Azərbaycan adları

5,039 ad: 3,700 kişi, 1,339 qadın

Zabitkişi
kişi adı, sadə, Zabitə qadın adı, düzəltmə, ərəb mənşəli, «zabit» – əmr edən, zəbt edən, tutan, komandir, «zabitə» – bir yerin asayişinə baxan inzibati idarə, polis idarəsi, ümumi qayda, intizam deməkdir.
Zabitov (a)kişi
familiya, Zabit şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zabulkişi
kişi adı, sadə. Fars sözü olub azərbaycan mənşəli klassik muğamlarından birinin adıdır.
Zabulov (a)kişi
familiya, Zabul şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zahidkişi
kişi adı, sadə, Zahidə qadın adı, düzəltmə, ərəb mənşəli, «zahid» – dindar, mömin, ibadətlə məşğul olan; pəhrizkar, asket deməkdir.
Zahidov (a)kişi
familiya, Zahid şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zahirkişi
kişi adı, sadə, Zahirə qadın adı, düzəltmə, ərəb mənşəli, «zahir» – açıq, aydın, aşkar, göz önündə olan deməkdir.
Zaidəqadın
qadın adı, sadə, ərəb mənşəli, «zaidə» – artan, artırılan deməkdir. Məcazi mənada həddindən artıq gözəl, qəşəng mənasında işlənir.
Zakirkişi
kişi adı, sadə, Zakirə qadın adı, düzəltmə, ərəb mənşəli, «zakir» – zikr edən, xatırlayan deməkdir. Təxəllüs kimi XVII – XVIII əsr azərbaycan mənşəli şairi Qasım bəy Əlibəy oğlu Cavanşirə aiddir.
Zakirov (a)kişi
familiya, Zakir şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zalkişi
kişi adı, sadə, fars mənşəli «zal» – qoca, yaşlı, ağsaqqal, ixtiyar deməkdir. İranın əfsanəvi qəhrəmanı Rüstəmin atasının adıdır. Doğularkən başının tükü ağ olduğundan ona Zal adı qoyulmuşdur.
Zalikəqadın
qadın adı, sadə, ərəb mənşəli, «zəlixə» – su pərisi deməkdir.
Zalov (a)kişi
familiya, Zal şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zalxaqadın
qadın adı, sadə, ərəb mənşəli, Züleyxa adının qısaldılmış forması olub «su pərisi» deməkdir.
Zamankişi
kişi adı, sadə, ərəb mənşəli, «zaman» – vaxt, dövr, çağ deməkdir.
Zamanov (a)kişi
familiya, Zaman şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zaminkişi
kişi adı, sadə, Zaminə qadın adı, düzəltmə, ərəb mənşəli, «zamin» – zəmanət verən adam, öhdəsinə götürən, cavabdeh deməkdir.
Zaminov (a)kişi
familiya, Zamin şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zamiqkişi
kişi adı, sadə, ərəb mənşəli, «samiq» sözünün variantı olub ucaboylu, hündürboylu; əzəmətli deməkdir.
Zamirkişi
kişi adı, sadə, Zamirə qadın adı, düzəltmə, ərəb mənşəli, «zamir» – arıq, incə, zərif deməkdir.
Zaraqadın
qadın adı, sadə. Əsli yəhudi adı Saradır. Mənası «xanım» deməkdir.
Zaurkişi
kişi adı, sadə, ərəb mənşəli, «zaur» – ziyarət edən, zəvvar, qonaq, mehman deməkdir.
Zaurov (a)kişi
familiya, Zaur şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zemfiraqadın
qadın adı, sadə. Əsli yunanca «sapperios» – sapfir (qiymətli daşlardan birinin adıdır) deməkdir.
Zemkomkişi
kişi adı, düzəltmə, rus mənşəli «zemelnıy komitet» (torpaq şöbəsi) – birləşməsinin qısaldılmış formasından düzəlib. Sovet hakimiyyətinin ilk illərində yaranmış adlardandır.
Zeybəkişi
kişi adı, sadə, ərəb mənşəli, «ziybə» – bəzək, zinət, süs deməkdir.
Zeydkişi
kişi adı, sadə, ərəb mənşəli, «zeyd» – artıran, çoxaldan deməkdir. «Leyli və Məcnun» əsərinin qəhrəmanlarından birinin adıdır.
Zeydullakişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, «zeydulla» – Allahın çox hörmətli bəndəsi deməkdir.
Zeydullayev (a)kişi
familiya, Zeydulla şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zeynalkişi
kişi adı, sadə, ərəb mənşəli «zeyn + əl» – bəzək, ibadət edənlərin bəzəyi deməkdir.
Zeynalabdinkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, «zeyn + əl + abidin» – abidlərin bəzəyi, dindarların zinəti deməkdir.
Zeynalabdinov (a)kişi
familiya, Zeynalabdin şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zeynallıkişi
familiya, Zeynal şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Zeynalov (a)kişi
familiya, Zeynal şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zeynəbqadın
qadın adı, sadə, ərəb mənşəli, «zeynəb» – kök, dolğun; gözəl, yaraşıqlı, bəzənmiş deməkdir. Zeynəb Məhəmməd peyğəmbərin sevimli qızının, həmçinin əziz arvadlarından birinin adı olmuşdur.
Zeynəddinkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, «zeyn + əd + din» – dinin bəzəyi deməkdir.
Zeynəddinov (a)kişi
familiya, Zeynəddin şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zeynullakişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, «zeynullah» – allahın bəzəyi deməkdir.
Zeynullayev (a)kişi
familiya, Zeynulla şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zəbərqadın
qadın adı, sadə, ərəb mənşəli, «zəbərcəd» sözündən olub qızılaçalar yaşılımtıl qiymətli daşın adındandır.
Zəbikişi
kişi adı, sadə, ərəb mənşəli, «zəbih» – qurbanlıq, qurban kəsmə deməkdir.
Zəbiyev (a)kişi
familiya, Zəbi şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zəfərkişi
kişi adı, sadə, ərəb mənşəli, «zəfər» – məqsədə yetişmə, nail olma; müvəffəqiyyət, qələbə, qalibiyyət deməkdir.
Zəfərov (a)kişi
familiya, Zəfər şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zəhmətkişi
kişi adı, sadə, ərəb mənşəli, «zəhmət» – əmək, iş, fəaliyyət deməkdir.
Zəhmətov (a)kişi
familiya, Zəhmət şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zəhraqadın
qadın adı, sadə, fars mənşəli «zəhra» – od, məcazi mənada igidlik, cəsarət deməkdir.
Zəkakişi
kişi adı, sadə, ərəb mənşəli, «zəka» – ağıl, fikir, yaddaş deməkdir.
Zəkəriyyəkişi
kişi adı, sadə, ərəb mənşəli, «zəkəriyyə» – xatırlama, yada salma, zikr etmə deməkdir.
Zəkikişi
kişi adı, sadə, Zəkiyə qadın adı, düzəltmə, ərəb mənşəli, «zəka» – zəkalı, ağıllı; saf, təmiz (adam) deməkdir.
Zəlimkişi
kişi adı, sadə, ərəb mənşəli, «zalim» – zülmkar, zülm edən, qan içən deməkdir.
Zəlimxankişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, zəlim + azərbaycan mənşəli xan (titul) sözlərindən düzəlib. «Zülmkar xan» deməkdir.
Zəlimxanov (a)kişi
familiya, Zəlimxan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zəminəqadın
qadın adı, düzəltmə, fars mənşəli «zəmin» – ilk şərt, ilkin şərait deməkdir. Parçanın yerliyinə də zəmin deyirlərəb mənşəli,
Zəmirəqadın
qadın adı, sadə, ərəb mənşəli, «zəmirə» – bir şeyin iç üzü, daxili məna deməkdir.
Zərbafqadın
qadın adı, mürəkkəb, fars mənşəli zər (qızıl) + azərbaycan mənşəli baf (bafta – ipək parça sözünün qısaldılmış forması) sözlərindən düzəlib. Zərbaf qızılı və gümüşü saplardan toxunmuş yüksəkkeyfiyyətli, qiymətli ipək parça növüdür. azərbaycan mənşəli– da orta əsrlərdən istehsal olunmuşdur. şəxsi ad kimi «qiymətli, gözəl» deməkdir.
Zərbəlikişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, zərbe (güc, qüvvə) + Əli (imam) sözlərindən düzəlib. «Əlinin cücü, Əlinin zərbəsi» deməkdir.
Zərbəliyev (a)kişi
familiya, Zərbəli şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Zərbəyimqadın
qadın adı, mürəkkəb, fars mənşəli zər (qızıl) + azərbaycan mənşəli bəyim (titul) sözlərindən düzəlib. «Qiymətli xanım» deməkdir.
Zərçiçəkqadın
qadın adı, mürəkkəb, fars mənşəli zər (qızıl) + azərbaycan mənşəli çiçək (gül) sözlərindən düzəlib. «Qızıl gül, qızıl çiçək» deməkdir.