Azərbaycan adları

5,039 ad: 3,700 kişi, 1,339 qadın

Saatkişi
müşəxsi ad, sadə, ərəb mənşəli, «saat» – vaxt, məqam; vaxtı ölçmək üçün cihaz deməkdir. Məcazi mənada xoş məqamda, vaxtda doğulan anlayışını ifadə edir.
Saatzərqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, saat + fars mənşəli zər (qızıl) sözlərindən düzəlib. «Qızıl saat» deməkdir.
Sabahkişi
müşəxsi ad, sadə, ərəb mənşəli, «sabah» – səhər; gələcək deməkdir.
Sabahəddin // Səbahəddinqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, «səbahəddin» – dinin gələcəyi deməkdir.
Sabahgül // Sabagülqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, sabah + fars mənşəli gül sözlərindən düzəlib. «Səhər açılan gül, səhər çiçəyi» deməkdir. Sabahgülü, eyni zamanda, sarı, narıncı, tünd qonur çiçəkləri olan gülçülükdə və boyaqçılıqda istifadə olunan bitkinin adıdır.
Sabahnurqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, sabah + nur sözlərindən düzəlib. «Səhərin nuru, aydınlığı, işığı» deməkdir.
Sabahşənqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, sabah + şən sözlərindən düzəlib. «Səhərin sevinci, şənliyi» deməkdir.
Sabahzərqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, sabah + fars mənşəli zər sözlərindən düzəlib. «Səhər şəfəqi» deməkdir.
Şabankişi
kişi adı, sadə, ərəb mənşəli, «şaban» – cavan, gənc, dəliqanlı, igid deməkdir. Bu adı çox zaman hicri təqvimin səkkizinci ayının adı olan «şəban» sözü ilə qarışdırırlar.
Şabanov (a)kişi
familiya, Şaban şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Sabat // Səbatqadın
qadın adı, sadə, ərəb mənşəli, «səbat» – dözüm, mətanət deməkdir.
Sabbar // Səbbarkişi
kişi adı, düzəltmə, ərəb mənşəli, «səbr» sözü ilə bağlı olub «səbr edən, dözümlü, təmkinli» deməkdir.
Sabiqkişi
kişi adı, sadə, Sabiqə qadın adı, düzəltmə, ərəb mənşəli, «sabiq» – keçən, keçmiş, əvvəlki deməkdir.
Sabirkişi
kişi adı, sadə, Sabirə qadın adı, düzəltmə, ərəb mənşəli, «sabir» – səbr edən, dözümlü, dəyanətli deməkdir. Təxəllüs kimi azərbaycan mənşəli şairi, satirik, müəllim və ictimai xadim Mirzə Ələkbər Zeynalabdin oğlu Tahirzadəyə məxsusdur.
Sabirov (a)kişi
familiya, Sabir şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Sabitkişi
kişi adı, sadə, Sabitə qadın adı, düzəltmə, ərəb mənşəli, «sabit» – səbatlı, dəyişməz; möhkəm, bərk, məğlubedilməz deməkdir. Təxəllüs kimi azərbaycan mənşəli şairi və pedaqoqu Məmmədəli Manafzadəyə məxsusdur.
Sabit Rəhmankişi
təxəllüs XX əsr azərbaycan mənşəli yazıçısı və dramaturqu Sabit Kərim oğlu Mahmudova məxsusdur.
Sabitnurkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, sabit + nur sözlərindən düzəlib. «Möhkəm işıq, məğlubedilməz nur» deməkdir.
Sabitoğlukişi
təxəllüs azərbaycan mənşəli bəstəkarı Emin Sabit oğlu Mahmudova aiddir.
Sabutaykişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, sabit + azərbaycan mənşəli ay sözlərindən düzəlib. «Möhkəm, məğlubedilməz, dəyişilməz ay» deməkdir.
Sacidəqadın
qadın adı, sadə, ərəb mənşəli, «sacidə» – namaz qılan, ibadət edən deməkdir.
Saçlıqadın
qadın adı, düzəltmə, azərbaycan mənşəli saç + lı (bir şeyin varlığını ifadə edən şəkilçi). «Uzun saçları, hörükləri olan qız (qadın)» deməkdir.
Sadadkişi
kişi adı, sadə, ərəb mənşəli, «sadad» – doğruluq, haqq, insaf deməkdir.
Sadaq // Sadaxkişi
kişi adı, sadə. Əsli qədim azərbaycan mənşəli «saydaq» sözündən olub süvarilərə məxsus silahları (ox, kaman və s.) daşımaq üçün istifadə edilən qab; oxqabı; silah qını deməkdir.
Sadatkişi
kişi adı, sadə, ərəb mənşəli, «sadat» – seyidlər deməkdir.
Sadatxankişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, sadat + azərbaycan mənşəli xan sözlərindən düzəlib. «Seyidlərin başçısı, ağaların böyüyü» deməkdir.
Sadaykişi
kişi adı, sadə, ərəb mənşəli, «saday» – sayılan, hörmət edilən deməkdir.
Sadəgülqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, sadə + fars mənşəli gül sözlərindən düzəlib. «Sadə çiçək, boyasız, bəzək – düzəksiz gözəl» deməkdir.
Sadətqadın
qadın adı, sadə, ərəb mənşəli, «sadət» – düzgünlük, ədalət deməkdir.
Sadiq // Sadıq // Sadıxkişi
kişi adı, sadə, Sadiqə qadın adı, düzəltmə, ərəb mənşəli, «sadiq» – sədaqətli; doğru; düz, düzgün; vəfalı deməkdir. Şiələrin altıncı imamı Cəfərin təxəllüsü idi.
Sadirkişi
kişi adı, sadə, ərəb mənşəli, «sadir» – zahir olan, baş verən, yaranan deməkdir.
Şadiyə // Şadiyyəqadın
qadın adı, düzəltmə, fars mənşəli «şadi + yə (yyə)» – şadlıq, sevinc deməkdir.
Sadıqcankişi
təxəllüs XIX əsr azərbaycan mənşəli tarzəni Sadıq Əsəd oğluna məxsusdur. «Əziz, sevimli Sadıq» deməkdir.
Sadıqəlikişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, sadiq + Əli (imam) sözlərindən düzəlib. «Əliyə sədaqətli» deməkdir.
Sadıqov (a) // Sadıxov (a)kişi
familiya, Sadıq // Sadıx şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Sadıqzadəkişi
familiya, Sadıq şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Şadlinski (skaya)kişi
familiya, Şadılı top. + n + ski (skaya) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Şadman // Şadimankişi
kişi adı, düzəltmə, fars mənşəli «şad + man» – şad olan, sevinən deməkdir.
Şadmanlıkişi
familiya, Şadman şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Safikişi
kişi adı, sadə, ərəb mənşəli, «safi» – saflıq, təmizlik; ürəyi təmiz (adam) deməkdir. Safi, həmçinin Mərakeşdə qədim tarixə malik (XI əsr) şəhərin adıdır.
Safura // Safurəqadın
qadın adı, sadə. qədim yəhudi dilindən ərəb dilinə keçmiş bu sözün mənası «parlaq, işıqlı ulduz» deməkdir.
Şahanəqadın
qadın adı, düzəltmə, fars mənşəli «şah + anə» – şaha layiq, şaha münasib deməkdir.
Şahbacıqadın
qadın adı, mürəkkəb, fars mənşəli şah + azərbaycan mənşəli bacı sözlərindən düzəlib. «Böyük bacı» deməkdir.
Şahbağatkişi
kişi adı, mürəkkəb, fars mənşəli şah + azərbaycan mənşəli bağat sözlərindən düzəlib. «Böyük bağlıq» deməkdir.
Şahbanuqadın
qadın adı, mürəkkəb, fars mənşəli şah + banu sözlərindən düzəlib. «Hökmdar xanımı, böyük xanım» deməkdir.
Şahbazkişi
kişi adı, sadə, fars mənşəli «şahbaz» – tərlan, şahin (quş); igid, qoçaq deməkdir.
Şahbazikişi
familiya, Şahbaz şəxsi ad + i (fars mənşəli familiya, düzəldən şəkilçi).
Şahbazlıkişi
familiya, Şahbaz şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Şahbazov (a)kişi
familiya, Şahbaz şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Şahbəyimqadın
qadın adı, mürəkkəb, fars mənşəli şah + azərbaycan mənşəli bəyim sözlərindən düzəlib. «Hökmdar xanımı, böyük xanım» deməkdir.
Şahbikəqadın
qadın adı, mürəkkəb, fars mənşəli şah + türk mənşəli bikə sözlərindən düzəlib. «Böyük qız» deməkdir.
Şahikişi
təxəllüs XV – XVI əsrlərdə yaşamış azərbaycan mənşəli şairlərindən birinə məxsusdur. Şah İsmayıl Xətainin sarayında yaşadığı üçün həmin təxəllüsü daşımışdır. «Şahi» – fars mənşəli şaha mənsub deməkdir.
Sahibkişi
kişi adı, sadə, Sahibə qadın adı, düzəltmə, ərəb mənşəli, «sahib» – ağa, cənab,yiyə, səlahiyyətli şəxs deməkdir. «Sahib» adı ərəb mənşəli, yoldaş, tərəfdar mənalarında ilk dəfə Məhəmməd peyğəmbərin tərəfdarlarına verilmişdir.
Sahibcamal // Sahibcəmalkişi
müşəxsi ad, mürəkkəb, ərəb mənşəli, sahib + cəmal sözlərindən düzəlib. «Gözəl, göyçək, gözəlliyə malik» deməkdir.
Sahibəlikişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, sahib + Əli sözlərindən düzəlib. «Əlinin tərəfdarı» deməkdir.
Sahibxankişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, sahib + azərbaycan mənşəli xan (titul) sözlərindən düzəlib. «Cənab hökmdar» deməkdir.
Sahibxanımqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, sahib + azərbaycan mənşəli xanım (titul) sözlərindən düzəlib. «Səlahiyyətli hökmdar qadın (qız)» deməkdir.
Şahidkişi
kişi adı, sadə, ərəb mənşəli, «şahid» – bir hadisəni, əhvalatı öz gözü ilə görmüş adam; gözəl, göyçək deməkdir.
Sahilkişi
kişi adı, sadə, Sahilə qadın adı, düzəltmə, ərəb mənşəli, «sahil» – su obyektlərinin (dəniz, göl, çay) kənarı, su ilə qurunun kəsişdiyi yer deməkdir.
Şahinkişi
kişi adı, sadə, azərbaycan mənşəli «şahin» – möhkəm və əyri dimdiyi olan, uzunqanadlı yırtıcı quşun adıdır.