Azərbaycan adları

5,039 ad: 3,700 kişi, 1,339 qadın

Zəmirəqadın
qadın adı, sadə, ərəb mənşəli, «zəmirə» – bir şeyin iç üzü, daxili məna deməkdir.
Zərbafqadın
qadın adı, mürəkkəb, fars mənşəli zər (qızıl) + azərbaycan mənşəli baf (bafta – ipək parça sözünün qısaldılmış forması) sözlərindən düzəlib. Zərbaf qızılı və gümüşü saplardan toxunmuş yüksəkkeyfiyyətli, qiymətli ipək parça növüdür. azərbaycan mənşəli– da orta əsrlərdən istehsal olunmuşdur. şəxsi ad kimi «qiymətli, gözəl» deməkdir.
Zərbəlikişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, zərbe (güc, qüvvə) + Əli (imam) sözlərindən düzəlib. «Əlinin cücü, Əlinin zərbəsi» deməkdir.
Zərbəliyev (a)kişi
familiya, Zərbəli şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zərbəyimqadın
qadın adı, mürəkkəb, fars mənşəli zər (qızıl) + azərbaycan mənşəli bəyim (titul) sözlərindən düzəlib. «Qiymətli xanım» deməkdir.
Zərçiçəkqadın
qadın adı, mürəkkəb, fars mənşəli zər (qızıl) + azərbaycan mənşəli çiçək (gül) sözlərindən düzəlib. «Qızıl gül, qızıl çiçək» deməkdir.
Zərdabikişi
nisbə. XIX – XX əsr azərbaycan mənşəli maarifçisi, təbiətşünas, publisist və pedaqoqu Həsənbəy Səlimbəyoğlu Məlikova aiddir.
Zərdüştkişi
kişi adı, sadə. Avestada Zaratuştra, qədim yunanca və latın mənşəli Zaroastr adının fars variantıdır. Mənası «peyğəmbər, islahatçı» deməkdir.
Zərəfşanqadın
qadın adı, mürəkkəb, fars mənşəli zər (qızıl, şəfəq) + əfşandan (səpmək, saçmaq) sözlərindən düzəlib. «Şəfəq saçan, zər səpən» deməkdir.
Zərəngizqadın
qadın adı, mürəkkəb, fars mənşəli zər (qızıl) + əngiz (əngixtən – saçmaq, tökmək, səpmək felindən) sözlərindən düzəlib. «Şəfəq saçan, qızıl səpən» deməkdir.
Zərifəqadın
qadın adı, sadə, ərəb mənşəli, «zərifə» – incə, nərmə – nazik deməkdir.
Zərinə // Zərrinəqadın
qadın adı, düzəltmə, fars mənşəli «zərin» – zərli, qızıldan olan deməkdir.
Zərinəzadəkişi
familiya, Zərinə şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Zərintac // Zərrintacqadın
qadın adı, mürəkkəb, fars mənşəli zər(r)in (qızıl) + tac (çələng) sözlərindən düzəlib. «Qızıl tac, qızıl çələng» deməkdir.
Zərnigarqadın
qadın adı, mürəkkəb, fars mənşəli zər (qızıl) + neqar (şəkil, rəsm) sözlərindən düzəlib. «Qızılla nəqş edilmiş şəkil, zərlə çəkilmiş rəsm» deməkdir.
Zərnişanqadın
qadın adı, mürəkkəb, fars mənşəli zər (qızıl) + neşan (əlamət, möhür) sözlərindən düzəlib. «Qızılla möhürlənmiş, qızıl nişanlı» deməkdir.
Zərnisəqadın
qadın adı, mürəkkəb, fars mənşəli zər (şəfəq) + ərəb mənşəli, nisə (qız) sözlərindən düzəlib. «İşıqlı qız, qiymətli qız» deməkdir.
Zərnurqadın
qadın adı, mürəkkəb, fars mənşəli zər (qızıl) + ərəb mənşəli, nur (işıq) sözlərindən düzəlib. «Qızıllın parıltısı» deməkdir.
Zəroşqadın
qadın adı, düzəltmə, fars mənşəli «zər» (qızıl) + oş (əzizləmə mənasını ifadə edən şəkilçi). «Qızılcıq; əziz və qiymətli» deməkdir.
Zərqələmkişi
müşəxsi ad, mürəkkəb, fars mənşəli zər (qızıl) + qələm (yazı yazmaq üçün alət, çubuq) sözlərindən düzəlib. «Qızıl suyuna çəkilmiş, qızıl qələm» deməkdir. Antroponim kimi «qiymətli, dəyərli» mənasını ifadə edir.
Zərxanımqadın
qadın adı, mürəkkəb, fars mənşəli zər (qızıl) + azərbaycan mənşəli xanım (titul) sözlərindən düzəlib. «Qiymətli xanım» deməkdir.
Zərxaraqadın
qadın adı, mürəkkəb, fars mənşəli zər (qızıl) + azərbaycan mənşəli xara (ipək parça növü) sözlərindən düzəlib. Zərxara orta əsrlərdə bir sıra Şərq ölkələrində, o cümlədən azərbaycan mənşəli– da istehsal olunmuş qiymətli ipək parçanın adıdır.Antroponimin kimi «qiymətli, gözəl zərif» mənalarını ifadə edir.
Zibaqadın
qadın adı, sadə, fars mənşəli «ziba» – bəzəkli, zinətli, yaraşıqlı, gözəl deməkdir.
Zibeydəqadın
qadın adı, sadə, qədim yəh Zebida adının ərəb mənşəli, Zəbidə (xüsusi seçilmiş, bağışlanmış) şəklindən olduğu güman edilir. Lakin əslində Zübeydə adının variantıdır.
Zikrikişi
kişi adı, düzəltmə, ərəb mənşəli, «zikr + i» – xatırlanan, yad olunan, dua olunan, təriflənən deməkdir.
Zirəddinkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, «zirəddin» – dinin qolu, dini cərəyan deməkdir.
Zirəddinov (a)kişi
familiya, Zirəddin şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zivərqadın
qadın adı, sadə, fars mənşəli «zivər» – zinət, bəzək, gözəllik deməkdir.
Ziyakişi
kişi adı, sadə, ərəb mənşəli, «ziya» – işıq, aydınlıq, nur deməkdir.
Ziyadkişi
kişi adı, sadə, ərəb mənşəli, «ziyad» – çox, artıq, xeyli deməkdir.
Ziyadov (a)kişi
familiya, Ziyad şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ziyadxankişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, «ziyad» (çox, artıq) + azərbaycan mənşəli xan (titul) sözlərindən düzəlib. Burada «Hörmətli xan» mənasını ifadə edir.
Ziyadxanov (a)kişi
familiya, Ziyadxan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ziyaəddin // Ziyəddinkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, «ziyaəddin» – dinin işığı, dinin ziyası deməkdir.
Ziyaəddinov (a) // Ziyəddinov (a)kişi
familiya, Ziyaəddin // Ziyəddin şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ziyafətkişi
müşəxsi ad, sadə, ərəb mənşəli, «ziyafət» – qonaqlıq, təmtəraq deməkdir.
Ziyarkişi
kişi adı, sadə, ərəb mənşəli, «ziyar» – zəvvar, ziyarətçi deməkdir.
Ziyataykişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, ziya (nur, işıq) + azərbaycan mənşəli tay (bərabər) sözlərindən düzəlib. «İşığa, nura bərabər» deməkdir.
Ziynət // Zinyətqadın
qadın adı, sadə, ərəb mənşəli, «ziynət» – bəzək, bəzənmə deməkdir.
Zöhhakkişi
kişi adı, sadə, ərəb mənşəli, «zöhhak» – zalım, qaniçən hökmdar deməkdir. İran əsatirində dəmirçi Gavənin məğlub etdiyi zalım hökmdardır.
Zöhrabkişi
kişi adı, sadə. Əsli: Söhrab – fars mənşəli «qızartı», «parıltı» deməkdir.
Zöhrabbəyov (a)kişi
familiya, Zöhrab şəxsi ad + bəy (titul) + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zöhrabov (a)kişi
familiya, Zöhrab şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zöhrəqadın
qadın adı, sadə. Roma mifologiyasında eşq və gözəllik ilahəsi sayılan Veneranın və Venera planetinin ərəb mənşəli, adıdır. ərəb mənşəli, «zöhrə» – parlaq, işıqlı, işıldayan deməkdir.
Zübeydəqadın
qadın adı, sadə, ərəb mənşəli, «zübeydə» – həm bəzək, həm də dərman bitkisi olan xırda, sarı çiçəkli gül deməkdir.
Zülalkişi
kişi adı, sadə, ərəb mənşəli, «zülal» – canlı hüceyrənin əsas tərkib hissəsi deməkdir.
Zülalov (a)kişi
familiya, Zülal şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Züleyxaqadın
qadın adı, sadə. qədim yəhudi adının ərəb mənşəli, «zəlixə» (su pərisi) formasıdır. «Yusif və Züleyxa» dastanının qadın qəhrəmanının adıdır.
Zülfəlikişi
kişi adı, mürəkkəb, fars mənşəli zülf (saç, tel) + ərəb mənşəli, Əli (imam) sözlərindən düzəlib. «Əlinin saçı, Əlinin teli» deməkdir.
Zülfəlibəyov (a)kişi
familiya, Zülfəli şəxsi ad + bəy (titul) + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zülfəliyev (a)kişi
familiya, Zülfəli şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zülfi // Zülfükişi
kişi adı, sadə, Zülfiyyə // Zülfüyə qadın adı, düzəltmə, fars mənşəli «zülfi» – saçlı, telli; hörüklü (qadın) deməkdir.
Zülfüqarkişi
kişi adı, sadə, ərəb mənşəli, «zülfüqar» – ikiağızlı, ikitərəfli (qılınc) deməkdir. İmam Əlinin ikiağızlı qılıncı zülfüqar adlanırdı.
Zülfüqarlıkişi
familiya, Zülfüqar şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Zülfüqarov (a)kişi
familiya, Zülfüqar şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zülqədərkişi
kişi adı, sadə, ərəb mənşəli, «zülqədər» – xoşbəxt, bəxtəvər deməkdir.
Zülqədərlikişi
familiya, Zülqədər şəxsi ad + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Zülqədərov (a)kişi
familiya, Zülqədər şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zümrüdqadın
qadın adı, sadə, ərəb mənşəli, «züm(ür)rüd» – yaşıl rəngli qiymətli daş deməkdir.