə edən şəkilçi). «Əziz bala, sevimli bala, oğulcuğaz» deməkdir. İlk dəfə C. Cabbarlının «Sevil» pyesində işlənmişdir.
Balasadıqkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + ərəb mənşəli, sadıq (sədaqətli; imamlardan birinin adı) sözlərindən düzəlib. «Kiçik Sadıq» deməkdir.
Balasərkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + fars mənşəli sər (baş, başçı) sözlərindən düzəlib. «Kiçik sərkərdə» deməkdir.
Balaşirinkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (övlad) + fars mənşəli şirin (dadlı) sözlərindən düzəlib. «Şirin bala, sevimli bala» deməkdir.
Balaşirinov (a)kişi
familiya, Balaşirin şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Balaşov (a)kişi
familiya, Balaş şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Balaxankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + xan (titul) sözlərindən düzəlib. «Kiçik xan, kiçik hökmdar» deməkdir.
Balaxanımqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + xanım sözlərindən düzəlib. «Kiçik xanım» deməkdir.
Balaxatınqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + xatın sözlərindən düzəlib. «Kiçik xanım, kiçik qız» deməkdir.
Balayarkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (kiçik) + fars mənşəli yar (dost) sözlərindən düzəlib. «Kiçik dost» deməkdir.
Balayev (a)kişi
familiya, Bala şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Balazamankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (övlad) + ərəb mənşəli, zaman(vaxt) sözlərindən düzəlib. «Zamanın övladı» deməkdir.
Balazərkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bala (övlad) + fars mənşəli zər (qızıl) sözlərindən düzəlib. «Qızıl bala, qiymətli bala» deməkdir.
Balıqadın
qadın adı, sadə, azərbaycan mənşəli balı // balu // bəhli (gilas) sözündəndir. Antroponim kimi «al yanaqlı, şirin, yumru qız» deməkdir.
Balışqadın
qadın adı, sadə, fars mənşəli «balış» – yastıq, mütəkkə; məcazi mənada yumşaq, mülayim, xoşa gələn deməkdir.
Baloğlanov (a)kişi
familiya, Baloğlan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Banu // Banıqadın
qadın adı, sadə, fars mənşəli «banu» – xanım deməkdir.
Baratkişi
müşəxsi ad, sadə, ərəb mənşəli, «bərat» – bədirlənmiş ay; pul sənədi, qəbz,çek deməkdir. Antroponim kimi sözün birinci mənası əsas götürülür.
Baratalı // Baratəlikişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, barat (bədirlənmiş ay, gözəl) + azərbaycan mənşəli alı (kişi, oğlan) və ya ərəb mənşəli, Əli sözlərindən düzəlib. «Gözəl oğlan; gözəl Əli» deməkdir.
Baratlıkişi
familiya, Barat şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Barizkişi
kişi adı, sadə, ərəb mənşəli, «bariz» – aşkar, aydin, əyani, gözəçarpan deməkdir.
Barışkişi
kişi adı, sadə, azərbaycan mənşəli «barış» – sülh, mehribanlıq deməkdir.