Azərbaycan adları
5,039 ad: 3,700 kişi, 1,339 qadın
Aysoltan //Aysultanqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + ərəb mənşəli, soltan // sultan (hökmdar) sözlərindən düzəlib. «Aya hökm edən, Aya meydan oxuyan» deməkdir.
Aysuqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (burada gümüş, ağ mənalarını bildirir) + su sözlərindən düzəlib. «Gümüş suyu, ağ su»; «pak, bakirə, təmiz, şəffaf» deməkdir.
Aysurəqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + ərəb mənşəli, surə (parça) sözlərindən düzəlib. «Ay parçası» deməkdir.
Aytacqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + fars mənşəli tac (çələng, hökmdarlığın atributlarından biri) sözlərindən düzəlib. «Ayın haləsi, nuru, işığı» deməkdir.
Aytamamqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + tamam (bütöv) sözlərindən düzəlib. «Bütöv Ay; girdə sifətli qız» deməkdir.
Aytəkinqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + təkin (kimi) sözlərindən düzəlib. «Aya bənzər», «Ay kimi gözəl» deməkdir.
Aytənqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + tən (1. bədən, əndam; 2. bərabər) sözlərindən düzəlib. «Aybədənli», «gözəlliyi Aya bərabər», «Ay kimi» deməkdir.
Ayulduzqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + ulduz sözlərindən düzəlib. «Çox parlaq, olduqca gözəl» deməkdir.
Ayxankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + xan (titul) sözlərindən düzəlib. «Yüksək rütbəli, hörmətli xan» deməkdir.
Ayxanımqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + xanım sözlərindən düzəlib. «Ağ qız, gözəl qız» deməkdir.
Ayzadəqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + fars mənşəli zadə (doğulmuş övlad) sözlərindən düzəlib. «Ay qızı, Aydan doğulan» deməkdir.
Azadkişi
kişi adı, sadə, Azadə qadın adı, sadə, fars mənşəli «azade» (sərbəst, asılı olmayan) sözündən götürülüb. Sasanilər dövründə İranda və Azərbaycanda azadlar (əsilzadələr, zadəganlar) təbəqəsi var idi.
Azaflıkişi
familiya, Azaplı // Azaflı top.– dən düzəlib.
Azaykişi
kişi adı, sadə. Mütəxəssislər bu antroponimi «azalmaq» feli ilə bir kökdən hesab edirlərəb mənşəli, Lakin bir şeyi də nəzərə almaq lazımdır ki, dilimizdə «az» hissəciyinin «nəhəng, böyük, iri» mənası ilə bağlı sözlər də az deyil (azı, azıx, azman və b.). Ulularımız ad, xüsusilə kişi adı seçərkən ikinci mənaya daha çox üstünlük vermişlərəb mənşəli,
Azayev (a)kişi
familiya, Azay şəxsi ad + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Azərkişi
kişi adı, sadə, fars mənşəli «azər» – od, atəş, atəşgah deməkdir.
Azərikişi
kişi adı, düzəltmə, fars mənşəli azər (od) + azərbaycan mənşəli –i (oxşarlıq, bəzən aidlik, mənsubluq bildirən şəkilçi). «Oda aid», «oda qulluq edən», «oda sitayiş edən» deməkdir.
Azərinqadın
qadın adı, düzəltmə, fars mənşəli azər +azərbaycan mənşəli –in (şəkilçi– si). «Azərə məxsus, oda məxsus, od qızı» deməkdir.
Azəroğlukişi
təxəllüs, mürəkkəb, fars mənşəli azər (od, atəş) + azərbaycan mənşəli oğul + u (III şəxs mənsub. şəkilçi – si.). XX əsr azərbaycan mənşəli şairi və ictimai xadimi Balaş Allahbaxış oğlu Abizadəyə məxsusdur.Təxəllüsü «Azərbaysan oğlu» kimi də mənalandırmaq olar.
Azimkişi
kişi adı, sadə, Azimə qadın adı, düzəltmə, ərəb mənşəli, «azim» – qəti qərar verən; hər hansı bir məqsədlə yola düşən deməkdir.
Babakişi
kişi adı, sadə, azərbaycan mənşəli «baba» valideynlərdən hər hansı birinin atasının onların uşaqlarına olan qohumluq münasibətidir. Qədimdə «ata» mənasında da işlənmişdir. Antroponim kimi «böyük, hörmətli» mənalarını ifadə edir.
Babacankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli baba + can (əziz) sözlərindən düzəlib. «Can baba, əziz baba» deməkdir.
Babacanov (a)kişi
familiya, Babacan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Babaəlikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli baba (böyük) + ərəb mənşəli, Əli sözlərindən düzəlib. «Böyük Əli» deməkdir.
Babaəmikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli baba (böyük) + əmi (qohumluq münasibəti) sözlərindən düzəlib. «Böyük əmi» deməkdir.
Babakişikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli baba (hörmətli, böyük) + kişi (adam) sözlərindən düzəlib. «Böyük adam, hörmətli kişi» deməkdir.
Babakişiyev (a)kişi
familiya, Babakişi şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Babanlıkişi
familiya, Babilik təriqəti ilə bağlı yaranmışdır. «Babilərdən olan, babiliyə mənsub» deməkdir.
Babaşkişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli baba+ ş (kiçiltmə və əzizləmə mənası bildirən şəkilçi). «Kiçik baba; babanın adını dışıyan nəvə» mənalarına uyğundur. Çox vaxt babanın adını daşıyan nəvənin ailədə ikinci adı kimi də işlənir.
Babaşov (a)kişi
familiya, Babaş şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Babaxankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli baba (böyük) + xan (titul) sözlərindən düzəlib. «Böyük xan» deməkdir.
Babaxanov (a)kişi
familiya, Babaxan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Babayarkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli baba + fars mənşəli yar (dost, yoldaş, yaxın adam) sözlərindən düzəlib. «Babanın dostu» deməkdir.
Babayarov (a)kişi
familiya, Babayar şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Babayev (a)kişi
familiya, Baba şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Babazadəkişi
familiya, Baba şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir) şək – si.
Babəkkişi
təxəllüs IX əsrdə Cavidandan sonra Xürrəmilər hərəkatına başçılıq edərək iyirmi ildən artıq ərəb işğalçılarına qarşı mübarizə aparmış Azərbaycanın xalq qəhrəmanı Həsənin təxəllüsudur. Papak – Babik – Babək kimi dəyişildiyi güman olunur.
Babək // Babikkişi
kişi adı, sadə, fars mənşəli «babək» – tərbiyəçi, hami; babacan, əziz baba deməkdir. «Başçı» anlamında «böyük»və «bəy» sözlərindən düzəldiyi də iddia olunur. Şəxs adı kimi təxəllüsdən törəyib. Azərbaycanda adın hər iki variantı işlənir.
Badamqadın
qadın adı, sadə, azərbaycan mənşəli «badam» isti ölkələrdə bitən sərt qabıqlı, ləpəsi yeyilən meyvənin adıdır. Şərq poeziyasında gözəllik etalonu kimi geniş istifadə olunur.
Badambəyimqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli badam + bəyim sözlərindən düzəlib. «Şirin qız, gözəl xanım» deməkdir.
Badamgülqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli badam + fars mənşəli gül sözlərindən düzəlib. «Badam çiçəyi; çəhrayı yanaqlı qız» deməkdir.
Badamxanımqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli badam + xanım sözlərindən düzəlib. «Gözəl xanım, gözəl qız» deməkdir.
Badisəbaqadın
qadın adı, mürəkkəb, fars mənşəli bad (külək) + ərəb mənşəli, səbah (səhər) sözlərindən düzəlib. «Səhər küləyi, səhər mehi» deməkdir.
Bafakişi
kişi adı, sadə, azərbaycan mənşəli «bafa» – kiçik dərz, dəstə, dəmət deməkdir.
Bafadarkişi
kişi adı, düzəltmə Əsli: Vəfadar. ərəb mənşəli, vəfa (sədaqət) + fars mənşəli dar (azərbaycan mənşəli –lı şəkilçisinin qarşılığı). «Sədaqətli» deməkdir.
Bafəddin // Bafiyəddinkişi
kişi adı, mürəkkəb Əsli: Vəfaəddin. ərəb mənşəli, «vəfaəddin» – dinə sadiq olan deməkdir.
Baftaqadın
qadın adı, sadə, azərbaycan mənşəli «bafta» – ipək parça növüdür.Antroponim kimi «qiymətli, gözəl» deməkdir.
Bağdadkişi
müşəxsi ad, sadə. Toponim mənşəli olub, eyni adlı şəhərin adından götürülüb. Antroponim kimi «gözəl» mənasını ifadə edir.
Bağdagülqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli bağ + da (yerlik hal şək – si.) + fars mənşəli gül (çiçək) sözlərindən düzəlib. «Bağda bitən gül, çiçək» deməkdir.
Bağı // Baqikişi
kişi adı, sadə, ərəb mənşəli, «baqi» – əbədi, daimi, ölməz deməkdir.
Bağırkişi
kişi adı, sadə, ərəb mənşəli, «bağir» – hərtərəfli inkişaf etmiş, geniş bilik sahibi, bilikli deməkdir. qədim türk mənşəli «bağır» – köks, sinə, ürək mənalarında işlənmişdir. Hər iki halda antroponim uğurludur.
Bağırov (a)kişi
familiya, Bağır şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Bağırzadəkişi
familiya, Bağır şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir) şək– si.
Bağıyev (a)kişi
familiya, Bağı şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Bahadır // Bahadurkişi
kişi adı, sadə, fars mənşəli «bəhader», türk mənşəli «bahadır», «batır» – İgid, qəhrəman, cəsur döyüşçü deməkdir. Monqollarda hərbi xidmətlərinə və igidliklərinə görə ayrı – ayrı şəxslərə bu adı verərmişlərəb mənşəli,
Baharkişi
müşəxsi ad, sadə, fars mənşəli «bəhar» – yaz fəsli deməkdir.
Bahargülqadın
qadın adı, mürəkkəb, fars mənşəli bahar + gül sözlərindən düzəlib. «Baharda açılan gül, yaz çiçəyi» deməkdir.
Baharlıkişi
familiya, Etnonim mənşəli olub, eyni adlı tayfanın adındandır.
Bahəddin // Bəhaəddin // Bəhyəddinkişi
kişi adı, mürəkkəb, fars mənşəli bəha (parlaqlıq, gözəllik) + ərəb mənşəli, əddin (dinin) sözlərindən düzəlib. «Dinin gözəlliyi, dinin parıltısı, işığı» deməkdir.
Bahirkişi
kişi adı, sadə, Bahirə qadın adı, düzəltmə, ərəb mənşəli, «bahir» – gözəl, qəşəng, əla deməkdir.