Azərbaycan adları

5,039 ad: 3,700 kişi, 1,339 qadın

Vadidkişi
kişi adı, sadə, fars mənşəli «vadid» – yenidən görüş, yenidən baxış deməkdir.
Vahabkişi
kişi adı, sadə, ərəb mənşəli, «vəhhab» – əliaçıq, səxavətli; bağışlayan, əfv edən, comərd deməkdir.
Vahabov (a)kişi
familiya, Vahab şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Vahabzadəkişi
familiya, Vahab şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Vahidkişi
kişi adı, sadə, Vahidə qadın adı, düzəltmə, ərəb mənşəli, «vahid» – bir, tək, yeganə deməkdir. Təxəllüs kimi XX əsr azərbaycan mənşəli şairi, qəzəlxan Əlağa Məmmədqulu oğlu İsgəndərova məxsusdur.
Vahidov (a)kişi
familiya, Vahid şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Vaizkişi
kişi adı, sadə, ərəb mənşəli, «vaiz» – moizə edən din xadimi deməkdir.
Vaizzadəkişi
familiya, Vaiz şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Valehkişi
kişi adı, sadə, ərəb mənşəli, «valeh» – heyran olmuş, məftun, vurğun deməkdir.
Valehov (a)kişi
familiya, Valeh şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Valikişi
kişi adı, sadə, ərəb mənşəli, «vali» – hakim, məmur deməkdir.
Validkişi
kişi adı, sadə, Validə qadın adı, sadə, ərəb mənşəli, «valid» – ata, «validə» – ana deməkdir.
Validov (a)kişi
familiya, Valid şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Valiyev (a)kişi
familiya, Vali şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Vaqifkişi
kişi adı, sadə, ərəb mənşəli «vaqif» – məlumatlı, bilikli deməkdir. Təxəllüs kimi XVIII əsr Azərbaycan şairi Molla Pənaha məxsusdur.
Vaqifov (a)kişi
familiya, Vaqif şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Variskişi
kişi adı, sadə, Varisə qadın adı, sadə, ərəb mənşəli, «varis» – oğul, övlad, «vərəsə» – qız övladı deməkdir.
Vasifkişi
kişi adı, sadə, ərəb mənşəli, «vasif» – vəsf edən, mədh edən, tərifləyən deməkdir.
Vasifov (a)kişi
familiya, Vasif şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Vasilkişi
kişi adı, sadə, ərəb mənşəli, «vasil» – qovuşan, birləşən deməkdir.
Vasilov (a)kişi
familiya, Vasil şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Vazehkişi
kişi adı, sadə, ərəb mənşəli, «vazeh» – açıq, aşkar, bəlli deməkdir. Təxəllüs kimi XIX əsr azərbaycan mənşəli maarifçi şairi Mirzə Şəfi Sadıq oğluna məxsusdur.
Vazehov (a)kişi
familiya, Vazeh şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Veneraqadın
qadın adı, sadə. Roma mifologiyasında məhəbbət və gözəllik, məhsuldarlıq ilahəsinin adı. latın mənşəli «venia» – allahların mərhəməti deməkdir.
Verdikişi
kişi adı, sadə, azərbaycan mənşəli «vermək» felindən düzəlib. Ayrılıqda «verilmiş, bəxş olunmuş» deməkdir. Bu söz bir çox antroponimlərin ikinci komponenti vəzifəsində də işlənir (Allahverdi, İmamverdi, Tanrıverdi və s.).
Verdiyev (a)kişi
familiya, Verdi şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Veyiskişi
kişi adı, sadə, ərəb mənşəli, «veys» – 1. kasıb, fağır, yoxsul; 2. güc, qüvvə, qüvvət deməkdir. şəxsi ad kimi ikinci məna əsas götürülür.
Veyisov (a)kişi
familiya, Veyis şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Veysəlkişi
kişi adı, sadə, ərəb mənşəli, «veys» sözündəndir.
Veysəllikişi
familiya, Veysəl şəxsi ad + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi). Eyni zamanda etnonim mənşəlidir.
Veysəlov (a)kişi
familiya, Veysəl şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Vəcihəqadın
qadın adı, sadə, ərəb mənşəli, «vəch» – üz, sifət deməkdir. «Vəcihə» – gözəl, qəşəng, ürəyəyatımlı qız (qadın) mənasını bildirir.
Vəfakişi
müşəxsi ad, sadə, ərəb mənşəli, «vəfa» – sözünün üstündə durmaq, etbar, sədaqət deməkdir. Təxəllüs kimi azərbaycan mənşəli şairi, fars mənşəli qəzəllər yazmış Mehdiqulu xan Xasay xan oğlu Usmiyevə məxsusdur.
Vəfadarkişi
kişi adı, düzəltmə, ərəb mənşəli, vəfa (sədaqət, etibar) + fars mənşəli dar («malik olmaq» sözündən). «Vəfalı, sədaqətli, etibarlı» deməkdir.
Vəfalıkişi
kişi adı, düzəltmə, ərəb mənşəli, vəfa (sədaqət) + azərbaycan mənşəli –lı (şəkilçi). «Sədaqətli, etibarlı» deməkdir. Təxəllüs kimi XX əsr azərbaycan mənşəli şairi Ayaz Rza oğlu Cəfərova məxsusdur.
Vəkilkişi
kişi adı, sadə, ərəb mənşəli, «vəkil» – advokat, hüquqçu; vəkalətlə iş görən deməkdir.
Vəkilov (a)kişi
familiya, Vəkil şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Vələdkişi
kişi adı, sadə, ərəb mənşəli, «vələd» – övlad, uşaq deməkdir.
Vələddinov (a)kişi
familiya, Vələddin şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Vələdov (a)kişi
familiya, Vələd şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Vəlikişi
kişi adı, sadə, ərəb mənşəli, «vəli» – 1. hami, himayəçi; 2. dost; 3. qəyyum; 4. ağa deməkdir.
Vəlibəylikişi
familiya, Vəli şəxsi ad + bəy (titul) + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Vəlibəyov (a)kişi
familiya, Vəli şəxsi ad + bəy (titul) + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Vəlicankişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, vəli (dost) + can (əziz) sözlərindən düzəlib. «Əziz dost» deməkdir.
Vəlicanov (a)kişi
familiya, Vəlican şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Vəliəddin // Vələddinkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, «vəli + əd + din» – dinin himayəçisi, dindar deməkdir.
Vəlilikişi
familiya, Vəli şəxsi ad + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Vəlişirkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, vəli + fars mənşəli şir sözlərindən düzəlib. «Himayəçi aslan; igid dost» deməkdir.
Vəlixankişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, vəli (hami, dost, qəyyum) + azərbaycan mənşəli xan (titul) sözlərindən düzəlib. «Hami xan, qəyyum xan» deməkdir.
Vəlixanlıkişi
familiya, Vəlixan şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Vəlixanov (a)kişi
familiya, Vəlixan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Vəliyev (a)kişi
familiya, Vəli şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Vəlizadəkişi
familiya, Vəli şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Vəsiləqadın
qadın adı, sadə, ərəb mənşəli, «vəsilə» – vasitə; səbəb; fürsət deməkdir.
Vəsməqadın
qadın adı, sadə, ərəb mənşəli, «vəsmə» – qadınların qaşlarına çəkdikləri qara rəngli boyadır. Antroponim kimi «gözəl, bəzəkli» deməkdir.
Vətənkişi
kişi adı, sadə, azərbaycan mənşəli «vətən» – doğma torpaq, insanın doğulduğu yer, yurd; ocaq deməkdir.
Vəzduhə // Vəzuhəqadın
qadın adı, sadə, ərəb mənşəli, «vəzuhə» – açıq, aşkar, aydınlıq deməkdir.
Vəzirkişi
kişi adı, sadə, ərəb mənşəli, və fars mənşəli «vəzir» – yüksək vəzifəli dövlət məmuru, nazir deməkdir.
Vəzirov (a)kişi
familiya, Vəzir şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Vidadikişi
kişi adı, sadə, ərəb mənşəli, «vidad» – sevgi, məhəbbət, hüsn – rəğbət; «vidadi» – dost, dostcasına deməkdir. Təxəllüs kimi XVIII əsr azərbaycan mənşəli şairi Molla Vəliyə məxsusdur.