Azərbaycan adları
5,039 ad: 3,700 kişi, 1,339 qadın
Tacbəyimqadın
qadın adı, mürəkkəb, fars mənşəli tac + azərbaycan mənşəli bəyim sözlərindən düzəlib. «Baş bəzəyi olan xanım, qiymətli qız (qadın)» deməkdir.
Tacdarkişi
kişi adı, düzəltmə, fars mənşəli tac (hökmdarlıq simvolu) + dar (şəkilçi «daştən» felindən). «Taclı, taca malik olan; padşah, hökmdar» deməkdir.
Tacəddinkişi
kişi adı, mürəkkəb, fars mənşəli tac + ərəb mənşəli, əd + din sözlərindən düzəlib. «Dinin tacı, dinin çələngi» deməkdir.
Tacikkişi
kişi adı, sadə. Tacikistanda yaşayan və ölkənin əsas əhalisini təşkil edən irandilli xalqın adıdır.
Tacirkişi
kişi adı, sadə, ərəb mənşəli, «tacir» – ticarətlə məşğul olan; zəngin, dövlətli deməkdir.
Tacıkişi
müşəxsi ad, düzəltmə, fars mənşəli tac + azərbaycan mənşəli –ı (şəkilçi). «Tac kimi qiymətli, hörmətli» deməkdir.
Tacıbəykişi
kişi adı, mürəkkəb, fars mənşəli tac + azərbaycan mənşəli –ı + bəy sözlərindən düzəlib. «Taclı bəy, hökmdarlıq səlahiyyəti olan» deməkdir.
Taclıqadın
qadın adı, düzəltmə, fars mənşəli tac + azərbaycan mənşəli –lı (şəkilçi). «Taca malik olan; hökmdarlığa layiq olan» deməkdir. Şah İsmayıl Xətainin arvadı Şahbəyimin ikinci adı Taclı xanım olmuşdur.
Tacnisəqadın
qadın adı, mürəkkəb, fars mənşəli tac + ərəb mənşəli, nisə sözlərindən düzəlib. «Qadınların tacı; qadınların baş bəzəyi; qadınların ən qiymətlisi» deməkdir.
Taftaqadın
qadın adı, sadə, fars mənşəli «tafta» – sıx toxunmuş ipək və ya pambıq parça adıdır. şəxsi ad kimi «zərif, incə» deməkdir.
Tağıkişi
kişi adı, sadə, ərəb mənşəli, «təqi» – dindar, mömin, allahdan qorxan deməkdir.
Tağıyev (a)kişi
familiya, Tağı şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Tağızadəkişi
familiya, Tağı şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Tahirkişi
kişi adı, sadə, Tahirə qadın adı, düzəltmə, ərəb mənşəli, «tahir» – pak, təmiz, günahsız deməkdir.
Tahirov (a)kişi
familiya, Tahir şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Taibkişi
kişi adı, sadə, Taibə qadın adı, düzəltmə, ərəb mənşəli, «taib» – tövbə edən, günahından peşiman olan deməkdir.
Tairkişi
kişi adı, sadə, ərəb mənşəli, «tair» – quş, uçan deməkdir.
Talekişi
müşəxsi ad, sadə, ərəb mənşəli, «tale» – tülu edən, doğan, çıxan; bəxt, qismət, iqbal, müqəddərat deməkdir.
Talehkişi
kişi adı, sadə, Talehə // Talihə qadın adı, düzəltmə, ərəb mənşəli, «taleh» – yola gəlməz, islah olunmaz; günahkar, təqsirli deməkdir. Bu adı çox vaxt səhvən «Tale» adı əvəzinə işlədirlərəb mənşəli,
Talıb // Talibkişi
kişi adı, sadə, Talibə qadın adı, düzəltmə, ərəb mənşəli, «talib» – tələb edən, istəyən, arzulayan, həvəskar; təhsil ilə məşğul olan; tələbə, şagird deməkdir. Məhəmməd peyğəmbərin əmisi və imam Əlinin atası olan Əbu Talibin adının ixtisar formasıdır.
Talıblıkişi
familiya, Talıb şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Talıbov (a)kişi
familiya, Talıb şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Talıbzadəkişi
familiya, Talıb şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Talışkişi
kişi adı, sadə, azərbaycan mənşəli «talış» – azərbaycan mənşəli – nın cənub – şərqində və Cənubi azərbaycan mənşəli – nın şimal hissəsində yaşayan irandilli xalqın adıdır.
Talışınski (skaya)kişi
familiya, Talış etn. + ski (skaya) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Talışxankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli talış (etn.) + xan (titul) sözlərindən düzəlib. «Talışların rəhbəri, başçısı, hökmdarı» deməkdir.
Talışxanov (a)kişi
familiya, Talışxan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Tamamqadın
qadın adı, düzəltmə, ərəb mənşəli, «tam + am» – bütöv, yarımçıq olmayan; bitmə, qurtarma, sona çatma deməkdir. Sonuncu qız uşağının doğulması arzusunu bildirir.
Tamamgülqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, tamam + fars mənşəli gül sözlərindən düzəlib. «Son çiçək; axırıncı qız» deməkdir.
Tamamnazqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, tamam + fars mənşəli naz sözlərindən düzəlib. «Sonuncu naz; axırıncı qız» deməkdir.
Tamaraqadın
qadın adı, sadə, qədim yəhudi mənşəli «tamara» – finikiya palması deməkdir. Məcazi mənada «uca boylu, şax qamətli» anlayışını ifadə edir. Gürcü çariçasının adı olmuşdur. Məişətimizə gürcü dilindən rus dili vasitəsilə daxil olmuşdur.
Tamaşaqadın
qadın adı, sadə, fars mənşəli «tamaşa» – baxıb seyr etmə, görməli, baxmalı, seyrəngah; gözəl, göz oxşayan deməkdir.
Tamerlankişi
kişi adı, mürəkkəb XIV – XV əsrlərdə yaşamış məşhur sərkərdə və dövlət başçısı əmir Teymurun «Teymurləng» (Topal Teymur) ləqəbinin avropalılar tərəfindən təhrif olunmuş formasıdır.
Tamiləqadın
qadın adı, sadə, ərəb mənşəli, «təmilə» – ümidverən, ümidverici; əyilmiş, meyl etmiş deməkdir.
Tamillaqadın
qadın adı, düzəltmə, sanskr. «tamilla» – Tamildən olan qız, hind qızı deməkdir.
Tanıq // Tanıkkişi
kişi adı, düzəltmə, qədim azərbaycan mənşəli tanı(maq) + q (k). «Şahid; nişan, göstərici, sübut» deməkdir.
Tanrıqulukişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli tanrı + qulu sözlərindən düzəlib. «Allahın sadiq bəndəsi, tanrıya itaət edən; tanrının nökəri» deməkdir.
Tanrıverdi // Tarverdikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli tanrı + verdi sözlərindən düzəlib. «Allahın verdiyi, tanrının bəxşişi» deməkdir.
Tanrıverdiyev (a)kişi
familiya, Tanrıverdi şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Tansuqadın
qadın adı, mürəkkəb, türk mənşəli tan + su sözlərindən düzəlib. «Səhər şəfəqi» deməkdir.
Tansuluqadın
qadın adı, mürəkkəb, türk mənşəli tan + su +azərbaycan mənşəli –lu (şəkilçi) sözlərindən düzəlib. «Səhər şəfəqləri tək gözəl» deməkdir.
Tapdıqkişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli tap(maq) + dı (keçmiş zaman şəkilçi– si) + q (I şəxs cəm şəkilçi– si). «Əldə etdik; tapılmış» deməkdir.
Tapdıqov (a)kişi
familiya, Tapdıq şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Tarankişi
kişi adı, sadə, yunanca «taran» – hərbdə döyüş üsuludur. Məcazi mənada «qorxmaz, cəsur» deməkdir.
Tarayqadın
qadın adı, mürəkkəb, fars mənşəli tar (gecə, qaranlıq) + azərbaycan mənşəli ay sözlərindən düzəlib. «Gecə görünən ay; qaranlıqda görünən işıq» deməkdir.
Tarifkişi
kişi adı, sadə, ərəb mənşəli, «tarif» – izah etmə, müəyyən etmə deməkdir.
Tariqkişi
kişi adı, sadə, ərəb mənşəli, «tariq» – dan ulduzu, Zöhrə deməkdir.
Tarixkişi
kişi adı, sadə, ərəb mənşəli, «tarix» – keçmiş zaman; cəmiyyətin inkişafı haqqında elm deməkdir.
Tariyel // Taryelkişi
kişi adı, sadə. Gürcü yazıçısı Şato Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasının qəhrəmanının adıdır. «İgid, cəngavər» mənasında işlədilir.
Tarxan // Tərxankişi
kişi adı, sadə, qədim azərbaycan mənşəli «tarxan» – vergidən azad; zadəgan, vali, sərkərdə deməkdir. qədim türk tayfalarında hökmdar titulu olmuşdur. Babək hərəkatında fəal iştirak etmiş mahir sərkərdələrdən birinin adıdır.
Tarzənkişi
kişi adı, düz, azərbaycan mənşəli tar (çalğı aləti) + fars mənşəli –zən (şəkilçi). «Tar çalan, çalğıçı» deməkdir.
Tatlıyev (a)kişi
familiya, Tatlı etn. + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Tavus // Tovuzqadın
qadın adı, sadə, ərəb mənşəli, «tavus» – tovuz quşu; rəngarəng tükləri olan, Cənubi Asiyada yaşayan iri quş adıdır. Gözəlliyinə görə cənnət quşu hesab olunur. Tunc dövründən bəri əbədilik, ölməzlik, padşahlıq, hökmdarlıq timsalı kimi tədbiqi sənətdə işlənməkdədir. Ən qədim zamanlardan türk dövlətlərinin onqonu olmuşdur. Qadın adı kimi digər türk xalqlarında, eləcə də taciklərdə işlənməkdədir.
Tayfunkişi
kişi adı, sadə, çin dilində «tayfın» – böyük külək deməkdir.
Tehrankişi
müşəxsi ad, sadə, Tehranə qadın adı, düzəltmə, ərəb mənşəli, «teyran» sözündən olub «uçan, yüksəkdə olan» deməkdir. Tehran İran İslam Respublikasının paytaxtı və ən qədim şəhərlərindən biri olmaqla Dəmavənd dağı ətəyində, 1100 – 1300 m hündürlükdə yerləşir.
Telbəyimqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli tel + bəyim sözlərindən düzəlib. «Gözəl saçlı xanım, uzun hörüklü qız (qadın)» deməkdir.
Telcanqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli tel + fars mənşəli can sözlərindən düzəlib. «Hörükləri olan əziz, sevimli qız» deməkdir.
Teleyqadın
qadın adı, düzəltmə, azərbaycan mənşəli tel (ziya, şüa) + ey (şəkilçi). «Günəşin şüası, ziyası düşən yer, məkan» deməkdir.
Telıxqadın
qadın adı, düzəltmə, azərbaycan mənşəli «telıx» – tel şəklində ağ və kövrək şirniyyat növüdür. Məcazi mənada «şirin, şəkər» deməkdir.
Tellərqadın
qadın adı, düzəltmə, azərbaycan mənşəli tel + lər (kəm. şəkilçi– si.). «Gözəl saçlı; bağlı, əlaqəli» deməkdir.