Azərbaycan adları
5,039 ad: 3,700 kişi, 1,339 qadın
Qabilkişi
kişi adı, sadə. «Bibliya» da əfsanəvi Adəmin oğullarından birinin qədim yəhudi mənşəli (Qavriil) adıdır; ərəb mənşəli, «qabil» – qabiliyyətli, bacarıqlı, istedadlı deməkdir.
Qabilov (a)kişi
familiya, Qabil şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Qacarkişi
kişi adı, sadə. Qədim türk tayfalarından birinin adıdır. Türkdilli xalqlarda şəxsi ad, familiya, və top. kimi işlənməkdədir.
Qaçaykişi
kişi adı, sadə, azərbaycan mənşəli «qaçmaq» felindən düzəlib. «İrəliyə can atan», «yüyürən» deməkdir.
Qadirkişi
kişi adı, sadə, ərəb mənşəli, «qadir» – qüdrət və qüvvət sahibi, bacarıqlı deməkdir.
Qadirov (a)kişi
familiya, Qadir şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Qafarkişi
kişi adı, sadə, ərəb mənşəli, «ğəffar» – bağışlayan, əfv edən, günahlardan keçən deməkdir.
Qafarlıkişi
familiya, Qafar şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Qafarov (a)kişi
familiya, Qafar şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Qafarzadəkişi
familiya, Qafar şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Qafilkişi
kişi adı, sadə, ərəb mənşəli, «qafil» – qayıdan; qapayan, bağlayan deməkdir.
Qafiləqadın
qadın adı, sadə, ərəb mənşəli, «qafilə» – karvan deməkdir.
Qafqazkişi
kişi adı, sadə. Qafqaz dağlarının adından götürülüb.
Qafqazlıkişi
familiya, Qafqaz top. + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi). Təxəllüs kimi azərbaycan mənşəli əməkdar artisti Hacıməmməd Ələkbər oğlu Quliyevə aiddir.
Qafurkişi
kişi adı, sadə, ərəb mənşəli, «ğəfur» – bağışlanılmış, əfv olunmuş, günahlarından keçilmiş deməkdir.
Qafurov (a)kişi
familiya, Qafur şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Qahirkişi
kişi adı, sadə, Qahirə qadın adı, düzəltmə, ərəb mənşəli, «qahir» – məhv edən, üstün gələn, qalib deməkdir.
Qailkişi
kişi adı, sadə, Qailə qadın adı, düzəltmə, ərəb mənşəli, «qail» – inanan, etiraf edən, razı qalan deməkdir.
Qaimkişi
kişi adı, sadə, Qaimə qadın adı, düzəltmə, ərəb mənşəli, «qaim» – ayaq üstdə duran; öz yerində olan, yerini tutan deməkdir.
Qaimov (a)kişi
familiya, Qaim şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Qalibkişi
kişi adı, sadə, Qalibə qadın adı, düzəltmə, ərəb mənşəli, «ğalib» – üstün gələn, qələbə çalan, müzəffər deməkdir.
Qalibov (a)kişi
familiya, Qalib şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Qambaykişi
kişi adı, mürəkkəb «Qam» – müxtəlif türk dillərində cadugər, şaman, nağıl danışan və s. mənalarında işlənir; bay=bəy. «Çoxbilən, uzaqgörən, gələcəkdən xəbər verən bəy» deməkdir.
Qanboykişi
kişi adı, mürəkkəb «Qan» – qədim türk dillərində ulu, böyük; və «boy» – bölük, nəsil, tayfa. «Ulu nəsil, böyük tayfa» deməkdir.
Qandal Nağıkişi
ləq. azərbaycan mənşəli – nın keçmiş Qazax qəzasında qaçaq hərəkatı başçısı Nağı Nəsib oğluna aiddir. Ləqəb katorqa cəzası ilə əlaqədar yaranıb.
Qantəmirkişi
təxəllüs azərbaycan mənşəli satirik yazıçısı Qafur Cəbi oğlu Əfəndiyevə aiddir. Mənası «möhkəm dəmir» deməkdir.
Qapaqov (a)kişi
familiya, Etnonim mənşəlidir.
Qaplankişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli «qaplan» – yırtıcı heyvan, bəbir deməkdir. Antroponim kimi «igid, qoçaq, cəsarətli» mənasındadır.
Qarakişi
kişi adı, sadə. Türk dillərində, o cümlədən azərbaycan mənşəli dilində «kara // qara» – tünd, tutqun rəng; böyük; güclü; qaranlıq və s. mənaları ifadə edir. Antroponim kimi «qaraşın; böyük, güclü» deməkdir.
Qarabalakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli qara (qaraşın) + bala (övlad, uşaq, oğul, oğlan) sözlərindən düzəlib. «Qaraşın oğlan» deməkdir.
Qaracakişi
kişi adı, sadə, azərbaycan mənşəli «qaraca» – əzəmətli, nəhəng, güclü deməkdir.
Qaracadağikişi
familiya, Qaracadağ top. – dən və –i (mənsubiyyət bildirir) şəkilçi – dən düzəlib.
Qaracazadəkişi
familiya, Qaraca şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Qaradağlıkişi
familiya, Etnonim mənşəlidir.
Qaragiləqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli qara (burada tünd rəng) + gilə (xırda dənəli meyvə; göz) sözlərindən düzəlib. «Qaragözlü qız», «dadlı qız» deməkdir. Eyni zamanda qara rəngli turş giləmeyvənin adıdır.
Qaragözqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli qara (tünd rəng) + göz sözlərindən düzəlib. «Qaragözlü qız» deməkdir.
Qarakişikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli qara (burada güclü, qüvvətli) + kişi sözlərindən düzəlib. «Güclü, qüvvətli kişi» deməkdir.
Qaralov (a)kişi
familiya, Qaralı etn. + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Qaraqaşlıkişi
familiya, «Qaraqaşlı tayfasına mənsub» deməkdir.
Qaraşkişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli qara (tünd rəng, tutqun rəng) + ş (kiçiltmə və əzizləmə mənası ifadə edir). «Qaraşın, qarabuğdayı oğlan» deməkdir.
Qaraşov (a)kişi
familiya, Qaraş şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Qarasultankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli qara + ərəb mənşəli, sultan sözlərindən düzəlib. «Qaraşın hökmdar; böyük, güclü, əzəmətli padşah» deməkdir.
Qaratelqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli qara (tünd rəng) + tel (saç) sözlərindən düzəlib. «Qara saçlı qız; qara hörüklü qız» deməkdir.
Qaravəliyev (a)kişi
familiya, Etnonim mənşəlidir.
Qaraxankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli qara (böyük) + xan (titul) sözlərindən düzəlib. «Böyük xan, əzəmətli xan» deməkdir.
Qaraxanov (a)kişi
familiya, Qaraxan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Qarayev (a)kişi
familiya, Qara şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Qarayusifov (a)kişi
familiya, Etnonim mənşəlidir.
Qardaşağakişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli qardaş (əziz, yaxın, doğma) + ağa (kişi, oğlan) sözlərindən düzəlib. «Əziz, doğma oğlan», «yaxın adam» deməkdir.
Qardaşxankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli qardaş (əziz, yaxın, doğma) + xan (titul) sözlərindən düzəlib. «Doğma xan, əziz xan» deməkdir.
Qardaşxanlıkişi
familiya, Qardaşxan şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Qardaşxanov (a)kişi
familiya, Qardaşxan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Qartalkişi
kişi adı, sadə, azərbaycan mənşəli «qartal» – əsasən dağlarda yaşayan yırtıcı quşdur. şəxsi ad kimi «yüksək, uca» deməkdir. Türkdilli xalqlarda dövlət simvolu, toponim, familiya, kimi də geniş yayılmışdır.
Qaryağdıkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli qar (yağmur) + yağdı («yağmaq» felinin keçmiş zaman forması) sözlərindən düzəlib. «Qar yağan gün doğulan uşaq, qarla birlikdə gələn» deməkdir.
Qaryağdı (oğlu)kişi
familiya, Qaryağdı şəxsi ad – ndan düzəlib.
Qasidkişi
kişi adı, sadə, ərəb mənşəli, «ğasıd» – elçi, xəbər aparıb – gətirən deməkdir.
Qasirkişi
kişi adı, sadə, ərəb mənşəli, «qasır» – qısa, qüsurlu deməkdir. Görünür, bəd qüvvələri övladlarından yayındırmağa çalışan valideynlər bu adı seçmişlərəb mənşəli,
Qasımkişi
kişi adı, sadə, ərəb mənşəli, «qasım» – bölən, bölüşdürən, bölücü deməkdir.
Qasımbəylikişi
familiya, Qasım şəxsi ad + bəy (titul) + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Qasımbəyov (a)kişi
familiya, Qasım şəxsi ad + bəy (titul) + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).