Azərbaycan adları

5,039 ad: 3,700 kişi, 1,339 qadın

Ağamehdiyev (a)kişi
familiya, Ağamehdi şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağaməcidkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa + ərəb mənşəli, məcid (əzəmətli, görkəmli) sözlərindən düzəlib. «Əzəmətli cənab» deməkdir.
Ağaməcidov (a)kişi
familiya,Ağaməcid şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağaməhəmməd // Ağaməmmədkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, Məhəmməd sözlərindən düzəlib. «Böyük Məhəmməd» deməkdir.
Ağaməhəmmədli // Ağaməmmədlikişi
familiya, Ağaməhəmməd // Ağaməmməd şəxsi ad + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Ağaməhəmmədov (a) // Ağaməmmədov (a)kişi
familiya, Ağaməhəmməd // Ağaməmməd şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağamərdankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + fars mənşəli Mərdan (mərdlər) sözlərindən düzəlib. «Mərdlərin böyüyü» deməkdir.
Ağamərdanlıkişi
familiya, Ağamərdan şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Ağamərdanov (a)kişi
familiya, Ağamərdan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağamirkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, mir (əmir – hökmdar, başçı) sözünün qısaldılmış forması) sözlərindən düzəlib. «Böyük hökmdar» deməkdir.
Ağamirov (a)kişi
familiya, Ağamir şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağamirzadəkişi
familiya, Ağamir şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir) şəkilçi– si.
Ağamirzəkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, mirzə (ərəb mənşəli,, fars mənşəli əmirzadə - hökmdar oğlu, şahzadə vəlihəd) sözlərindən düzəlib. «Böyük vəliəhd» deməkdir.
Ağamirzəyev (a)kişi
familiya, Ağamirzə şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağamirzəzadəkişi
familiya, Ağamirzə şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir) şəkilçi– si.
Ağamoğlankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + m (I şəxs mənsub. şəkilçi– si) + oğlan (oğul, kişi) sözlərindən düzəlib. «Böyüyüm oğul» mənasına uyğundur.
Ağamoğlanov (a)kişi
familiya, Ağamoğlan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağamuradkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, murad (arzu, istək) sözlərindən düzəlib. «Böyük arzu» mənasına uyğundur.
Ağamuradov (a)kişi
familiya, Ağamurad şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağamusakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, musa (uşaq, övlad) sözlərindən düzəlib. «Böyük uşaq, böyük övlad» deməkdir.
Ağanemətkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, nemət (yaxşılıq, sərvət) sözlərindən düzəlib. «Böyük sərvət» deməkdir.
Ağanemətlikişi
familiya, Ağanemət şəxsi ad + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Ağanemətov (a)kişi
familiya, Ağanemət şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağanemətullakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, nemətulla (allahın sərvəti) sözlərindən düzəlib. «Allahın böyük sərvəti» deməkdir.
Ağanemətullayev (a)kişi
familiya, Ağanemətulla şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağanəbikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, nəbi (peyğəmbər) sözlərindən düzəlib. «Cənab peyğəmbər» deməkdir.
Ağanəbiyev (a)kişi
familiya, Ağanəbi şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağanəzərkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, nəzər (baxış, düşüncə) sözlərindən düzəlib. «Böyük düşüncə» deməkdir.
Ağanəzərlikişi
familiya, Ağanəzər şəxsi ad+ li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Ağanəzərov (a)kişi
familiya, Ağanəzər şəxsi ad+ ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağanisəqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, nisə (qadın) sözlərindən düzəlib. «Böyük qadın, baş qadın» deməkdir.
Ağaniyazkişi
kişi adı, mürəkkəb, azərb ağa + fars mənşəli niyaz (dua etmə, hədiyyə) sözlərindən düzəlib. «Allahın hədiyyəsi, bəxşişi» deməkdir.
Ağaniyazov (a)kişi
familiya, Ağaniyaz şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağaoğlankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + oğlan sözlərindən düzəlib. «Böyük oğlan, hörmətli oğlan, böyük oğul» deməkdir.
Ağaqardaşkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + qardaş (ailədə doğulmuş oğlan uşağının o biri uşaqlarla qohumluq əlaqəsi) sözlərindən düzəlib. «Böyük qardaş» mənasındadır.
Ağaqardaşov (a)kişi
familiya, Ağaqardaş şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağaqulukişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + qul (xidmət edən) + u (III şəxs mənsub. şəkilçi– si). Burada «Tanrının xidmətçisi» mənasını ifadə edir.
Ağaquluyev (a) // Ağaquliyev (a)kişi
familiya, Ağaqulu şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağaqurbankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, qurban (özünü müqəddəs bir iş uğrunda fəda edən) sözlərindən düzəlib. «Böyük fədakar» anlamındadır.
Ağaqurbanov (a)kişi
familiya, Ağaqurban şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağarazi // Ağarəzikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, razi (bir şeydən razı olmaq) sözlərindən düzəlib. «Hər şeydən razı olan ağa, böyük» deməkdir.
Ağaraziyev (a) // Ağarəziyev (a)kişi
familiya, Ağarazi // Ağarəzi şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağarəfikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, rəfi (rafiq – rəfiq sözünün qısaldılmış forması, mənası: «dost, yoldaş») sözlərindən düzəlib. «Böyük dost» deməkdir.
Ağarəfiyev (a)kişi
familiya, Ağarəfi şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağarəhimkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, rəhim (rəhimli, rəhm edən, ürəyi yanan) sözlərindən düzəlib. «Böyük rəhm edən» deməkdir.
Ağarəhimlikişi
familiya, Ağarəhim şəxsi ad + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Ağarəhimov (a)kişi
familiya, Ağarəhim şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağarəhmankişi
kişi adı, mürəkkəb Mənşəcə və mənaca Ağarəhim antroponiminə uyğundur.
Ağarəhmanov (a)kişi
familiya, Ağarəhman şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağarzakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, rza (bir şeydən razı, məmnun) sözlərindən düzəlib. «Böyük məmnuniyyət» deməkdir.
Ağarzayev (a)kişi
familiya, Ağarza şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağasadıqkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, sadıq – sadiq (sədaqətli) sözlərindən düzəlib. «Böyük sadiq» deməkdir.
Ağasadıqov (a) // Ağasadıxov (a)kişi
familiya, Ağasadıq // Ağasadıx şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağasalah // Ağasalehkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + salah – saleh (ərəb mənşəli, «saleh» «xeyirxah, yaxşılıq» deməkdir) sözlərindən düzəlib. «Böyük xeyirxah», «böyük yaxşılıq» mənasına uyğun gəlir.
Ağasalahov (a) // Ağasalehov (a)kişi
familiya, Ağasalah // Ağasaleh şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağasəfi // Ağasəfkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, səfi (seçilmiş, səmimi dost) sözlərindən düzəlib. «Böyük dost» deməkdir.
Ağasəlimkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, salim – səlim (sağlam) sözlərinin birləşməsindən düzəlib. «Çox sağlam» deməkdir.
Ağasəlimov (a)kişi
familiya, Ağasəlim şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağasəmədkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, səməd (əbədi, daimi) sözlərindən düzəlib. «Daim var olan böyük insan» mənasına uyğundur.
Ağasəmədov (a)kişi
familiya, Ağasəməd şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).