Azərbaycan adları
5,039 ad: 3,700 kişi, 1,339 qadın
Rabikişi
kişi adı, sadə, Rabiyə qadın adı, düzəltmə, ərəb mənşəli, «rabe» – dördüncü, «rabiyə» – dürdüncü qız deməkdir.
Rabitkişi
kişi adı, sadə, ərəb mənşəli, «rabitə» sözünün ixtisarı olub «əlaqə, münasibət; bağ, bənd» deməkdir.
Racikişi
kişi adı, sadə, Raciyə qadın adı, düzəltmə, ərəb mənşəli, «raci» – rica edən, xahiş edən deməkdir.
Racihkişi
kişi adı, sadə, fars mənşəli «racih» – başqasından üstün tutulan deməkdir.
Rafael // Rəfailkişi
kişi adı, sadə, qədim yəhudi mənşəli «rafael» – allah müalicə etdi; tanrı sağaltdı deməkdir. Allahın buyuruğunu yerinə yetirən ali mələklərdən birinin adıdır. Bütün ali mələklərdən məhz Rafaelin ixtiyarı var idi ki, Allaha məsləhət versin. şəxsi ad kimi dilimizə italyan dilindən keçib.
Rafəddinkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, «rafe + əd + din» – dini yüksəldən, imanı ucaldan deməkdir.
Rafətkişi
kişi adı, sadə, ərəb mənşəli, «rafət» – əsirgəməmək, lütf və mərhəmət; yüksək, uca, tanınmış, yüksək rütbə deməkdir.
Rafikişi
kişi adı, sadə, ərəb mənşəli, «rafe» – yüksələn, qaldıran, ucaldan deməkdir.
Rafidəqadın
qadın adı, düzəltmə, ərəb mənşəli, «rafidə» – yüksək, uca qadın deməkdir.
Rafiqkişi
kişi adı, sadə, ərəb mənşəli, «rafiq» – yaxşılıq edən, yardım göstərən deməkdir.
Rafizkişi
kişi adı, sadə, ərəb mənşəli, «rafizə» – inkar edən, əl çəkən, dönən deməkdir. «Rafizə» – eyni zamanda, islamiyyət pərdəsi altında islam dininin bir çox qanunlarını inkar edən bir təriqətin adıdır.
Rahibkişi
kişi adı, sadə, Rahibə qadın adı, düzəltmə, ərəb mənşəli, «rahib» – dünya işlərindən uzaqlaşıb monastırda yaşayan və vaxtını ibadətdə keçirən qatı dindar, xristian deməkdir. şəxsi ad kimi «müqəddəs» mənasını ifadə edir.
Rahilkişi
kişi adı, sadə, Rahilə // Rəhilə qadın adı, düzəltmə, ərəb mənşəli, «rəhil» – getmə, yola düşmə; yol gedən, səfərə çıxan deməkdir.
Rahimkişi
kişi adı, sadə, Rahimə qadın adı, düzəltmə, ərəb mənşəli, «rahim» – rəhm edən, birisinin halına acıyan deməkdir. Allahın ləqəblərindən biridir.
Rahmayə // Rəhmayəqadın
qadın adı, mürəkkəb, fars mənşəli rah (məslək) + mayə (təməl, məna) sözlərindən düzəlib. «Məsləkin, əqidənin mənası» deməkdir.
Raidə // Rayidəqadın
qadın adı, sadə, ərəb mənşəli, «raidə» – dərəcə, mərtəbə, hüdud deməkdir.
Raifkişi
kişi adı, sadə, Raifə qadın adı, düzəltmə, ərəb mənşəli, «raif» – ürəyiyumşaq, mərhəmətli, şəfqətli, rəhmli deməkdir.
Raiskişi
kişi adı, sadə, Raisə qadın adı, düzəltmə, ərəb mənşəli, «rəis» sözündə olub «rəhbər, başçı» deməkdir.
Rakibkişi
kişi adı, sadə, ərəb mənşəli, «rakib» – minici, sərnişin deməkdir.
Rakidkişi
kişi adı, sadə, ərəb mənşəli, «rakid» – durğun, sakit, hərəkətsiz (hava, su mənasında) deməkdir.
Ramkişi
kişi adı, sadə, fars mənşəli «ram» – dinc, itaət edən, sözəbaxan deməkdir.
Ramalkişi
kişi adı, sadə, ərəb mənşəli, «rəml» sözündən olub «fal, qumla fal açma» deməkdir.
Ramazankişi
kişi adı, sadə, ərəb mənşəli, «rəməzan» – hicri – qəməri təqviminin doqquzuncu ayının adıdır. Hərfi mənası «istilik, isti, qızışma» deməkdir. Eyni zamanda, bu ay orucluq ayıdır. Adətən, Ramazan adını orucluq ayında doğulmuş oğlan uşaqlarına verirlərəb mənşəli,
Ramazanlıkişi
familiya, Ramazan şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Ramazanov (a)kişi
familiya, Ramazan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ramazanzadəkişi
familiya, Ramazan şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Ramidkişi
kişi adı, sadə, Ramidə qadın adı, düzəltmə, ərəb mənşəli, «ramid» – yandıran, yandırıcı deməkdir.
Ramilkişi
kişi adı, sadə, Ramilə qadın adı, düzəltmə, ərəb mənşəli, «rəml» sözündən olub «qum üstündə çəkilmiş nöqtələr və xətlərlə fala baxan, rəmmal, falçı» deməkdir.
Raminkişi
kişi adı, sadə, yəhudi mənşəli «ramin» – Günəş oğlu, Günəş övladı deməkdir.
Ramiqkişi
kişi adı, sadə, Ramiqə qadın adı, düzəltmə, ərəb mənşəli, «ramiq» – diqqətlə baxan, gözlərini zilləyən deməkdir.
Ramiş // Rəmişkişi
kişi adı, sadə, fars mənşəli «ramiş» – musiqi, çalğı deməkdir. Təxəllüs kimi də işlənir.
Ramiyəqadın
qadın adı, sadə, fars mənşəli «ramiyə» – tabe olan, qulaq asan, itaət edən deməkdir.
Ramizkişi
kişi adı, sadə, Ramizə qadın adı, düzəltmə, ərəb mənşəli, «rəmz» sözündən olub «işarə, nişanə; üstüörtülü danışan» deməkdir.
Raqibkişi
kişi adı, sadə, Raqibə qadın adı, düzəltmə, ərəb mənşəli, «rağib» – rəğbət göstərən; istəyən, arzu edən deməkdir.
Rasətkişi
kişi adı, sadə, fars mənşəli «rasət» – çatan, yetişən, nail olan, müvəffəq olan deməkdir.
Rasətdin // Rasəddinkişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, «rasəddin» – dinə yetişən, imana çatan; dinin başçısı, dinin rəhbəri deməkdir.
Rasikişi
kişi adı, sadə, ərəb mənşəli, «rasih» sözündən olub «sağlam, möhkəm» deməkdir.
Rasifkişi
kişi adı, sadə, ərəb mənşəli, «rasif» – möhkəm, dözümlü deməkdir.
Rasihkişi
kişi adı, sadə, ərəb mənşəli, «rasih» – sağlam, möhkəm; müəyyən bir elmi və fənni yaxşı bilən deməkdir.
Rasilkişi
kişi adı, sadə, ərəb mənşəli, «rasul» sözündən olub «elçi, nümayəndə» deməkdir.
Rasimkişi
kişi adı, sadə, Rasimə qadın adı, düzəltmə, ərəb mənşəli, «rasim» – rəssam, rəsm çəkən, şəkil çəkən deməkdir. Təxəllüs kimi XIX – XX əsr azərbaycan mənşəli rəssamı Nəcəfqulu Nəzərliyə aiddir.
Rasizadəkişi
familiya, Rasi şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Raufkişi
kişi adı, sadə, ərəb mənşəli, «rəuf» – mehriban, ürəyiyumşıq, mərhəmətli, rəhmdil, şəfqətli deməkdir.
Raulkişi
kişi adı, sadə, qədim alm. «rad + vulf» sözlərindən olub «işıqlı qurd, nurlu canavar» deməkdir. Dilimizə rus dili vasitəsilə keçib.
Ravikişi
kişi adı, sadə, ərəb mənşəli, «ravi» – rəvayət edən, hekayə danışan, nağıl söyləyən deməkdir.
Rayaqadın
qadın adı, düzəltmə German dillərində «ray» – şəfəq, günəşin şəfəqi deməkdir. Bu söz rus dilində cins kateqoriyasının əlamətini qəbul etdikdən sonra azərbaycan mənşəli – ya keçmişdir.
Rayətkişi
müşəxsi ad, sadə, ərəb mənşəli, «rayət» – bayraq, ələm deməkdir.
Rayibkişi
kişi adı, sadə, Rayibə qadın adı, düz, ərəb mənşəli, «rayib» – şübhə, şəkk; maraq deməkdir.
Rayihəqadın
qadın adı, sadə, ərəb mənşəli, «rayihə» – gözəl qoxu, xoş iy, ətir deməkdir.
Raykomkişi
kişi adı, mürəkkəb, rus mənşəli «rayonnıy komitet» ifadəsinin qısaldılmış forması olub «rayon komitəsi», «rayon komitəsiin katibi» deməkdir. Sovet dövrü ilə bağlı yaranmış adlardandır. Nadir hallarda təsadüf olunur.
Razikişi
kişi adı, sadə, Raziyə // Raziyyə // Rəziyə qadın adı, düzəltmə, ərəb mənşəli, «razi» – razı olan, məmnun; seçilmiş deməkdir. Rəziyə, eyni zamanda «seçilmiş» mənasında Məhəmməd peyğəmbərin qızı Fatimənin ləqəbidir.
Raziləqadın
qadın adı, düzəltmə, fars mənşəli «razilə» – sirli, əsrarəngiz qadın deməkdir.
Raziməqadın
qadın adı, düzəltmə, fars mənşəli «razimə» – sirli, əsrarəngiz qadın deməkdir.
Razinkişi
kişi adı, sadə. Rus kəndli müharibəsinin başçısı Stepan Timofeyeviç Razinin adını əbədiləşdirmək məqsədilə verilən addır. Sovet dövrü ilə bağlı yaranmışdır.
Renatkişi
kişi adı, sadə, latın mənşəli «renat» – dirilmiş, dirçəlmiş, yenidən canlanmış deməkdir.
Reyhan // Reyhanəqadın
qadın adı, sadə, ərəb mənşəli, «reyhan» – yarpağı və toxumu ətirli olan yeməli və dekorativ bitki adıdır. «Rayihəli, xoş ətirli» deməkdir.
Rəbbanikişi
kişi adı, düzəltmə, ərəb mənşəli, «rəbb + ani» – Allaha mənsub, ilahi deməkdir.
Rəbbikişi
kişi adı, düzəltmə, ərəb mənşəli, «rəbb + i» – mənim ağam deməkdir.
Rəbibkişi
kişi adı, sadə, ərəb mənşəli, «rəbib» – şagird, yetişdirmə; ögey oğul deməkdir.
Rəbiyyəqadın
qadın adı, düzəltmə, ərəb mənşəli, «rəbiiyyə» – bahariyyə, bahar çağını tərənnüm edən şer; tərbiyəçi deməkdir.