Azərbaycan adları

5,039 ad: 3,700 kişi, 1,339 qadın

Barxudarkişi
kişi adı, sadə, fars mənşəli «bərxurdar» – arzusuna yetişən, xoşbəxt deməkdir.
Barxudarov (a)kişi
familiya, Barxudar şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Bastafaqadın
qadın adı, mürəkkəb, qədim türk . bas (baş) + tafa (tayfa, nəsil) sözlərindən düzəlib. «Tayfanın başçısı, nəslin gözəli» deməkdir.
Başxanımqadın
qadın adı, mürəkkəb, azərb baş + xanım sözlərindən düzəlib. «Xanımların başçısı» deməkdir.
Batıkişi
kişi adı, sadə, türk mənşəli «batı» – qərb, günbatan deməkdir.
Batıxankişi
kişi adı, mürəkkəb, qədim türk mənşəli batı (qərb, günbatan) + xan (titul) sözlərindən düzəlib. «Qərb xanı» deməkdir. azərbaycan mənşəli antroponimiyasına tarixi şəxsiyyət Batı xanın adından keçmişdir.
Batıyev (a)kişi
familiya, Batı şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus familiya, düzəldən şəkilçi).
Baxışkişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli bax (baxmaq felinin kökü) + ış (feldən isim düzəldən şəkilçi). «Baxma, baxım, nəzər» deməkdir.
Baxışəli // Baxşəlikişi
kişi adı, mürəkkəb azərbaycan mənşəli baxış + ərəb mənşəli, Əli sözlərindən düzəlib. «Əlinin baxışı, nəzəri» mənasına uyğundur. Antroponimi ərəb mənşəli, «bəxş» – töhfə, hədiyyə + Əli komponentlərinin birləşməsi kimi «imam Əlinin töhfəsi» mənasında da izah edirlərəb mənşəli,
Baxışəliyev (a)kişi
familiya, Baxış şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Baxışov (a)kişi
familiya, Baxış şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Baxşıkişi
kişi adı, sadə. Müxtəlif türk dillərindəki bəxşi // baqşı // baksı sözündəndir. «Səyyar xanəndə, şaman,həkim, ovçu, müəllim, ustad, el xanəndəsi,aşıq» kimi izah edilir.
Baxşıyev (a)kişi
familiya, Baxşı şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Bayandır // Bayandurkişi
kişi adı, mürəkkəb, qədim türk mənşəli bay (xoşbəxt, bəxtəvər) + andır (büsbütün, təmamilə, başdan – başa) sözlərindən düzəlib. «Xoşbəxt, hərtərəfli bəxtəvər» deməkdir. Eyni zamanda qədim türk tayfalarından birinin adıdır.
Bayatkişi
kişi adı, sadə. qədim türk tayfalarından birinin adıır. «Dövlətli» deməkdir.
Bayaz // Bəyazqadın
qadın adı, sadə, azərbaycan mənşəli «bayaz» – ağ deməkdir. Antroponim kimi «ağ qız, gözəl qız» mənasını ifadə edir.
Baycankişi
kişi adı, düzəltmə, qədim türk mənşəli bay (varlı, dövlətli) + can (qədim –ğan şəkilçi– si). «Varlı, dövlətli olan» deməkdir.
Bayramkişi
kişi adı, sadə, azərbaycan mənşəli «bayram» – şadlıq, şənlik, təntənə deməkdir.
Bayramalı // Bayraməlikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bayram + alı // əli (bu tipli adlarda «kişi» məfhumunu ifadə edir) sözlərindən düzəlib. «Bayram kişi; şad kişi» deməkdir.
Bayramalıyev (a) // Bayraməliyev (a)kişi
familiya, Bayramalı // Bayraməli şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Bayrambəyov (a)kişi
familiya, Bayram şəxsi ad + bəy (titul) + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Bayraməlibəyov (a)kişi
familiya, Bayraməli şəxsi ad + bəy (titul) + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Bayramov (a)kişi
familiya, Bayram şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Bayramqulukişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli bayram + qulu sözlərindən düzəlib. «Bayrama xidmət edən» deməkdir.
Bayraqdarkişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli bayraq + fars mənşəli dar (malik olmaq) sözlərindən düzəlib. «Bayraq aparan, öndə gedən» deməkdir.
Bayraqdarov (a)kişi
familiya, Bayraqdar şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Bazarov (a)kişi
familiya, Bazar etn. + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Becankişi
kişi adı, sadə. qədim türk tayfalarından birinin adındandır. «Xeyirxah, işgüzar, qeyrətli» mənalarını ifadə edir.
Behbudkişi
kişi adı, sadə, azərbaycan mənşəli «behbud» – qalın tiyəli, sivri uclu polad bıçaq; qında gəzdirilən silahdır. fars mənşəli «behbudi» – sağlamlıq, vücud möhkəmliyi deməkdir.
Behbudov (a)kişi
familiya, Behbud şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Behcat // Behcətkişi
kişi adı, sadə, ərəb mənşəli, «behcət» – şadlıq, sevinc, gözəllik deməkdir.
Behzadkişi
kişi adı, sadə, fars mənşəli «behzad» – anadan xoşbəxt doğulmuş deməkdir.
Beqdeli // Beqdilikişi
familiya, Beqdili // Bəydili // Bəydilli etnonimindəndir. Türkdilli tayfalardan birinin adıdır. «Gözəl natiq, mahir söz ustası» deməkdir.
Beydullakişi
kişi adı, sadə, ər «beytullah» – allahın evi, tanrının evi deməkdir, həmçinin Kəbənin adlarından biridir.
Beydullayev (a)kişi
familiya, Beydulla şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Bəbirkişi
kişi adı, sadə, fars mənşəli «bəbr» – qaplan, pələngə oxşayan yırtıcı heyvandır. Ad kimi ilkin variantda, güman ki, totemizmlə bağlı yaranmışldır. İndi «güclü, qüvvətli, igid» mənasında işlənir.
Bəbirlikişi
familiya, Bəbir şəxsi ad + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Bəbirov (a)kişi
familiya, Bəbir şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Bəbişkişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli bəbə (körpə) + ş (kiçiltmə və əzizləmə mənası ifadə edən şəkilçi). «Körpə, körpəcik» deməkdir.
Bədəlkişi
kişi adı, sadə, ərəb mənşəli, «bədəl» – əvəz, dəyişmə, qarşılıq deməkdir.
Bədəlbəykişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, bədəl (əvəz, qarşılıq) + azərbaycan mənşəli bəy (titul) sözlərindən düzəlib. Hərfi mənada «bəy əvəzi, bəy övladı» deməkdir.
Bədəlbəylikişi
familiya, Bədəlbəy şəxsi ad + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Bədəlbəyov (a)kişi
familiya, Bədəlbəy şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Bədəlov (a)kişi
familiya, Bədəl şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Bədəlzadəkişi
familiya, Bədəl şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir) şək– si.
Bədiə // Bədiyyəqadın
qadın adı, sadə, ərəb mənşəli, «bədiə» – misli olmayan, nadir deməkdir.
Bədiəcamalqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, bədiə (misilsiz) + camal (üz, surət) sözlərindən düzəlib. «Misilsiz, gözəl» deməkdir.
Bədilkişi
kişi adı, sadə, ərəb mənşəli, «bədil» – əvəz edən, dəyişən, canişin deməkdir.
Bədirkişi
kişi adı, sadə, Bədirə // Bədurə // Bəturə qadın adı, düzəltmə, ərəb mənşəli, «bədr» - on dörd gecəlik bütöv ay deməkdir.
Bədirbəykişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, bədr (bütöv ay) + azərbaycan mənşəli bəy (titul) sözlərindən düzəlib. «Ay üzlü bəy» deməkdir.
Bədirbəylikişi
familiya, Bədirbəy şəxsi ad + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Bədirbəyov (a)kişi
familiya, Bədirbəy şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Bədircahanqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, bədr (bütöv ay) + fars mənşəli cahan (dünya) sözlərindən düzəlib. «Dünyanı işıqlandıran» mənasını ifadə edir.
Bədirlikişi
familiya, Bədir şəxsi ad + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Bədirnisəqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, bədr (bütöv ay) + nisə (qadın, qız) sözlərindən düzəlib. «Ay üzlü qız, girdə sifətli qız» deməkdir.
Bədirov (a)kişi
familiya, Bədir şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Bədirxankişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, bədr (bütöv ay) + azərbaycan mənşəli xan (titul) sözlərindən düzəlib. «Ay üzlü xan, gözəl xan» deməkdir.
Bədirxanlıkişi
familiya, Bədirxan şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Bədirxanov (a)kişi
familiya, Bədirxan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Bədirzadəkişi
familiya, Bədir şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir) şək– si.