Azərbaycan adları

5,039 ad: 3,700 kişi, 1,339 qadın

Atacanov (a)kişi
familiya, Atacan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ataəmi // Atəmikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata (böyük) + əmi (atanın qardaşı) sözlərindən düzəlib. «Böyük əmi» deməkdir.
Atakişikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata (böyük) + kişi sözlərindən düzəlib. «Böyük kişi» deməkdir.
Atakişiyev (a)kişi
familiya, Atakişi şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Atalarkişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli ata + lar (kəm. şəkilçi– si). «Atalara əvəz» mənasına uyğundur.
Atalarov (a)kişi
familiya, Atalar şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Atamkişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli «atam» – mənim atam deməkdir.
Atamalıkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata + mal (var – dövlət, miras) + ı (III şəxs mənsub. şəkilçi– si.) sözlərindən düzəlib. «Ataya məxsus, atanın varisi» deməkdir.
Atamalıbəyov (a)kişi
familiya, Atamalı şəxsi ad + bəy (titul) + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Atamoğlankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata + m (I şəxs mənsub. şəkilçi– si.) + oğlan sözlərindən düzəlib. «Atama əvəz oğlan» deməkdir.
Atamoğlanov (a)kişi
familiya, Atamoğlan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Atamov (a)kişi
familiya, Atam şəxsi ad + ov (a) (rus familiya, düzəldən şəkilçi).
Ataqardaşkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata (böyük) + qardaş sözlərindən düzəlib. «Böyük qardaş» deməkdir.
Ataqardaşov (a)kişi
familiya, Ataqardaş şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ataşkişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli ata + ş (əzizləmə mənasını ifadə edən şəkilçi). İlkin variantı valideynlərdən birinin atasının adını daşıyan uşaqlara verilan ikinci ad olmuşdur. «Əziz ata» və ya «atanın adaşı», «atanın adını daşıyan» deməkdir.
Ataşov (a)kişi
familiya, Ataş şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ataxankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata (böyük) + xan (titul) sözlərindən düzəlib. «Böyük xan», «baş xan» mənalarına uyğundur.
Ataxanlıkişi
familiya, Ataxan şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Ataxanov (a)kişi
familiya, Ataxan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ataxəlilkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata (böyük) + ərəb mənşəli, xəlil (dost, sevgili) sözlərindən düzəlib. «Böyük dost, sevimli ata» deməkdir.
Atayev (a)kişi
familiya, Ata şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Atəşkişi
kişi adı, sadə, fars mənşəli «atəş» – od deməkdir.
Atifkişi
kişi adı, sadə, Atifə qadın adı, düzəltmə ərəb mənşəli, «atif» – lütf edən, mehriban, şəfqətli deməkdir.
Atilkişi
kişi adı, sadə, qədim türk mənşəli «elin şöhrəti», «elin uğuru» deməkdir. ərəb mənşəli, «atil» – tənbəl, işsiz, boş; bəzəksiz, zinətsiz mənalarına uyğundur.
Atlaz // Atlasqadın
qadın adı, sadə, azərbaycan mənşəli «atlaz» – hamar üzlü, parlaq ipək parça adıdır. Antroponimin mənası «ipək kimi zərif, parlaq» deməkdir.
Atlıxankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli atlı (süvari) + xan (titul) sözlərindən düzəlib. «Süvari xan», «igid, qəhrəman» deməkdir.
Atlıxanov (a)kişi
familiya, Atlıxan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Avıkişi
kişi adı, sadə, qədim azərbaycan mənşəli «avı» – sağlam deməkdir.
Avıyev (a)kişi
familiya, Avı şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Axundlukişi
familiya, Axund (dini rütbə) + lu (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Axundov (a)kişi
familiya, Axund + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Axundzadəkişi
familiya, Axund + zadə (fars mənşəli «oğlu» sözündəndir) şəkilçi– si.
Ayanqadın
qadın adı, sadə, türk dillərində bu söz «xoşa gələn», «rahat, gözəl yer», «çay mənsəbi» mənalarında izah olunur.
Ayarkişi
kişi adı, sadə, Ayarxanım qadın adı, mürəkkəb, azərbaycan mənşəli «ayar» – 1. ürəyiaçıq, gülərüzlü; 2. iti gözlü; 3. məhsuldar mənalarını ifadə edir.
Ayazkişi
kişi adı, sadə, azərbaycan mənşəli «ayaz» – qışda buludsuz, aydın gecələrdə quru, soyuq şaxta mənasını verir. şəxsi ad kimi «Ayaz» – aydın fikirli, ağıllı, istedadlı deməkdir. Sultan Mahmudun gənc və gözəl nökərinin adı da Əyaz // Ayaz olmuşdur.
Aybənizqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet adı, Yerin peyki) + bəniz (üz, sifət, sima) sözlərinin birləşməsindən yaranıb. «Ay üzlü», «gözəl» mənalarını ifadə edir.
Aybikəqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + bikə (qız) sözlərindən düzəlib. «Ay kimi gözəl qız» deməkdir.
Aycamalqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + ərəb mənşəli, camal (üz, surət) sözlərindən düzəlib. «Ay üzlü» deməkdir.
Ayçiçəkqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + çiçək sözlərindən düzəlib. «Ay çiçəyi, ağ çiçək» deməkdir.
Aydanqadın
qadın adı, düzəltmə, azərbaycan mənşəli Ay (planet) + dan (lek. şəkilçi). «Ay məkanı», «Ay haləsi» deməkdir.
Aydəmirkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + dəmir (metal) sözlərindən düzəlib. «Saf, möhkəm» mənalarına uyğundur.
Aydənizqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + dəniz sözlərindən düzəlib. «İşıq dənizi, işıq ümmanı» deməkdir.
Aydınkişi
kişi adı, sadə, azərbaycan mənşəli «aydın» – işıqlı, aşkar deməkdir. azərbaycan mənşəli– da bu antroponimin ilk yaradıcısı C. Cabbarlı olmuşdur.
Aydınov (a)kişi
familiya, Aydın şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ayət // Ayatqadın
qadın adı, sadə, ərəb mənşəli, «ayə» sözünün cəmi olub «əlamətlər, nişanlar deməkdir».
Ayətullakişi
kişi adı, sadə, ərəb mənşəli, «allahın nişanəsi, rəmzi» deməkdir. Əsasən din xadimləri ad və ləqəb kimi bu antroponimdən istifadə edirlərəb mənşəli,
Ayfərqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + fars mənşəli fər (işıq) sözlərindən düzəlib. «Ay işığı» deməkdir.
Aygülqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + fars mənşəli qol (gül, çiçək) sözlərindən düzəlib. «Ay çiçəyi» deməkdir.
Aygünqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + Gün (planet) sözlərinin birləşməsindən düzəlib. Bu tipli adlar qədim türk mənşəli olub Aya, Günə etiqadla bağlı yaranıb. Hazırda qadın gözəlliyini tərənnüm edən bu antroponim «Ay və Gün kimi təmiz, gözəl» mənasını ifadə edir.
Ayinkişi
kişi adı, sadə, Ayinə qadın adı, düzəltmə, fars mənşəli «ayin» – bəzək, zinət; rəsm, adət, qanun, dəb, üsul, mərasim; məzhəb deməkdir. Antroponim kimi bu sözün «bəzək, zinət» mənaları əsas götürülür.
Aylaqadın
qadın adı, düzəltmə, azərbaycan mənşəli Ay (planet) + la (birgəlik bildirən şəkilçi). «Ayla birgə, yanaşı, bərabər», «Ay haləsi» deməkdir.
Aynaqadın
qadın adı, sadə, fars mənşəli «ayinə» – güzgü deməkdir. azərbaycan mənşəli «ayna» – şüşə; türk mənşəli «ayna» – şeytan mənalarını bildirir. Antroponim kimi «saf, təmiz, şəffaf» mənalarına uyğundur.
Aynanisəqadın
qadın adı, mürəkkəb, fars mənşəli ayna (saf) + ərəb mənşəli, nisə (qadın) sözlərindən düzəlib. «Təmiz, saf qadın, qız» deməkdir.
Aynurqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + ərəb mənşəli, nur (işıq, aydınlıq) sözlərindən düzəlib. «Ay işığı», «aydın, parlaq, təmiz» mənalarını ifadə edir.
Ayparaqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + para (parça, yarı) sözlərindən düzəlib. Gözəllik rəmzi kimi «ay parçası», «yarımçıq ay» deməkdir.
Ayqızqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + qız sözlərindən düzəlib. «Ay kimi gözəl qız» deməkdir.
Aysabahqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + ərəb mənşəli, sabah (səhər) sözlərindən düzəlib. «Səhər görünən ay» deməkdir.
Ayselqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + sel sözlərindən düzəlib. «Ay işığı, ay seli» deməkdir.
Aysənəmqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + ərəb mənşəli, sənəm (gözəl) sözlərindən düzəlib. «Ay kimi gözəl» deməkdir.
Aysimaqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli Ay (planet) + ərəb mənşəli, sima (üz) sözlərindən düzəlib. «Ay üzlü» deməkdir.