Azərbaycan adları

5,039 ad: 3,700 kişi, 1,339 qadın

Ananlıkişi
təxəllüs azərbaycan mənşəli aktyoru Əbülhəsən Məmmədova məxsusdur.
Anaqızqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ana + qız sözlərindən düzəlib. «Böyük qız» deməkdir.
Anarkişi
kişi adı, sadə, Anara // Anarə qadın adı, düzəltmə, azərbaycan mənşəli «anmaq» felindən olub. «Yada salar, xatırlar» deməkdir.
Anaşqadın
qadın adı, düzəltmə, azərbaycan mənşəli ana + ş (əzizləmə mənası bildirən şəkilçi). «Əziz ana» deməkdir. Çox vaxt valideynlərdən birinin anasının adını daşıyan qızlara verilən ikinci addır.
Anasıqadın
qadın adı, düzəltmə, azərbaycan mənşəli ana + sı (mənsub. şəkilçi – si). «Əziz anam, anamız» deməkdir.
Anatollukişi
kişi adı, düzəltmə türk mənşəli Anadolu (top.) + lu. «Anadoludan olan, anadolulu» deməkdir.
Anaxanımqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ana (qadın, valideyin) + xanım (titul) sözlərindən düzəlib. «Ana qədər yaxın, mehriban xanım» deməkdir.
Aqibətqadın
qadın adı, sadə, ərəb mənşəli, «aqibət» – tale deməkdir.
Aqilkişi
kişi adı,sadə, Aqilə qadın adı, düzəltmə, ərəb mənşəli, «aqil» – ağıllı, kamallı, dərrakəli, həddi – buluğa çatmış mənasındadır.
Aqilov (a)kişi
familiya, Aqil şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Aqqıraqov (a)kişi
familiya, Etnonim mənşəlidir.
Aqşinkişi
kişi adı, sadə, «ağtəhər», «ağ üzlü», «ağ çöhrəli» deməkdir. Bu sözdən şəxs adı kimi ilk dəfə C. Cabbarlı istifadə etmişdir. Müəllif «Od gəlini» pyesində Babəkin başçılıq etdiyi xürrəmilər hərəkatını yatırdan ərəb sərkərdəsi Afşini Aqşin kimi təqdim etmişdir.
Aralkişi
kişi adı, sadə. Qədim türk dillərində «ada» mənasında işlənmişdir.
Arankişi
kişi adı, sadə. Aran top.– dən götürülüb.azərbaycan mənşəli «aran» – isti ölkə, düzənlik deməkdir.
Aranlıkişi
familiya, Aran top.– dən və – lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi) şəkilçi– sindən əmələ gəlmişdir.
Arasta // Arəstəqadın
qadın adı, sadə, fars mənşəli «arəstə» – bəzənmiş, bəzəkli, xoşa gələn deməkdir.
Arazkişi
kişi adı, sadə, Araz çayının adından götürülüb.Təxəllüs kimi azərbaycan mənşəli xalq şairi Məmməd İnfil oğlü İbrahimova məxsusdur.
Arazlı // Araslıkişi
familiya, Araz // Aras hidr.– indən və – lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi) şəkilçi– sindən əmələ gəlmişdir.
Arifkişi
kişi adı, sadə, Arifə qadın adı, düzəltmə, ərəb mənşəli, «arif» – hər şeydən xəbərdar, tez başa düşən, anlayan deməkdir.Təxəllüs kimi azərbaycan mənşəli xalq şairi Hüseyn Camal oğlu Hüseynzadəyə məxsusdur.
Arıxkişi
kişi adı, sadə, qədim azərbaycan mənşəli «arıx» – pak, təmiz deməkdir.
Arıxov (a)kişi
familiya, Arıx şəxsi ad + ov (a) (rus familiya, düzəldən şəkilçi).
Artunkişi
kişi adı, sadə. qədim türk yazılı abidələrində bitki adı (zirə) kimi «artan, çoxalan» deməkdir.
Arzukişi
müşəxsi ad, sadə, fars mənşəli «ar(e)zu» – istək, dilək, həvəs sözündəndir.
Arzumankişi
kişi adı, düzəltmə, fars mənşəli «ar(e)zumənd» sözündən olub, «arzu olunan», «istənilən» deməkdir.
Arzumanlıkişi
familiya, Arzuman şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Arzumanov (a)kişi
familiya, Arzuman şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Aşafatmaqadın
qadın adı, mürəkkəb Azərbaycanın Şirvan zonasında xüsusilə geniş yayılmış addır. Həmin zonada «aşafatma» sözü «göy qurşağı» mənasında işlənir. Antroponimin Ayişə və Fatimə (Məhəmməd peyğəmbərin arvadı və qızı) sözlərindən düzəldildiyi və ya türk mənşəli «aşa» (çox. artıq) + ərəb mənşəli, «fatimə» (qız) sözlərindən olub «daha qız bəsdir» mənasını ifadə etdiyi də güman olunur.
Asena // Aysenaqadın
qadın adı, sadə, qədim türk «əsən» – «sağ – salamat» sözünün dünyanın bir çox dillərinə keçərək dəyişməsinin nəticəsidir. Məs: fransız dilind «assen» (sağlamlıq) sözü işlənməkdədir. Asena XII əsr Bolqar çarının adı olmuşdur.
Asəfkişi
kişi adı, sadə, qədim yəhudi mənşəli Yosafat (tanrı hökm verdi) adının ərəb mənşəli, formasıdır. Əfsanəvi Süleyman peyğəmbərin ağıllı və tədbirli vəzirinin adı olmuşdur.
Asifkişi
kişi adı, sadə, ərəb mənşəli, «asif» – şiddətli külək, tufan, qasırğa, boran deməkdir.
Asimkişi
kişi adı, sadə, Asimə qadın adı, düzəltmə, ərəb mənşəli, «asim» – ismətli, namuslu; ismətini, namusunu qoruyan deməkdir. Mədinə şəhərinin qədim adı olan Yəsrib Asim kimi də işlədilmişdir. Onu obrazlı şəkildə «Məhəmmədi qoruyan, müdafiə edən» kimi mənalandırırlar.
Asimankişi
müşəxsi ad, sadə, fars mənşəli «asiman» – səma, göy, göy qübbəsi deməkdir.
Asimov (a)kişi
familiya, Asim şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Aşiqkişi
kişi adı, sadə, Aşiqə qadın adı, düzəltmə, ərəb mənşəli, «aşiq» – sevmiş, sevən, vurğun, sevgili deməkdir.
Asiya // Asyaqadın
qadın adı, sadə, qədim aysorca «gündoğan» deməkdir. Müasir ərəb mənşəli, «qadın hakim» mənasında işlədilir.
Asiyabəyim // Asyabəyimqadın
qadın adı, mürəkkəb, Asiya // Asya + azərbaycan mənşəli bəyim sözlərindən düzəlib. «Hakim xanım» deməkdir.
Asiyaxanım // Asyaxanımqadın
qadın adı, mürəkkəb, Asiya // Asya + azərbaycan mənşəli xanım sözlərindən düzəlib. «Hökmdar xanım» deməkdir.
Aslankişi
kişi adı, sadə, qədim türk mənşəli «arslan» (heyvanların şahı sayılan «şir» deməkdir) sözündəndir. Türk qəbilələrindən qaraxanilərdə və səlcuqlarda titul kimi də işlədilmişdir.
Aslanlıkişi
familiya, Aslan şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Aslanoğlukişi
familiya, Aslan şəxsi ad + oğlu («zadə» şəkilçi– nin azərbaycan mənşəli qarşılığı).
Aslanov (a)kişi
familiya, Aslan ş.a. + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Aslanzadəkişi
familiya, Aslan şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir) şəkilçi– si.
Aşqınkişi
kişi adı, sadə, azərbaycan mənşəli «aşmaq» felindən düzəlib. «Üstün gələn», «qalib gələn» deməkdir.
Asudəqadın
qadın adı, sadə, fars mənşəli «asudə» – sərbəst, rahat, dinc deməkdir.
Aşurkişi
kişi adı, sadə, Aşura qadın adı, düzəltmə 1. Ər «aşur» – ongünlük, dekada; «aşura» – məhərrəm ayının onuncu günü deməkdir. 680 – ci il məhərrəm ayının onunda Kərbəlada Yezidin qoşunları Hüseynin tərəfdarlarına qalib gəlmişdilərəb mənşəli, 2. Əfsanəyə görə baş allah Assuriya padşahlarının himayəçisinin adı Aşşur idi. O, padşahları istilaçı yürüşlərə, düşmənlərə qarşı amansız olmağa ruhlandırırmış. Digər tərəfdən, qədim türk yazılı abidələrində «asur» – cin, şeytan, iblis mənasında işlənir.
Aşurbəykişi
kişi adı, mürəkkəbAşur şəxsi ad + bəy (titul) sözlərindən düzəlib.
Aşurbəylikişi
familiya, Aşurbəy şəxsi ad + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Aşurbəyov (a)kişi
familiya, Aşurbəy şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Aşurəlikişi
kişi adı, mürəkkəb Aşur + Əli sözlərindən düzəlib. Şiəlik təriqəti ilə bağlıdır.
Aşurəliyev (a)kişi
familiya, Aşurəli şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Aşurov (a)kişi
familiya, Aşur şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Atakişi
kişi adı, sadə, azərbaycan mənşəli «ata» – sahib, böyük, tərbiyəçi, valideyn deməkdir. Təxəllüs kimi azərbaycan mənşəli tənqidçisi, filosof Asif Qasım oğlu Əfəndiyevə aiddir. «Müdrik» mənasını ifadə edir.
Atababakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata (böyük) + baba (əcdad, nəslin başçısı, atanın atası) sözlərindən düzəlib. «Böyük baba, ulu baba» deməkdir.
Atababayev (a)kişi
familiya, Atababa şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Atabalakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata (böyük) + bala (övlad, uşaq) sözlərindən düzəlib. «Böyük övlad, böyük oğul» deməkdir.
Atabalayev (a)kişi
familiya, Atabala şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Atabəykişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata (böyük) + bəy (titul). İlkin variantda vəzifə adı olub tərbiyəçi, qəyyum funksiyalarını yerinə yetirən şəxslərə verilmişdir. azərbaycan mənşəli tarixində atabəylik Eldəgizlər (Atabəylər) sülaləsinin banisi Şəmsəddin Eldəgizin (XII əsr) adı ilə bağlıdır. Müasir antroponimiyada bu ad «böyük bəy» mənasını saxlamışdır.
Atabəylikişi
familiya, Atabəy şəxsi ad + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Atabəyov (a)kişi
familiya, Atabəy şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Atacankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ata (böyük) + can (əziz) sözlərindən düzəlib. «Əziz ata» deməkdir.