Azərbaycan adları
5,039 ad: 3,700 kişi, 1,339 qadın
Ocaqkişi
kişi adı, sadə, azərbaycan mənşəli «ocaq» – mərkəz, mənbə; pir; yurd, doğma yer; od yandırmaq və saxlamaq üçün yer deməkdir.
Ocaqov (a)kişi
familiya, Ocaq şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ocaqqulukişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ocaq (pir) + qulu sözlərindən düzəlib. «Piri ziyarət edən, müqəddəs yerin xidmətçisi» deməkdir.
Ocaqverdikişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ocaq (pir) + verdi («vermək» felinin keçmiş zaman forması) sözlərindən düzəlib. «Pirin verdiyi övlad; müqəddəs yerin bəxşişi» deməkdir.
Odərkişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli od (alov) + ər (kişi) sözlərindən düzəlib. «Odlu, alovlu, yanar adam (kişi)» deməkdir. Zərdüştiliyə görə xeyir allahı Ahuraməzda və onun xanımı Hörmətin kiçik oğlunun adıdır. Odər (Atar ( Azər) od, alov tanrısı sayılıb, ədalət rəmzi kimi qəbul olunurdu. azərbaycan mənşəli mədəniyyətində Odərin təsviri rəmzi butadır.
Ofeliyaqadın
qadın adı, sadə, latın mənşəli, yunanca «opello» sözündən olub «yüksəltmək, ucaltmaq, artırmaq» deməkdir. Bədii ədəbiyyat vasitəsilə dilimizə keçmişdir.
Oğuzkişi
kişi adı, sadə, qədim türk mənşəli «okiz ( oğuz» – nəsil; böyük, davamlı, artan nəsil deməkdir. qədim türk tayfalarından birinin adıdır.
Oktaedrkişi
kişi adı, mürəkkəb, yunanca «oktaedr» – səkkiz üz deməkdir. Düzgün çoxüzlünün beş növündən birinin adıdır.
Oktaşkişi
kişi adı, mürəkkəb, türk mənşəli ok (ox) + taş (daş) sözlərindən düzəlib. Məcazi mənada «cəsur, qəhrəman, yenilməz, sarsılmaz» deməkdir.
Oktürkkişi
kişi adı, mürəkkəb, türk mənşəli ok (ox) + türk (etn.) sözlərindən düzəlib. «Türk oxu» deməkdir.
Okuşkişi
kişi adı, mürəkkəb, türk mənşəli ok (ox) + uş (silah) sözlərindən düzəlib. «Oxla silahlanmış» deməkdir.
Ölməzkişi
müşəxsi ad, düzəltmə, azərbaycan mənşəli «ölməz» – əbədi, həmişəlik, həmişəyaşar deməkdir.
Ömərkişi
kişi adı, sadə, ərəb mənşəli, «ömər» – həyati, həyatla əlaqədar olan; zəvvar, ziyarətçi deməkdir. Ərəb xilafətinin ikinci xəlifəsinin adındandır.
Ömərov (a)kişi
familiya, Ömər şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Ömürkişi
kişi adı, sadə, ərəb mənşəli, «ömür» – həyat, yaşayış deməkdir.
Önalkişi
kişi adı, düzəltmə, türk mənşəli «önal» – Yüksəl!, Ucal!, Uca ol! deməkdir.
Önayqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli «ön + ay» – əvvəlki ay, qadaqkı ay deməkdir.
Öncülkişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli «öncül» – qabaqcıl, öndə gedən, başçılıq edən deməkdir.
Önərkişi
kişi adı, mürəkkəb, türk mənşəli «ön + ər» – qabaqcıl, irəlidə gedən adam (kişi) deməkdir.
Öngünkişi
kişi adı, mürəkkəb, türk mənşəli «ön + gün» – əvvəlki gün, ötən gün, keçən gün deməkdir.
Oqtaykişi
kişi adı, mürəkkəb Türk dillərində «oqtay» – eloğlu, bir nəsildən olan, qohum; güclü, qüdrətli, əzəmətli; «oğtay» – ağ dayça; monq. «uqedey ( oqtey ( oqtay» – hakim, hökmdar deməkdir.
Ordukişi
kişi adı, sadə, azərbaycan mənşəli «ordu» – qoşun; dövlətin silahlı qüvvələri deməkdir.
Ordubadikişi
nisbə və familiya, azərbaycan mənşəli yazıçısı, şair, dramaturq, publisist, ictimai xadim Məmməd Səid Hacağa oğluna məxsusdur.
Ordubadlıkişi
familiya, Ordubad top. + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Orduxankişi
kişi adı, mürəkkəb, azərbaycan mənşəli ordu (qoşun) + xan (titul; başçı, sərkərdə) sözlərindən düzəlib. «Qoşun başçısı, sərkərdə; ordunun rəhbəri» deməkdir.
Orduxanov (a)kişi
familiya, Orduxan şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Örgünkişi
kişi adı, sadə, türk mənşəli «örgün» – taxt – tac, səltənət deməkdir.
Ormankişi
kişi adı, sadə, türk mənşəli «orman» – meşə deməkdir.
Örnəkkişi
kişi adı, sadə, azərbaycan mənşəli «örnək» – nümunə, misal deməkdir.
Oruckişi
kişi adı, sadə, fars mənşəli «ruzə» sözündən olub «özünü saxlama, çəkinmə, nəfsini saxlama; pəhriz; xoşbəxt» deməkdir. Əsasən orucluq ayında dünyaya gələn oğlan uşaqlarına verilir.
Orucəlikişi
kişi adı, mürəkkəb, fars mənşəli oruc + ərəb mənşəli, Əli (imam) sözlərindən düzəlib. «Çəkinən, nəfsini saxlayan Əli» deməkdir.
Orucəliyev (a)kişi
familiya, Orucəli şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Orucov (a)kişi
familiya, Oruc şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Orxankişi
kişi adı, mürəkkəb, türk mənşəli or (biçən, kəsən) + xan (titul; başçı) sözlərindən düzəlib. «Biçən, döyüşən xan; döyüşlərin başçısı, sərkərdəsi» deməkdir.
Osmankişi
kişi adı, sadə, ərəb mənşəli, «osman» – ağırtərpənən, astagəl deməkdir. Eyni zamanda Ərəb xilafətinin üçüncü xəlifəsi və Məhəmməd peyğəmbərin ilk tərəfdarlarından birinin adıdır.
Osmanbəykişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, osman (ağırtərpənən) + azərbaycan mənşəli bəy (titul) sözlərindən düzəlib. «Astagəl bəy; ağırtərpənən ağa» deməkdir.
Osmanbəyov (a)kişi
familiya, Osmanbəy şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Osmandəylikişi
familiya, Osman şəxsi ad + bəy (titul) + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Osmanəlikişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, osman + Əli (imam) sözlərindən düzəlib. Ərəb xilafətinin üçüncü və dördüncü xəlifələrinin adlarının birləşməsidir.
Osmanlıkişi
familiya, Osman şəxsi ad + lı (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Osmanov (a)kişi
familiya, Osman şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Osmanxankişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, osman (ağırtərpənən) + azərbaycan mənşəli xan (titul; başçı, hökmdar) sözlərindən düzəlib. «Ağırtərpənən hökmdar» deməkdir.
Osmanzadəkişi
familiya, Osman şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Ötgünkişi
müşəxsi ad, düzəltmə, azərbaycan mənşəli «ötgün» – üstün; təsirli; məlahətli, zərif, ahəngdar, lətif; qüvvətli deməkdir.
Ötkəmkişi
kişi adı, düzəltmə, türk mənşəli «ötkəm» – dilli – dilavər, dikbaş, hazırcavab deməkdir.
Ötkənkişi
kişi adı, düzəltmə, türk mənşəli «ötükən» – Yer tanrısı deməkdir.
Ovçukişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli ov (vəhşi hevanların və quşların əldə edilməsi) + çu (peşə, məşğuliyyət bildirən şəkilçi). «Ovla məşğul olan adam» deməkdir.
Ovçuyev (a)kişi
familiya, Ovçu şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Övlaqadın
qadın adı, sadə, ərəb mənşəli, «övla» – üstün, daha gözəl, daha yaxşı, daha yaraşıqlı deməkdir.
Övliyakişi
kişi adı, sadə, ərəb mənşəli, «övliya» – müqəddəs, təmiz, pak, saf; vəlilər, rəhbərlər, başçılar; müqəddəs pirlər deməkdir.
Övsətkişi
kişi adı, sadə, ərəb mənşəli, «övsət» – ortancıl, orta deməkdir.
Oxçukişi
kişi adı, düzəltmə, azərbaycan mənşəli ox (silah) + çu (peşə, sənət mənası bildirən şəkilçi). «Oxla silahlanmış, ox düzəldən adam» deməkdir. Oxçu, eyni zamanda, qədim türk tayfalarından birinin adı olub toponimlərdə də izini saxlamaqdadır.
Öyüdkişi
kişi adı, sadə, azərbaycan mənşəli «öyüd» – nəsihət, məsləhət deməkdir.
Özalkişi
kişi adı, sadə, türk mənşəli «özal» – şəxsi deməkdir.
Ozankişi
kişi adı, sadə, türk mənşəli «ozan» – aşıq, el şairi deməkdir.
Özbəkkişi
kişi adı, mürəkkəb, qədim türk mənşəli «öz + bək» – əsl igid deməkdir. XIII əsrin əvvəllərində Eldəgəz hökmdarı, atabəy Məhəmməd Cahan Pəhləvanın oğlunun adı olmuşdur.
Özdəmirkişi
kişi adı, mürəkkəb, qədim türk mənşəli «öz + dəmir» – əsl dəmir; möhkəm adam, qoçaq, igid, qəhrəman deməkdir.
Öztürkkişi
kişi adı, mürəkkəb, qədim türk mənşəli «öz + türk» – əsl türk; mənşəcə türk olan deməkdir.