Azərbaycan adları
5,039 ad: 3,700 kişi, 1,339 qadın
Ağasəmədzadəkişi
familiya, Ağasəməd şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir) şəkilçi– si.
Ağasifkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, asif (tufan) sözlərindən düzəlib. «Böyük tufan» mənasındadır.
Ağaşirinkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa + fars mənşəli şirin sözlərindən düzəlib. «Sevimli, əziz cənab» deməkdir.
Ağaşirinov (a)kişi
familiya, Ağaşirin şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağası // Ağasikişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli ağa (böyük) + sı // si (III şəxs mənsub. şək– si.). «Böyüyümüz», «ailənin böyüyü» deməkdir.
Ağasıyev (a) // Ağasiyev (a)kişi
familiya, Ağası // Ağasi şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağasoltan // Ağasultankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, soltan – sultan (padşah, hökmdar) sözlərindən düzəlib. «Böyük hökmdar» deməkdir.
Ağasoltanlı // Ağasultanlıkişi
familiya, Ağasoltan // Ağasultan şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Ağasoltanov (a) // Ağasultanov (a)kişi
familiya, Ağasoltan // Ağasultan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağaşükürkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa + ərəb mənşəli, şükr (minnətdarlıq, razılıq) sözlərindən düzəlib. Burada «Allahdan razı, tanrıya minnətdar» mənasını ifadə edir.
Ağaşükürov (a)kişi
familiya, Ağaşükür şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağasüleymankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, suleymən // süleyman (qədim yəhudi mənşəli Solomon – əmin, sakit, heç kəsə dəyib – dolaşmayan; sülh) sözlərindən düzəlib. «Əmin, sakit cənab» deməkdir. Şərq antroponimikasında Süleyman peyğəmbərin adı ilə bağlıdır.
Ağasüleymanov (a)kişi
familiya, Ağasüleyman şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağaverdikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + verdi («vermək» felindən) sözlərindən düzəlib. «Allahın verdiyi» mənasına uyğundur.
Ağaverdiyev (a)kişi
familiya, Ağaverdi şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağavəlikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa + ərəb mənşəli, vəli (himayəçi, qəyyum, ağa) sözlərindən düzəlib. «Böyük ağa, atabəy» deməkdir.
Ağavəliyev (a)kişi
familiya, Ağavəli şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağaxankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + xan (titul, hökmdar) sözlərindən düzəlib. «Böyük xan» deməkdir.
Ağaxanımqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ağa + xanım sözlərindən düzəlib. «Böyük xanım» deməkdir.
Ağaxanov (a)kişi
familiya, Ağaxan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağayaqubkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + Yaqub (qədim yəhudi adı Yakovun ərəb forması olub «ardınca gedən, izi ilə gedən») sözlərindən düzəlib. «Böyük peyğəmbər Yaqub» deməkdir.
Ağayarkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + yar (hissə, parça, tay, bərabər, əziz) sözlərindən düzəlib. «Böyük hissə», «böyük tay» mənasına uyğundur.
Ağayarov (a)kişi
familiya, Ağayar şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağayev (a)kişi
familiya, Ağa şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağayunus // Ağayuniskişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + Yunus // Yunis (qədim yəhudi adı İonanın ərəb forması olub «göyərçin»deməkdir.) sözlərindən düzəlib. «Böyük peyğəmbər Yunus» mənasına uyğundur.
Ağayunusov (a) // Ağayunisov (a)kişi
familiya, Ağayunus // Ağayunis şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağayusifkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + Yusif (qədim yəhudi Adı Yosifin ərəb forması olub «artım, gəlir») sözlərindən düzəlib. «Böyük peyğəmbər Yusif» deməkdir. Belə adlar peyğəmbərlərə ehtiram məqsədilə qoyulurdu. Müasir antroponimikada isə bu tipli adlar yalnız qohumların (baba, ata) adlarını əbədiləşdirmək üçün işlədilir.
Ağayusifov (a)kişi
familiya, Ağayusif şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağazadəkişi
familiya, Ağa şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir) şəkilçi– si.
Ağazalkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + fars mənşəli zal (qoca, yaşlı, ahıl) sözlərindən düzəlmişdir. «Mürşid, başçı, yaşlı hökmdar, ağsaqqal» mənalarını ifadə edir.
Ağazamankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, zaman (vaxt, dövran, çağ) sözlərindən düzəlmişdir. «Zamanın hökmdarı» mənasına uyğundur.
Ağazamanov (a)kişi
familiya, Ağazaman şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağazeynalkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, zeynal (ibadət edənlərin bəzəyi) sözlərindən düzəlmişdir. «Böyük itaətkar» mənasındadır.
Ağazeynalov (a)kişi
familiya, Ağazeynal şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağazəkikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, zəki (ağıllı, bacarıqlı, tez başa düşən) sözlərindən düzəlmişdir. «böyük bilici» mənasını ifadə edir.
Ağazərkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük, cənab) + fars mənşəli zər (qızıl, şəfəq) sözlərindən düzəlib. «Böyük, hörmətli şəfəq» deməkdir.
Ağazərov (a)kişi
familiya, Ağazər şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağbabalıkişi
familiya, Ağbaba top. + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Ağbənizqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ağ (bəyaz, rəngsiz, boyasız) + bəniz (üz, çöhrə) sözlərindən düzəlib. «Ağüzlü, boyasız sifət, ağ dərili gözəl» mənalarına uyğundur.
Ağbikəqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ağ + bikə (subay qız) sözlərindən düzəlib. «Ağ qız» deməkdir.
Ağbutaqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ağ + buta (qönçə) sözlərindən düzəlib. «Ağ gül qönçəsi» deməkdir.
Ağcaqadın
qadın adı, sadə, azərbaycan mənşəli ağ + ca (şiddətləndirmə dərəcəsi əmələ gətirən şəkilçi). «Ağappaq xanım», «ağappaq qız, qadın» deməkdir.
Ağcagülqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ağca (ağappaq) + fars mənşəli gül sözlərindən düzəlib. «Ağ gül, ağ qız, qadın» deməkdir.
Ağçiçəkqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ağ + çiçək sözlərindən düzəlib. «Ağ rəngli zərif qız» deməkdir.
Ağdamskikişi
təxəllüs «Ağdamlı» deməkdir. azərbaycan mənşəli opera artisti Əhməd Bəşir oğlu Bədəlbəyliyə aiddir.
Ağdamskikişi
familiya, Ağdam top. + ski (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağgülqadın
qadın adı, sadə, azərbaycan mənşəli ağ (saya, rəngsiz, bəyaz) + fars mənşəli gül sözlərindən düzəlib. «Ağ gül», «gözəl gül» deməkdir.
Ağgünqadın
qadın adı, sadə, azərbaycan mənşəli ağ (bəyaz) + gün (sutkanın yarısı) sözlərindən düzəlib. Burada «xoşbəxt, bəxtəvər» mənalarına uyğundur.
Ahuqadın
qadın adı, sadə, fars mənşəli «ahu» – ceyran deməkdir.
Aida // Aidə // Ayidəqadın
qadın adı, sadə, qədim yunanca «aida» – bülbül; ərəb mənşəli, «aidə» – gəlir, mədaxil deməkdir.
Aişə // Ayişəqadın
qadın adı, sadə, ərəb mənşəli, «aişə» – canlı, ölməz, yaşayan deməkdir.Məhəmməd peyğəmbərin sevimli arvadlarından birinin adı olmuşdur.
Akifkişi
kişi adı, sadə, Akifə qadın adı, düzəltmə, ərəb mənşəli, «akif» – guşənişin, ibadət edən, abid deməkdir.
Akim // Akumkişi
kişi adı, sadə, Akimə qadın adı, düzəltmə, ərəb mənşəli, «akim» – karvanbaşı deməkdir.
Alagözqadın
qadın adı, sadə, azərbaycan mənşəli ala (açıq qonur rəng) + göz (görmə orqanı) sözlərindən düzəlib. «İri, qonur gözlü qadın, qız» deməkdir.
Alakkişi
kişi adı, sadə, qədim azərbaycan mənşəli «alak» – çağırış deməkdir.
Alakov (a)kişi
familiya, Alak şəxsi ad + ov (a) (rus familiya, düzəldən şəkilçi).
Alaykişi
kişi adı, sadə, azərbaycan mənşəli «almaq» felindən düzəlib. Alay (polk) hərbi termin kimi də dilimizdə işlənməkdədir. «Alan, tutan» mənalarını ifadə edən Alay antroponimi vətənpərvərlik ruhu ilə bağlı yaranmışdır.
Alcanov (a)kişi
familiya, Alcanlı etnonimindəndir.
Alçiçəkqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli al ( qırmızı rəng) + çiçək (gül) sözlərindən düzəlib. «Qırmızı gül» deməkdir.
Aldədəkişi
kişi adı, mürəkkəb azərbaycan mənşəli alı + dədə sözlərindən düzəlib. «Atanın oğlu» deməkdir.