Azərbaycan adları

5,039 ad: 3,700 kişi, 1,339 qadın

Yadigarkişi
müşəxsi ad, sadə, fars mənşəli «yadeqar» – xatirə üçün (xatirə olaraq) verilən; qalan, saxlanılan şey deməkdir. Bu ad adətən doğularkən valideyinlərindən birini, xüsusilə ananı itirmiş uşaqlara verilir.
Yadigarov (a)kişi
familiya, Yadigar şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Yafəskişi
kişi adı, sadə, qədim yəhudi mənşəli «Yapet» adının ərəb mənşəli, forması olub Nuh peyğəmbərin üç oğlundan (Yafəs, Sim, Ham) birinin adıdır. Mənası «Allah genişləndirər; genişlik açıqlıq» deməkdir.
Yağmurkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli yağ («yağmaq» felindən) + qədim türk mənşəli mur (su) sözlərindən düzəlib. «Yağış, yağıntı», məcazi mənada «xeyir, ruzi, bərəkət» deməkdir.
Yalçınkişi
kişi adı, sadə, azərbaycan mənşəli «yalçın» – dik, sıldırım, çılpaq (qaya) mənasını bildirir. Məcazi mənada «əzəmətli, möhtəşəm, mübariz, dözümlü» deməkdir.
Yalçınov (a)kişi
familiya, Yalçın şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Yanarkişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli «yanmaq» felindən və feli sifət şəkilçi– sindən (ar) düzəlmişdir. «Od kimi yanan, alovlanan» deməkdir.
Yanvarkişi
kişi adı, sadə, latın mənşəli «yaniarius» – Qriqori təqvimində ilin birinci ayı (31 gün). qədim Roma allahı Yanusun şərəfinə adlandırılmışdır. azərbaycan mənşəli antroponimiyasında əsasən qışda, ilin əvvəlində, xüsusilə yanvar ayında doğulan oğlan uşaqlarına verilən addır.
Yaqubkişi
kişi adı, sadə, qədim yəhudi mənşəli İakov // Yakov adının ərəb forması olub «dabanbasdı, ardınca gedən, izi ilə gedən» deməkdir. Peyğəmbərlərdən biri, İbrahimin nəvəsi, İshaqın oğlu, əfsanəvi gözəlliyi ilə şöhrət tapmış Yusifin atasının adıdır. Qardaşları Yusifi quyuya saldıqdan sonra ağlamaqdan gözləri kor olmuşdur. Klassik ədəbiyyatda Yaqub – oğul həsrəti çəkən kədərli ata kimi xatırlanır. Hazırda da «vəfalı ata» mənasında işlənir.
Yaqubov (a)kişi
familiya, Yaqub şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Yaqutqadın
qadın adı, sadə. Əsli yunanca «yaxont» sözündən olub ərəb mənşəli, qırmızı rəngli parlaq, qiymətli daş adıdır.
Yaraşıqqadın
qadın adı, düzəltmə, azərbaycan mənşəli «yaraşıq» – bəzək, zinət, süs; gözəllik deməkdir.
Yarəlikişi
kişi adı, mürəkkəb, fars mənşəli yar (dost) + ərəb mənşəli, Əli (imam) sözlərindən düzəlib. «Əlinin dostu, Əlinin tayı» deməkdir.
Yarəliyev (a)kişi
familiya, Yarəli şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Yarməmmədkişi
kişi adı, mürəkkəb, fars mənşəli yar (dost, yoldaş) + ərəb mənşəli, Məmməd=Məhəmməd (peyğəmbər) sözlərindən düzəlib. «Peyğəmbərin dostu, Məhəmmədin yoldaşı» deməkdir.
Yarməmmədov (a)kişi
familiya, Yarməmməd şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Yarullakişi
kişi adı, mürəkkəb, fars mənşəli yar (dost) + ərəb mənşəli, ullah (allah) sözlərindən düzəlib. «Allahın dostu» deməkdir.
Yarullayev (a)kişi
familiya, Yarulla şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Yaşarkişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli yaşa («yaşamaq» felinin kökü) + r=ar (feli sifət şəkilçi– si.). «Yaşayan, diri, həyatda olan, var olan» deməkdir. C. Cabbarlının «Yaşar» əsəri səhnələşdirildikdən sonra bu ad xalq arasında geniş yayılmışdır. Bəzi tədqiqatçılar həmin adın XVII əsrə aid mənbələrdə qeydə alındığını göstərirlərəb mənşəli,
Yasəfkişi
kişi adı, sadə, qədim yəhudi mənşəli «İoasaf» adının ərəb forması olub «allah topladı, tanrı yığdı» deməkdir.
Yasəmənqadın
qadın adı, sadə, qədim yunanca «yasmin», ərəb mənşəli, «yəsmin» sözünün fars variantı olub ağ, bənövşəyi rəngli, xoş iyli salxımvari çiçək adıdır.
Yasinkişi
kişi adı, sadə, ərəb mənşəli, «yasin» – «Quran»ın surələrindən birinin adıdır. Surə «ya» və «sin» hərfləri ilə başlayır.
Yasirkişi
kişi adı, sadə, ərəb mənşəli, «yasir» – rahatlandıran, yüngülləşdirən, rahat edən mənasındadır.
Yavərkişi
müşəxsi ad, sadə, fars mənşəli «yavər» – yardımçı, köməkçi; müavin, adyutant deməkdir.
Yavərlikişi
familiya, Yavər şəxsi ad + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Yavərov (a)kişi
familiya, Yavər şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Yavuzkişi
kişi adı, sadə, qədim türk mənşəli «yavuz» – zəhmli, dəhşətli, qorxunc; hamının qorxduğu, çəkindiyi adam deməkdir. İlk dəfə türk sultanı I Səlim bu sözü ləqəb kimi qəbul etmişdir. Sonralar ləqəb şəxs adına çevrilmişdir. Müasir ad vermədə sözün məcazi mənası – «şan – şöhrətli hökmdar» anlamı əsas götürülür.
Yavuzov (a)kişi
familiya, Yavuz şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Yaxşıqadın
qadın adı, sadə, azərbaycan mənşəli «yaxşı» – bəyənilən, pis olmayan, sevilən, müsbət xüsusiyyətlərə malik olan deməkdir.
Yaxşıgülqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli yaxşı (xoşagələn) + fars mənşəli gül (çiçək) sözlərindən düzəlib. «Xoşagələn gül, çiçək» deməkdir.
Yaxşınisəqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli yaxşı (xoşagələn) + ərəb mənşəli, nisə (qız, qadın) sözlərindən düzəlib. «Xoşagələn qız, bəyənilən qız» deməkdir.
Yaxşıqızqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli yaxşı (xoşagələn) + qız sözlərindən düzəlib. «Xoşagələn qız» deməkdir.
Yaxşıxanımqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli yaxşı (xoşagələn) + xanım (titul) sözlərindən düzəlib. «Xoşagələn, bəyənilən qız, qadın» deməkdir.
Yayla // Yaylaqkişi
müşəxsi ad, düzəltmə, azərbaycan mənşəli «yaylaq» – yay aylarını keçirmək üçün sərin və səfalı yer deməkdir.
Yazbaharqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli yaz (bahar) + fars mənşəli bahar (yaz) sözlərindən düzəlib. «Bahar qızı, yaz qızı» deməkdir.
Yazbəhərqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli yaz (bahar) + bəhər (nəticə, meyvə, bar) sözlərindən düzəlib. «Yaz meyvəsi, baharın barı, nəticəsi» deməkdir.
Yazçiçəkqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli yaz (bahar) + çiçək (gül) sözlərindən düzəlib. «Yaz gülü, bahar çiçəyi» deməkdir.
Yazgülqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli yaz (bahar) + fars mənşəli gül (çiçək) sözlərindən düzəlib. «Yaz gülü, bahar çiçəyi» deməkdir.
Yeganəqadın
qadın adı, sadə, fars mənşəli «yekqane» – bir, tək, bircə, təkcə; başlıca, yalnız, nadir deməkdir. Fars dilində bu sözün «səmimi» mənasına da rast gəlinir.
Yelizarkişi
kişi adı, sadə, qədim yəhudi mənşəli adı olub «allah kömək etdi, allah yardım etdi» deməkdir.
Yelizarov (a)kişi
familiya, Yelizar şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Yerevanlıkişi
familiya, Toponim mənşəlidir.
Yetərqadın
qadın adı, düzəltmə, azərbaycan mənşəli «yetmək» felindən düzəlib. «Bəsdir, kifayətdir, bəs edər, daha lazım deyil» deməkdir. Keçmişdə, adətən ailədə qız uşağının çox doğulması ilə bağlı qoyulurdu.
Yədullakişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, «yədullah» – allahın əli, tanrının əli deməkdir.
Yəhyakişi
kişi adı, sadə, qədim yəhudi mənşəli «Yoxana» və ya «Yexiya» adının ərəb forması olub «allah, tanrı» deməkdir. Əfsanəvi peyğəmbərlərdən birinin adıdır.
Yəhyayev (a)kişi
familiya, Yəhya şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Yəmənqadın
qadın adı, sadə, ərəb mənşəli, hərfi mənası «sağ, sağ tərəf» deməkdir. Toponimdən, yəni Yəmən ölkəsinin adından götürülüb. Ölkə Ərəbistan yarımadasının sağ tərəfində yerləşdiyi üçün belə adlanır.
Yılmazkişi
kişi adı, düzəltmə, türk mənşəli «yılmaz» – qorxmaz, qoçaq, cəsarətli deməkdir.
Yolçukişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli «yolçu» – səfərə çıxmış, yol gedən adam deməkdir. Bu adın daşıyıcısı olan uşaqlar çox zaman valideyinləri səfərdə olarkən, yol gedərkən doğulurdular.
Yolçuyev (a)kişi
familiya, Yolçu şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Yoncaqadın
qadın adı, sadə, azərbaycan mənşəli «yonca» – sulu yerlərdə, çəmənliklərdə bitən çoxillik ot bitkisinin adıdır. «Yaşıllıq, həyat» rəmzi kimi qəbul olunur.
Yühənnaskişi
kişi adı, sadə, ərəb mənşəli, «yühənnas» – insanlar, camaat deməkdir.
Yunis // Yunuskişi
kişi adı, sadə, qədim yəhudi mənşəli «İonas» adının ərəb forması olub yəhudi dini kitablarında «göyərçin» mənasında izah olunur. Dini əsatirə görə, naqqa balığı tərəfindən udularaq dənizləri gəzən peyğəmbərin adıdır. Türk dilində delfinə də «yunus» deyilir.
Yunisov (a) // Yunusov (a)kişi
familiya, Yunis // Yunus şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Yusifkişi
kişi adı, sadə, qədim yəhudi mənşəli «İosif» adının ərəb forması olub «artırılmış, çoxaldılmış» deməkdir. Dini əsatirə görə Yaqub peyğəmbərin sevimli oğlu, Yusif fövqəladə gözəlliyi ilə məşhur olmuş, Misirdə qul kimi satılmış və sonradan peyğəmbər olmuşdur. Ədəbiyyatda gözəllik və sədaqət rəmzi kimi məşhurdur.
Yusifbəylikişi
familiya, Yusif şəxsi ad + bəy (titul) + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Yusiflikişi
familiya, Yusif şəxsi ad + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Yusifoğlu // Yusifqızıkişi
familiya, Yusif şəxsi ad + oğlu // qızı (fars mənşəli «zadə» sözünün azərbaycan mənşəli qarşılığı).
Yusifov (a)kişi
familiya, Yusif şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Yusifzadəkişi
familiya, Yusif şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).