Azərbaycan adları
5,039 ad: 3,700 kişi, 1,339 qadın
Yusiflikişi
familiya, Yusif şəxsi ad + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Yusifoğlu // Yusifqızıkişi
familiya, Yusif şəxsi ad + oğlu // qızı (fars mənşəli «zadə» sözünün azərbaycan mənşəli qarşılığı).
Yusifov (a)kişi
familiya, Yusif şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Yusifzadəkişi
familiya, Yusif şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Yüzbaşıkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli «yüzbaşı» – yüz nəfərin başçısı, yüz nəfərin rəisi deməkdir. Yüzbaşı XIV – XIX əsrlərdə azərbaycan mənşəli– da mövcud olmuş hərbi rütbə və inzibati vəzifə idi. Yüz nəfərlik hərbi dəstəyə başçılıq edən yüzbaşı minbaşıların naibi (müavini) sayılırdı.
Yüzbaşov (a)kişi
familiya, Yüzbaş(ı) şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zabitkişi
kişi adı, sadə, Zabitə qadın adı, düzəltmə, ərəb mənşəli, «zabit» – əmr edən, zəbt edən, tutan, komandir, «zabitə» – bir yerin asayişinə baxan inzibati idarə, polis idarəsi, ümumi qayda, intizam deməkdir.
Zabitov (a)kişi
familiya, Zabit şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zabulkişi
kişi adı, sadə. Fars sözü olub azərbaycan mənşəli klassik muğamlarından birinin adıdır.
Zabulov (a)kişi
familiya, Zabul şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zahidkişi
kişi adı, sadə, Zahidə qadın adı, düzəltmə, ərəb mənşəli, «zahid» – dindar, mömin, ibadətlə məşğul olan; pəhrizkar, asket deməkdir.
Zahidov (a)kişi
familiya, Zahid şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zahirkişi
kişi adı, sadə, Zahirə qadın adı, düzəltmə, ərəb mənşəli, «zahir» – açıq, aydın, aşkar, göz önündə olan deməkdir.
Zaidəqadın
qadın adı, sadə, ərəb mənşəli, «zaidə» – artan, artırılan deməkdir. Məcazi mənada həddindən artıq gözəl, qəşəng mənasında işlənir.
Zakirkişi
kişi adı, sadə, Zakirə qadın adı, düzəltmə, ərəb mənşəli, «zakir» – zikr edən, xatırlayan deməkdir. Təxəllüs kimi XVII – XVIII əsr azərbaycan mənşəli şairi Qasım bəy Əlibəy oğlu Cavanşirə aiddir.
Zakirov (a)kişi
familiya, Zakir şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zalkişi
kişi adı, sadə, fars mənşəli «zal» – qoca, yaşlı, ağsaqqal, ixtiyar deməkdir. İranın əfsanəvi qəhrəmanı Rüstəmin atasının adıdır. Doğularkən başının tükü ağ olduğundan ona Zal adı qoyulmuşdur.
Zalikəqadın
qadın adı, sadə, ərəb mənşəli, «zəlixə» – su pərisi deməkdir.
Zalov (a)kişi
familiya, Zal şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zalxaqadın
qadın adı, sadə, ərəb mənşəli, Züleyxa adının qısaldılmış forması olub «su pərisi» deməkdir.
Zamankişi
kişi adı, sadə, ərəb mənşəli, «zaman» – vaxt, dövr, çağ deməkdir.
Zamanov (a)kişi
familiya, Zaman şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zaminkişi
kişi adı, sadə, Zaminə qadın adı, düzəltmə, ərəb mənşəli, «zamin» – zəmanət verən adam, öhdəsinə götürən, cavabdeh deməkdir.
Zaminov (a)kişi
familiya, Zamin şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zamiqkişi
kişi adı, sadə, ərəb mənşəli, «samiq» sözünün variantı olub ucaboylu, hündürboylu; əzəmətli deməkdir.
Zamirkişi
kişi adı, sadə, Zamirə qadın adı, düzəltmə, ərəb mənşəli, «zamir» – arıq, incə, zərif deməkdir.
Zaraqadın
qadın adı, sadə. Əsli yəhudi adı Saradır. Mənası «xanım» deməkdir.
Zaurkişi
kişi adı, sadə, ərəb mənşəli, «zaur» – ziyarət edən, zəvvar, qonaq, mehman deməkdir.
Zaurov (a)kişi
familiya, Zaur şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zemfiraqadın
qadın adı, sadə. Əsli yunanca «sapperios» – sapfir (qiymətli daşlardan birinin adıdır) deməkdir.
Zemkomkişi
kişi adı, düzəltmə, rus mənşəli «zemelnıy komitet» (torpaq şöbəsi) – birləşməsinin qısaldılmış formasından düzəlib. Sovet hakimiyyətinin ilk illərində yaranmış adlardandır.
Zeybəkişi
kişi adı, sadə, ərəb mənşəli, «ziybə» – bəzək, zinət, süs deməkdir.
Zeydkişi
kişi adı, sadə, ərəb mənşəli, «zeyd» – artıran, çoxaldan deməkdir. «Leyli və Məcnun» əsərinin qəhrəmanlarından birinin adıdır.
Zeydullakişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, «zeydulla» – Allahın çox hörmətli bəndəsi deməkdir.
Zeydullayev (a)kişi
familiya, Zeydulla şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zeynalkişi
kişi adı, sadə, ərəb mənşəli «zeyn + əl» – bəzək, ibadət edənlərin bəzəyi deməkdir.
Zeynalabdinkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, «zeyn + əl + abidin» – abidlərin bəzəyi, dindarların zinəti deməkdir.
Zeynalabdinov (a)kişi
familiya, Zeynalabdin şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zeynallıkişi
familiya, Zeynal şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Zeynalov (a)kişi
familiya, Zeynal şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zeynəbqadın
qadın adı, sadə, ərəb mənşəli, «zeynəb» – kök, dolğun; gözəl, yaraşıqlı, bəzənmiş deməkdir. Zeynəb Məhəmməd peyğəmbərin sevimli qızının, həmçinin əziz arvadlarından birinin adı olmuşdur.
Zeynəddinkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, «zeyn + əd + din» – dinin bəzəyi deməkdir.
Zeynəddinov (a)kişi
familiya, Zeynəddin şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zeynullakişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, «zeynullah» – allahın bəzəyi deməkdir.
Zeynullayev (a)kişi
familiya, Zeynulla şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zəbərqadın
qadın adı, sadə, ərəb mənşəli, «zəbərcəd» sözündən olub qızılaçalar yaşılımtıl qiymətli daşın adındandır.
Zəbikişi
kişi adı, sadə, ərəb mənşəli, «zəbih» – qurbanlıq, qurban kəsmə deməkdir.
Zəbiyev (a)kişi
familiya, Zəbi şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zəfərkişi
kişi adı, sadə, ərəb mənşəli, «zəfər» – məqsədə yetişmə, nail olma; müvəffəqiyyət, qələbə, qalibiyyət deməkdir.
Zəfərov (a)kişi
familiya, Zəfər şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zəhmətkişi
kişi adı, sadə, ərəb mənşəli, «zəhmət» – əmək, iş, fəaliyyət deməkdir.
Zəhmətov (a)kişi
familiya, Zəhmət şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zəhraqadın
qadın adı, sadə, fars mənşəli «zəhra» – od, məcazi mənada igidlik, cəsarət deməkdir.
Zəkakişi
kişi adı, sadə, ərəb mənşəli, «zəka» – ağıl, fikir, yaddaş deməkdir.
Zəkəriyyəkişi
kişi adı, sadə, ərəb mənşəli, «zəkəriyyə» – xatırlama, yada salma, zikr etmə deməkdir.
Zəkikişi
kişi adı, sadə, Zəkiyə qadın adı, düzəltmə, ərəb mənşəli, «zəka» – zəkalı, ağıllı; saf, təmiz (adam) deməkdir.
Zəlimkişi
kişi adı, sadə, ərəb mənşəli, «zalim» – zülmkar, zülm edən, qan içən deməkdir.
Zəlimxankişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, zəlim + azərbaycan mənşəli xan (titul) sözlərindən düzəlib. «Zülmkar xan» deməkdir.
Zəlimxanov (a)kişi
familiya, Zəlimxan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zəminəqadın
qadın adı, düzəltmə, fars mənşəli «zəmin» – ilk şərt, ilkin şərait deməkdir. Parçanın yerliyinə də zəmin deyirlərəb mənşəli,