Azərbaycan adları
5,039 ad: 3,700 kişi, 1,339 qadın
Padarkişi
kişi adı, sadə.azərbaycan mənşəli – da yaşayan türkmənşəli tayfalardan birinin adıdır.
Padərkişi
kişi adı, sadə, fars mənşəli «padər» – ata deməkdir.
Pakayqadın
qadın adı, mürəkkəb, fars mənşəli pak + azərbaycan mənşəli ay sözlərindən düzəlib. «Təmiz, ləkəsiz ay», məcazi mənada «qüsursuz gözəl» deməkdir.
Pakizəqadın
qadın adı, sadə, fars mənşəli «pakizə» – təmiz, pak, ləkəsiz, xalis, saf gözəl deməkdir.
Pakizərqadın
qadın adı, mürəkkəb, fars mənşəli paki + zər sözlərindən düzəlib. «Saf qızıl, xalis qızıl» deməkdir.
Paknurqadın
qadın adı, mürəkkəb, fars mənşəli pak + ərəb mənşəli, nur sözlərindən düzəlib. «Saf işıq, aydın parıltı» deməkdir.
Paksoyqadın
qadın adı, mürəkkəb, fars mənşəli pak + türk mənşəli soy sözlərindən düzəlib. «Pak nəsilli, nöqsansız» deməkdir.
Palatürkkişi
kişi adı, mürəkkəb, türk mənşəli pala (qəmə) + türk sözlərindən düzəlib. «Türk qəməsi» deməkdir.
Palavandkişi
kişi adı, mürəkkəb, türk mənşəli pala (qəmə, bıçaq) + vand (düz) sözlərindən düzəlib. «Düz bıçaq; iti qəmə» deməkdir.
Palavandov (a)kişi
familiya, Palavand şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Pambıqqadın
qadın adı, sadə, azərbaycan mənşəli «pambıq» – çoxillik, təsərrüfat əhəmiyyətli bitkinin adıdır. Məcazi mənada «yumşaq, həlim, mülayim; təmiz, ləkəsiz» deməkdir.
Papaqçıyev (a)kişi
familiya, Etnonim mənşəlidir.
Parlaqqadın
qadın adı, düzəltmə, azərbaycan mənşəli «parla + q» – işıldayan, parıltılı, işıltılı deməkdir.
Paşakişi
kişi adı, sadə, türk mənşəli «paşa» – fars mənşəli «padşah» sözünün ixtisar forması olub ali hərbi və mülki məmurların fəxri tituludur. «Ağa, cənab, hökmdar» deməkdir.
Paşabəyimqadın
qadın adı, mürəkkəb, türk mənşəli paşa + azərbaycan mənşəli bəyim sözlərindən düzəlib. «Şah xanımı» deməkdir.
Paşabəylikişi
familiya, Paşa şəxsi ad +bəy (titul) + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Paşacankişi
kişi adı, mürəkkəb, türk mənşəli paşa + fars mənşəli can sözlərindən düzəlib. «Əziz hökmdar» deməkdir.
Paşacanov (a)kişi
familiya, Paşacan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Paşalıkişi
familiya, Paşa şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Paşayev (a)kişi
familiya, Paşa şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Paşazadəkişi
familiya, Paşa şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Paygülqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli pay (sovqat, hədiyyə, bəxşiş) + fars mənşəli gül sözlərindən düzəlib. «Hədiyyəsi gül olan; bəxtinə, taleyinə çiçək düşmüş qız (qadın)» deməkdir.
Payızqadın
qadın adı, sadə, azərbaycan mənşəli «payız» – ilin fəsillərindən birinin adıdır. Bərəkət, bolluq, rəngarənglik, çiçəklik fəsli kimi qarşılanır. Antroponim kimi «sovqat; bolluq, nemətli, bərəkətli» mənası əsas götürülür.
Paynazqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli pay + fars mənşəli naz sözlərindən düzəlib. «Hədiyyəsi naz olan; bəxtinə, taleyinə naz düşmüş qız (qadın)» deməkdir.
Paynurqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli pay + ərəb mənşəli, nur sözlərindən düzəlib. «Hədiyyəsi işıq olan; parlaq taleli, qisməti aydınlıq olan qız (qadın)» deməkdir.
Payzərqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli pay + fars mənşəli zər (qızıl) sözlərindən düzəlib. «Qızıl hədiyyə; qiymətli sovqat, bəxşiş» deməkdir.
Pekşənqadın
qadın adı, mürəkkəb, türk mənşəli pek + fars mənşəli şən sözlərindən düzəlib. «Çox şən, çox firavan» deməkdir.
Pektaşkişi
kişi adı, mürəkkəb, türk mənşəli pek + taş sözlərindən düzəlib. «Bərk daş; igid, yenilməz, sarsılmaz» deməkdir.
Pektürkkişi
kişi adı, mürəkkəb, türk mənşəli pek + türk sözlərindən düzəlib. «Güclü türk» deməkdir.
Peykanqadın
qadın adı, sadə, fars mənşəli «peykan» – oxun ucundakı itiuclu dəmir; kiprik; məcazi mənada könül ovlayan gözəl deməkdir.
Peykərqadın
qadın adı, sadə, fars mənşəli «peykər» – surət, çöhrə, üz; gözəl; rəsm edilmiş, nəqş edilmiş deməkdir.
Peymanqadın
qadın adı, sadə, fars mənşəli «peyman» – and, əhd; bağışlama, razılaşma; müqavilə, saziş deməkdir.
Pəhləvan // Pəhlivankişi
kişi adı, sadə, fars mənşəli «pəhləvan» – çox güclü adam; qəhrəman, igid deməkdir.
Pəlilov (a)kişi
familiya, Etnonim mənşəlidir.
Pənahkişi
kişi adı, sadə, fars mənşəli «pənah» – sığınma, daldalanma; ümid, güman; himayəçi, arxa deməkdir.
Pənahlıkişi
familiya, Pənah şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Pənahov (a)kişi
familiya, Pənah şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Pəncəlikişi
kişi adı, düzəltmə, fars mənşəli pəncə + azərbaycan mənşəli –li (şəkilçi). «İri əl – ayaq», məcazi mənada «güclü, qüvvətli» deməkdir.
Pəriqadın
qadın adı, sadə, fars mənşəli «pəri» – dini əsatirlərdə cinlərin çox gözəl və cazibəli qadın şəklində təsəvvür olunan qismi; gözəl qadın surətində sehirbaz və cadugər; məcazi mənada çox gözəl qadın, qız; füsunkar deməkdir.
Pəricahanqadın
qadın adı, mürəkkəb, fars mənşəli pəri + cahan sözlərindən düzəlib. «Dünya pərisi, dünya gözəli» deməkdir.
Pəricamalqadın
qadın adı, mürəkkəb, fars mənşəli pəri + ərəb mənşəli, cəmal sözlərindən düzəlib. «Pəri üzlü, gözəl, göyçək» deməkdir.
Pəricanqadın
qadın adı, mürəkkəb, fars mənşəli pəri + azərbaycan mənşəli can sözlərindən düzəlib. «Əziz, sevimli pəri, istəkli gözəl» deməkdir.
Pəriçöhrəqadın
qadın adı, mürəkkəb, fars mənşəli pəri + çöhrə sözlərindən düzəlib. «Pəri üzlü, gözəl, göyçək» deməkdir.
Pərigülqadın
qadın adı, mürəkkəb, fars mənşəli pəri + gül sözlərindən düzəlib. «Pəri kimi gül», məcazi mənada «pəri kimi qız, füsunkar gözəl» deməkdir.
Pərinaz // Pərnazqadın
qadın adı, mürəkkəb, fars mənşəli pəri + naz sözlərindən düzəlib. «Pəri kimi nazlı, işvəli gözəl» deməkdir.
Pərinişanqadın
qadın adı, mürəkkəb, fars mənşəli pəri + nişan sözlərindən düzəlib. «Pəri nişanlı, pəriyə bənzər» deməkdir.
Pərinisəqadın
qadın adı, mürəkkəb, fars mənşəli pəri + ərəb mənşəli, nisə sözlərindən düzəlib. «Pəri kimi qadın (qız); gözəl» deməkdir.
Pəriruxqadın
qadın adı, mürəkkəb, fars mənşəli pəri + rux sözlərindən düzəlib. «Pəri çöhrəli, pəri üzlü, füsunkar gözəl» deməkdir.
Pərişan // Pərşanqadın
qadın adı, sadə, fars mənşəli «pərişan» – dağınıq, pərakəndə; qayğılı gözəl deməkdir.
Pərixanqadın
qadın adı, mürəkkəb, fars mənşəli pəri + azərbaycan mənşəli xan (titul) sözlərindən düzəlib. «Pəriyə bənzər hökmdar; gözəl, füsünkar ağa» deməkdir. Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynamış iki qadın bu adı daşımışdır. Onlardan biri I Şah İsmayılın, o birisi isə I Təhmasibin qızı idi.
Pərixanımqadın
qadın adı, mürəkkəb, fars mənşəli pəri + azərbaycan mənşəli xanım (titul) sözlərindən düzəlib. «Pəriyə bənzər xanım, füsunkar, gözəl qadın» deməkdir.
Pərvankişi
kişi adı, Pərvanə qadın adı, sadə, fars mənşəli «pərvanə» – kəpənək, məcazi mənada özünü eşq yolunda yandıran, vəfalı, sədaqətli deməkdir.
Pərvanəyev (a)kişi
familiya, Pərvanə şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Pərvazkişi
müşəxsi ad, sadə, fars mənşəli «pərvaz» – uçma, uçuş, qanadlanma deməkdir.
Pərvərkişi
müşəxsi ad, sadə, fars mənşəli «pərvər» – bəsləyən, tərbiyə verən, yetişdirən deməkdir.
Pərvinkişi
müşəxsi ad, sadə, Pərvinə qadın adı, düzəltmə, fars mənşəli «pərvin» – Ülkər ulduzu, Yeddiqardaş (Sürəyya) ulduzu deməkdir.
Pərvinazqadın
qadın adı, mürəkkəb, fars mənşəli pərvin + naz sözlərindən düzəlib. «Nazlı Ülkər» deməkdir.
Pərvizkişi
müşəxsi ad, sadə, fars mənşəli «pərviz» – parlaq, aydın; pərvaz edən, qanadlanan deməkdir.
Pərzad // Pərizadqadın
qadın adı, mürəkkəb, fars mənşəli pəri + zad (ə) sözlərindən düzəlib. «Pəridən doğulmuş, pəri balası», məcazi mənada «gözəl ananın gözəl balası» deməkdir.
Pinar // Pınarqadın
qadın adı, sadə, türk mənşəli «pınar» – bulaq deməkdir. Ad kimi «saf, büllur gözəl» mənasını bildirir.