Azərbaycan adları

5,039 ad: 3,700 kişi, 1,339 qadın

Xadimkişi
kişi adı, sadə, Xadimə qadın adı, düzəltmə, ərəb mənşəli, «xadim» – xidmətləri olan şəxs, hər hansı ictimai fəaliyyət sahəsində özünü göstərmiş adam deməkdir.
Xalabacıqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli xala (ananın bacısı) + bacı sözlərindən düzəlib. «Doğma bacı, böyük bacı» deməkdir.
Xaləddin // Xaliəddinkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, «Xalid əd – din» sözündən olub «əbədi din» deməkdir.
Xalidkişi
kişi adı, sadə, Xalidə qadın adı, düzəltmə, ərəb mənşəli, «xalid» – əbədi, həmişəlik, daimi, ölməz deməkdir.
Xalidov (a)kişi
familiya, Xalid şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Xaliskişi
kişi adı, sadə, ərəb mənşəli, «xalis» – təmiz, saf, qatışığı olmayan deməkdir.
Xalisəqadın
qadın adı, sadə, «xalisə» – dövlət torpağı, dövlətə məxsus olan yer deməkdir.
Xalisov (a)kişi
familiya, Xalis şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Xalıgözəlkişi
müşəxsi ad, mürəkkəb, azərbaycan mənşəli xal (ı) + gözəl sözlərindən düzəlib. «Üzündəki xalı gözəl olan» deməkdir.
Xalınurqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli xal (ı) + ərəb mənşəli, nur sözlərindən düzəlib. «Üzündəki xalı işıq saçan» deməkdir.
Xalıq // Xaliqkişi
kişi adı, sadə, Xaliqə qadın adı, düzəltmə, ərəb mənşəli, «xaliq» – yaradan, xəlq edən; Allah, tanrı deməkdir.
Xalıqov (a)kişi
familiya, Xalıq şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Xalıqverdikişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, xalıq + azərbaycan mənşəli verdi sözlərindən düzəlib. «Allahın verdiyi, tanrının bəxşişi» deməkdir.
Xallıkişi
–qadın adı, düzəltmə, azərbaycan mənşəli xal + lı (şək) «Üzündə xalı olan; gözəl» deməkdir.
Xallıgülqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli xallı + fars mənşəli gül sözlərindən düzəlib. «Üzündə xalı olan gözəl (qız, qadın)» deməkdir.
Xallınurqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli xallı + ərəb mənşəli, nur sözlərindən düzəlib. «Üzündə xalı olan, parlaq gözəl» deməkdir.
Xallızərqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli xallı + fars mənşəli zər sözlərindən düzəlib. «Üzündə xalı olan gözəl» deməkdir.
Xalsayev (a)kişi
familiya, Etnonim mənşəlidir.
Xalxalikişi
nisbə. azərbaycan mənşəli – nın görkəmli şəxsiyyətlərindən bir qismi bu nisbəni daşımışdır. Top. – dən düzəlib: Xalxal + i.
Xamiskişi
kişi adı, sadə, Xamisə qadın adı, düzəltmə, ərəb mənşəli, «xamis» – beşinci deməkdir.
Xamisov (a)kişi
familiya, Xamis şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Xamməd // Xanmədkişi
kişi adı, mürəkkəb Xanməmməd adının təhrif olunmuş formasıdıdr.
Xamoyovkişi
familiya, Etnonim mənşəlidir.
Xankişi
kişi adı, sadə, azərbaycan mənşəli «xan» – ağa, hökmdar, cənab, el başçısı, hakim deməkdir. Orta əsrlərdə Şərq ölkələrinin bir çoxunda feodal hakimlərin titulu olmuşdur.
Xan qızıkişi
ləqəb. azərbaycan mənşəli şairəsi, Mehdiqulu xanın qızı Xurşidbanu Natəvana məxsusdur.
Xan Şuşinskikişi
təxəllüs azərbaycan mənşəli xanəndəsi İsfəndiyar Aslan oğlu Cavanşirova məxsusdur.
Xan Xoyski // Xoyskikişi
familiya, Xan (titul) + Xoy (top.) + ski (rus mənşəli familiya, düzəldən şəkilçi).
Xanağakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli xan + ağa sözlərindən düzəlib. «Cənab hökmdar; böyük hakim» deməkdir.
Xanalıkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli xan + alı sözlərindən düzəlib. «Böyük oğul, hökmdar oğlan (kişi)» deməkdir.
Xananaqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli xan + ana sözlərindən düzəlib. «Hökmdar ana, böyük ana; el başçısı ana» deməkdir.
Xanbabakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli xan + baba sözlərindən düzəlib. «Hökmdar baba, hökmdar ata, böyük ata» deməkdir.
Xanbabayev (a)kişi
familiya, Xanbaba şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Xanbacıqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli xan + bacı sözlərindən düzəlib. «Hökmdar bacı, böyük bacı» deməkdir.
Xanbalakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli xan + bala sözlərindən düzəlib. «Hökmdar övladı; böyük övlad» deməkdir.
Xanbalayev (a)kişi
familiya, Xanbala şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Xanbəyimqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli xan + bəyim sözlərindən düzəlib. «Xan arvadı, hökmdar arvadı; böyük xanım» deməkdir.
Xanbikəqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli xan + türk mənşəli bikə sözlərindən düzəlib. «Hökmdar qız; böyük qız» deməkdir.
Xanbudaqkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli xan + budaq sözlərindən düzəlib. «Əsas qol, böyük şaxə» deməkdir.
Xanbudaqov (a)kişi
familiya, Xanbudaq şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Xanbutakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli xan + buta sözlərindən düzəlib. «Baş qönçə, əsas naxış, qönçələrin başı» deməkdir.
Xanbutayev (a)kişi
familiya, Xanbuta şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Xancankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli xan + fars mənşəli can sözlərindən düzəlib. «Qəlbin hökmdarı; əziz hökmdar» deməkdir.
Xançobankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli xan + fars mənşəli çoban sözlərindən düzəlib. «Baş çoban, çobanların böyüyü» deməkdir.
Xançobanlıkişi
familiya, Xançoban şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Xandadaşkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli xan + dadaş (qardaş) sözlərindən düzəlib. «Böyük qardaş» deməkdir.
Xandəmirkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli xan + dəmir sözlərindən düzəlib. «Möhkəm, yenilməz, sarsılmaz hökmdar» deməkdir.
Xanəhmədkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli xan + ərəb mənşəli, əhməd sözlərindən düzəlib. «Tərifəlayiq hökmdar, hakim Əhməd» deməkdir.
Xanəlikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli xan + ərəb mənşəli, Əli sözlərindən düzəlib. «Hökmdar Əli, başçı Əli, sərkərdə Əli» deməkdir.
Xangizkişi
kişi adı, sadə, monq. «Çingiz» adının variantıdır (Çinlilər özlərini «xan» adlandırırlar).
Xangülkişi
müşəxsi ad, mürəkkəb, azərbaycan mənşəli xan + fars mənşəli gül sözlərindən düzəlib. «Güllərin, çiçəklərin böyüyü, başçısı, sevimlisi» deməkdir.
Xanıkişi
müşəxsi ad, düzəltmə, azərbaycan mənşəli «xan + ı» – xana məxsus deməkdir. Şirin sularda yaşayan zolaqlı qiymətli balıq növünün adıdır.
Xanımqadın
qadın adı, düzəltmə, azərbaycan mənşəli «xan + ım» – xan arvadı, xan qızı; xan ailəsindən olan qız (qadın) deməkdir.
Xanımana // Xanmanaqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli xanım + ana sözlərindən düzəlib. «Hökmdar ana, böyük ana» deməkdir.
Xanımbacıqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli xanım + bacı sözlərindən düzəlib. «Hörmətli bacı, böyük bacı» deməkdir.
Xanımcanqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli xanım + fars mənşəli can sözlərindən düzəlib. «Əziz xanım, hörmətli qadın (qız), sevimli xanım» deməkdir.
Xanımgülqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli xanım + fars mənşəli gül sözlərindən düzəlib. «Hörmətli gül, güllərin başçısı, sevimlisi, şahı» deməkdir.
Xanımnazqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli xanım + fars mənşəli naz sözlərindən düzəlib. «nazlı xanım, naz edən qız (qadın)» deməkdir.
Xanımqızqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli xanım + qız sözlərindən düzəlib. «Hökmdar qız, böyük qız; sevimli qız» deməkdir.
Xanımyarqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli xanım + fars mənşəli yar sözlərindən düzəlib. «Dost olan qadın, sevgili qadın (qız)» deməkdir.
Xanımzərqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli xanım + fars mənşəli zər sözlərindən düzəlib. «Qızıla bürünmüş qadın, şəfəq saçan qadın (qız)» deməkdir.