Azərbaycan adları

5,039 ad: 3,700 kişi, 1,339 qadın

Übeydkişi
kişi adı, sadə, Übeydə qadın adı, düzəltmə, ərəb mənşəli, «übeyd» – tabe olmayan, itaət etməyən, boyun əyməyən deməkdir.
Übeydullakişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, übeyd + ulla(h) sözlərindən düzəlib. «Allahın tabe olmayan, itaət etməyən, boyun əyməyən bəndəsi» deməkdir.
Ucalkişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli uca + l (şəkilçi). «Yüksəl, qalx, hörmətli, nüfuzlu ol» deməkdir.
Ucalbəykişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ucal + bəy sözlərindən düzəlib. «Ucalan, yüksələn hökmdar» deməkdir.
Ucazərqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli uca + fars mənşəli zər sözlərindən düzəlib. «Yüksək, ali, ülvi, qiymətli» deməkdir.
Uçqunkişi
kişi adı, düzəltmə, türk mənşəli uç (uçmaq) + qun (şəkilçi). «Qığılcım; uçağan; məcazi mənada sürətlə yeriyən» deməkdir.
Ufaqqadın
qadın adı, sadə, türk mənşəli «ufaq» – kiçik, balaca, xırda deməkdir.
Üfüqkişi
kişi adı, sadə, Üfiqə // Üfüqə qadın adı, düzəltmə, ərəb mənşəli, «üfq» sözündən olub «gözlə görünən göy sahəsi; ənginlik» deməkdir.
Üfüqnurqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, üfüq + nur sözlərindən düzəlib. «Üfüqün nuru, işığı; ənginliyin aydınlığı» deməkdir.
Uğurkişi
kişi adı, sadə, azərbaycan mənşəli «uğur» – bəxt, səadət, xoşbəxtlik, tam; müvəfəqiyyət, nailiyyət, qələbə deməkdir.
Uğurlukişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli uğur + lu (şəkilçi). «Müvəfəqiyyətli, xoşbəxt, xoş taleli; səadətli, şükümlü» deməkdir. Ağqoyunlu şahzadəsi və sərkərdəsi, Uzun Həsənin oğlu Məhəmmədin ləqəbi, XVIII əsr Gəncə bəylərbəyisi Uğurluxan Ziyadoğlunun adı olmuşdur.
Uğurnazqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli uğur + fars mənşəli naz sözlərindən düzəlib. «Xoşbəxt, şükümlü, taleli qız (qadın)» deməkdir.
Uğurzərqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli uğur + fars mənşəli zər sözlərindən düzəlib. «Xoşbəxtlik günəşi, səadət şəfəqi» deməkdir.
Uğuzkişi
kişi adı, sadə, türk mənşəli «Oğuz» adının fonetik variantı olub türk tayfalarından birinin adıdır. «Davamlı, artan nəsil» deməkdir.
Ulankişi
kişi adı, sadə, türk mənşəli «ulan» – oğlan; yüngül süvari əsgəri və ya zabiti deməkdir. Bu söz polyak və digər avropalıların da dillərinə keçmişdir.
Ulanov (a)kişi
familiya, Ulan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ulduzkişi
müşəxsi ad, sadə, Ulduzə qadın adı, düzəltmə, azərbaycan mənşəli «ulduz» – gecələr göydə parıldayan, nöqtə kimi görünən göy cismidir. Məcazi mənada «parlaq, əlçatmaz» deməkdir.
Ülfətkişi
müşəxsi ad, sadə, ərəb mənşəli, «ülfət» – dostluq, yaxınlıq, əlaqə; husn – rəğbət deməkdir.
Ülfətzərqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, ülfət + fars mənşəli zər sözlərindən düzəlib. «Dostluğun qızıl telləri» deməkdir.
Ülgəzqadın
qadın adı, sadə, türk mənşəli «ülgəz» – ideal, məfkurə, can atılan, arzulanan deməkdir.
Ülkəmkişi
müşəxsi ad, sadə, türk mənşəli «ülkəm» – altaylıların inamına görə dünyanı yaradan allahın adıdır.
Ülkərqadın
qadın adı, sadə, azərbaycan mənşəli «ülkər» – Öküz bürcündə Yeddiqardaş ulduz topasının adı və ya həmin topada ən parlaq ulduz adıdır; Sürəyya; ümumiyyətlə ulduz deməkdir.
Uludəqadın
qadın adı, düzəltmə, azərbaycan mənşəli ulu + (d)ə (şəkilçi). «Çox böyük, ən böyük, hörmətli, ağbirçək qadın» deməkdir.
Uluqbəykişi
kişi adı, mürəkkəb, qədim azərbaycan mənşəli ulu(q) + bəy sözlərindən düzəlib. «Böyük bəy, böyük hökmdar» deməkdir.
Uluskişi
kişi adı, sadə, türk mənşəli «ulus» – el, oba, yurd, kənd, vətən deməkdir.
Ulusoykişi
kişi adı, mürəkkəb, türk mənşəli ulu + soy (nəsil) sözlərindən düzəlib. «Böyük nəsil, çox böyük, əsil – nəcabətli nəsil» deməkdir.
Ulutürkkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ulu + türk sözlərindən düzəlib. «Əzəmətli türk, əsil – nəcabətli türk» deməkdir. Təxəllüs kimi azərbaycan mənşəli– nın mübariz şairi Xəlil Rzaya məxsusdur.
Uluxan // Ulxankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ulu + xan sözlərindən düzəlib. «Böyük xan, əzəmətli xan; ağsaqqal hökmdar» deməkdir.
Uluxanlıkişi
familiya, Uluxan şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Uluxanov (a)kişi
familiya, Uluxan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ülvikişi
müşəxsi ad, sadə, ərəb mənşəli, «ülvi» – ali, ulu, yüksək, uca, müqəddəs deməkdir.
Ülvibəykişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, ülvi + azərbaycan mənşəli bəy sözlərindən düzəlib. «Ali, ulu, yüksək, müqəddəs bəy» deməkdir.
Ülvixankişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, ülvi + azərbaycan mənşəli xan sözlərindən düzəlib. «Ali, ulu, yüksək, uca xan, hökmdar» deməkdir.
Ülviyyəqadın
qadın adı, düzəltmə, ərəb mənşəli, ülvi + (y)yə (şəkilçi). «Alilik, ucalıq, yüksəklik, müqəddəslik» deməkdir.
Ülviyyətqadın
qadın adı, düzəltmə, ərəb mənşəli, ülvi + (y)yət (şəkilçi). «Aliliklər, ucalıqlar, yüksəkliklər, müqəddəsliklər» deməkdir.
Ülyaqadın
qadın adı, sadə, ərəb mənşəli, «ülya» – əla, ən uca; çox gözəl, qiymətli deməkdir.
Umayqadın
qadın adı, sadə, türk mənşəli «umay» – xoşbəxtlik, səadət gətirən deməkdir. Umay türk xalqlarında ailə səadəti və uşaqları himayə edən ilahənin adıdır.
Ümbülqadın
qadın adı, düzəltmə, ərəb mənşəli, «ümm + ül» – birinci, vacib; ana deməkdir.
Ümbülbanu // Ümmülbanuqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, ümm + ül + azərbaycan mənşəli banu sözlərindən düzəlib. «Qadınların birincisi; xanımların anası» deməkdir.
Umcahanqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, ümm (ana) + fars mənşəli cahan sözlərindən düzəlib. «Dünyanın anası, aləmin anası, kainatın anası» deməkdir.
Ümeyyaqadın
qadın adı, sadə, ərəb mənşəli, «ümeyya» – kiçik xidmətçi deməkdir.
Umgülsümqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, ümm + gülsüm (kök, dolğun) sözlərindən düzəlib. «Kök, dolğun, əndamlı ana (qadın)» deməkdir.
Ümidkişi
müşəxsi ad, sadə, azərbaycan mənşəli «ümid» – güman, çarə; intizar; arzu edilən bir şeyin olacağına inanma və bu inamdan doğan fərəh hissi.
Ümidgahkişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli ümid + fars mənşəli gah (şəkilçi). «Ümid yeri, pənah yeri, yardım üçün müraciət olunan yer və ya adam» deməkdir.
Ümidvarkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ümid + var (şəkilçi). «Ümidli, ümid edən, arxayın olan» deməkdir.
Umleylaqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, ümm + leyla sözlərindən düzəlib. «Gecə anası, qayğıkeş ana, dayə» deməkdir.
Ümmanqadın
qadın adı, sadə, ərəb mənşəli, «ümman» – böyük dəniz, dərya, okean deməkdir.
Ümmügülsümqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, «Umgülsüm» adının düzgün variantı olub «girdəsifət, doluyanaqlı ana; qadın» deməkdir.
Umnisəqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, ümmül + nisa sözlərindən düzəlib. «Qadınların anası, qadınların ağbirçəyi» deməkdir.
Umudkişi
kişi adı, sadə, azərbaycan mənşəli «ümid» adının fonetik variantıdır.
Umudalı // Umdalıkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli umud + alı sözlərindən düzəlib. «Ümid olunan, güman gələn kişi, oğul» deməkdir.
Umxanımqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, ümm + azərbaycan mənşəli xanım sözlərindən düzəlib. «Xanımların anası» deməkdir.
Ünalpkişi
kişi adı, mürəkkəb, türk mənşəli ün + alp sözlərindən düzəlib. «İgidin səsi, qəhrəmanın sədası; igidin şöhrəti» deməkdir.
Ünasqadın
qadın adı, sadə, ərəb mənşəli, «ünas» – qadınlar, qızlar deməkdir.
Ünayqadın
qadın adı, mürəkkəb, türk mənşəli ün + ay sözlərindən düzəlib. «Ayın şöhrəti; ayın səsi; məcazi mənada gözəlin sədası, sorağı» deməkdir.
Ünlükişi
kişi adı, düzəltmə, türk mənşəli ün + lü (şəkilçi). «Səsli – sədalı, tanınmış, şöhrətli» deməkdir.
Ünsalkişi
kişi adı, düzəltmə, ərəb mənşəli, üns + al (şəkilçi). «Alışqan, uyuşan, yaxınlıq edən» deməkdir.
Ünsevərkişi
kişi adı, mürəkkəb, türk mənşəli ün + azərbaycan mənşəli sevər sözlərindən düzəlib. «Şöhrəti, hörməti sevən» deməkdir.
Ünsi // Ünsükişi
kişi adı, düzəltmə, ərəb mənşəli, üns + i // ü (şəkilçi). «Alışqan, alışan, uyuşan, ülfət bağlayan» deməkdir.
Ünsizadə // Ünsüzadəkişi
familiya, Ünsi // Ünsü şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).