Azərbaycan adları

5,039 ad: 3,700 kişi, 1,339 qadın

Afəridəqadın
qadın adı, düzəltmə, fars mənşəli «afəridən» (yaratmaq) felindən düzəlib, «yaratma, qurma» deməkdir.
Afərimqadın
qadın adı, düzəltmə, fars mənşəli afər (yarat) + azərbaycan mənşəli –im (I şəxs mənsub. şəkilçi– si.). «Yaranmışım» deməkdir.
Afətkişi
müşəxsi ad, sadə, ərəb mənşəli, «afət» (bəla, müsibət; gözəl, canalan dilbər) sözündən olub, burada «gözəl» mənasını ifadə edir.
Afinaqadın
qadın adı, sadə. Onomastikada bu ad iki cür izah olunur: 1. qədim Yunan mifologiyasında baş allahlardan biri, bakirəlik ilahəsi, həmçinin müharibə, qələbə, hikmət, bilik, incəsənət və peşə ilahəsi, Zevsin qızı Afinanın adından; 2. ərəb mənşəli, «hafinə» (ovuclayan, ovucla götürən qadın, qız) sözündən.
Afiqkişi
kişi adı, sadə, Afiqə qadın adı, düzəltmə, ərəb mənşəli, «afiq» – sağ, sağlam deməkdir.
Afiyəddin // Afyəddinkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, «afiyət» (sağlamlıq)+ din sözlərindən düzəlib. «Dinə həsr olunmuş sağlamlıq, dinə həsr olunmuş həyat» deməkdir.
Afiyəddinov (a) // Afyəddinov (a)kişi
familiya, Afiyəddin // Afyəddin şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Afiyət // Afyatqadın
qadın adı, sadə, ərəb mənşəli, «afiyət» – can sağlığı, sağlamlıq deməkdir.
Afşinkişi
kişi adı, sadə, fars mənşəli «afşin» – hökmdar deməkdir.
Aftabqadın
qadın adı, sadə, fars mənşəli «aftab» – gün, günəş deməkdir.
Aftandil // Avtandilkişi
kişi adı, sadə, fars mənşəli «günəş ürəkli», «qəlbi günəşə bənzəyən» deməkdir.
Ağakişi
kişi adı,sadə, azərbaycan mənşəli «cənab», «hakim sinfin nümayəndəsi», «mənsəb sahibi» (XVIII əsrdə «torpaq sahibi» mənasında işlədilmişdir), «böyük qardaş», «ata» mənalarını ifadə edir. İslamiyyətdən sonra seyidlərə (peyğəmbərin nəslindən hesab olunan şəxslərə) «ağa» deyə müraciət olunmuşdur. Qacarların hakimiyyəti dövründə İranın yüksək vəzifəli məmurlarının adlarının sonuna artırılırdı.
Ağababakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + baba (ata, atanın,və ya ananın atası) sözlərindən düzəlib. «Böyük ata», «atanın atası» mənalarını ifadə edir.
Ağababayev (a)kişi
familiya, Ağababa şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağabacıqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + bacı (ailədə doğulmuş qız uşağının həmin ailənin digər uşaqları ilə qohumluq əlaqəsi) sözlərindən düzəlib. «Böyuk bacı», «ailənin böyük qız uşağı» mənasını bildirir. azərbaycan mənşəli böyük qardaş, dayı, əmi arvadlarına da hörmət əlaməti olaraq ağabacı (və ya ağbacı) deyirlərəb mənşəli,
Ağabalakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + bala (övlad, uşaq) sözlərindən düzəlib. «Böyük övlad», «ailənin böyük uşağı» mənasını bildirir.
Ağabalayev (a)kişi
familiya, Ağabala şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağabəşirkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, Bəşir (xoş xəbər gətirən, müjdəçi) sözlərindən düzəlib. «Böyuk müjdəçi» mənasını bildirir.
Ağabəşirov (a)kişi
familiya, Ağabəşir şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağabəykişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + bəy (zadəgan titulu) sözlərindən düzəlib. «Böyük bəy», «hörmətli bəy» mənasını ifadə edir.
Ağabəyimqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + bəyim (xanım, bəy arvadlarına və qızlarına verilən titul) sözlərindən düzəlib. «Böyük xanım» deməkdir.
Ağabəylikişi
familiya, Ağabəy şəxsi ad + li (azərbaycan mənşəli varlıq, mənsubluq bildirən şəkilçi; eyni zamanda familiya, düzəldən şəkilçi).
Ağabəyov (a)kişi
familiya, Ağabəy ş.a. + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağabikəqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + bikə (qız) sözlərindən düzəlib. «Böyük qız, böyük xanım» deməkdir.
Ağabutakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + buta (qönçə, badama bənzər naxış) sözlərindən düzəlib. Antroponim kimi «Qiymətli naxış» deməkdir.
Ağacankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük, cənab) + can (burada «əziz») sözlərindən düzəlib. «Əziz cənab» deməkdir.
Ağacəfərkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, cəfər (çay) sözlərindən düzəlib. Burada «qiymətli çay» deməkdir. «Böyük Cəfər» anlamında da işlənir.
Ağacəfərov (a)kişi
familiya, Ağacəfər şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağadadaşkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + dadaş (qardaşa, ataya müraciət forması, hərfən «dada yetən, köməyə çatan») sözlərindən düzəlmişdir. «Böyük qardaş» mənasını ifadə edir.
Ağadadaşov (a)kişi
familiya, Ağadadaş şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağadayıkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + dayı (qardaşın bacı uşaqlarına olan qohumluq münasibəti) sözlərindən düzəlib. «Böyük dayı» mənasını ifadə edir.
Ağaəli // Ağəlikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, Əli (imam) sözlərindən düzəlib. «Cənab Əli, böyük Əli» deməkdir.
Ağaəliyev (a) // Ağəliyev (a)kişi
familiya, Ağaəli // Ağəli şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağaəlizadə // Ağəlizadəkişi
familiya, Ağaəli // Ağəli şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir) şəkilçi– si.
Ağaəmi // Ağəmikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + əmi (qardaşın qardaş uşaqlarına olan qohumluq münasibəti) sözlərindən düzəlib. «Böyük əmi» deməkdir.
Ağaəzizkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (cənab) + ərəb mənşəli, əziz (istəkli, hörmətli) sözlərindən düzəlib. «İstəkli cənab» deməkdir.
Ağagülkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + fars mənşəli gül sözlərindən düzəlib. «Güllərin hökmdarı, böyüyü» mənasına uyğundur.
Agahkişi
kişi adı, sadə, fars mənşəli «agah» – xəbərdar, ayıq – sayıq olan deməkdir. azərbaycan mənşəli şairi Hacı Abbas Hacı Məhərrəm oğluna məxsus təxəllüsdür.
Ağahəsənkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, həsən (yaxşı, gözəl sima) sözlərindən düzəlib. «Yaxşı cənab» deməkdir. azərbaycan mənşəli antroponimikasında Ağahəsən və Ağahüseyn şəxsi ad– ları imam Əlinin oğlanları, Məhəmməd peyğəmbərin nəvələri Həsən və Hüseynin adı ilə bağlıdır.
Ağahəsənov (a)kişi
familiya, Ağahəsən şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağahüseynkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük, cənab) + ərəb mənşəli, hüseyn (gözəl) sözlərindən düzəlib. «Gözəl cənab» deməkdir.
Ağahüseynov (a)kişi
familiya, Ağahüseyn şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağakazımkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, kazım (sirrini saxlaya bilən) sözlərindən düzəlib. «Böyük sirr saxlayan» deməkdir.
Ağakazımov (a)kişi
familiya, Ağakazım şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağakərimkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, kərim (səxavətli) sözlərindən düzəlib. «Səxavətli cənab» mənasındadır.
Ağakərimov (a)kişi
familiya, Ağakərim şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağakişikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + kişi (ər, ata, oğul ) sözlərindən düzəlib. «Böyük oğul» deməkdir.
Ağakişiyev (a)kişi
familiya, Ağakişi şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağalarkişi
kişi adı, düzəltmə., azərbaycan mənşəli ağa (böyük, cənab) + lar (kəmiyyət şəkilçi– si). «Ağa nəslindən olan» deməkdir.
Ağalarov (a)kişi
familiya, Ağalar şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağamahmudkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük, cənab) + ərəb mənşəli, mahmud (tərifəlayiq) sözlərindən düzəlib. «Tərifəlayiq cənab» deməkdir.
Ağamahmudov (a)kişi
familiya, Ağamahmud şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağamalkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + mal sözlərindən düzəlib. «Böyük var-dövlət» deməkdir.
Ağamalik // Ağaməlikkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük) + ərəb mənşəli, malik (sahib) sözlərindən düzəlib. «Böyük sahib, hörmətli şah» deməkdir.
Ağamalikov (a) // Ağaməlikov (a)kişi
familiya, Ağamalik // Ağaməlik şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağamalıkişi
kişi adı, mürəkkəb,azərbaycan mənşəli ağa (cənab) + mal (dövlət, var)+ ı (III şəxs mənsub. şəkilçi- si). «Ağaya mənsub olan» deməkdir.
Ağamalıoğlukişi
familiya, Ağamalı şəxsi ad + oğul + u (III şəxs mənsub. şəkilçi– si).
Ağamalıyev (a)kişi
familiya, Ağamalı şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağamalov (a)kişi
familiya, Ağamal şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ağamehdikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ağa (böyük, cənab) + ərəb mənşəli, mehdi (düz yol tutmuş, doğru yolla gedən) sözlərindən düzəlib. «Hörmətli peyğəmbər» anlamındadır.