Azərbaycan adları

5,039 ad: 3,700 kişi, 1,339 qadın

Nabatqadın
qadın adı, sadə, fars mənşəli «nəbat» – meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf, kristal şəklində şəkər, şirni; məcazi mənada «ürəyəyatan, xoşagələn»; ərəb mənşəli, «nəbat» – bitki, yaşıllıq deməkdir.
Nabatəlikişi
kişi adı, mürəkkəb, ərəb mənşəli, nəbat (canlı) + Əli (imam sözlərindən düzəlib. «Canlı Əli» deməkdir.
Nadimkişi
kişi adı, sadə, ərəb mənşəli, «nadim» – həmsöhbət deməkdir. Təxəllüs kimi XIX əsr azərbaycan mənşəli şairi Mirzə Baxış Molla Əsədulla oğluna aiddir.
Nadirkişi
kişi adı, Nadirə qadın adı, mürəkkəb, ərəb mənşəli, «nadir» – 1. aztapılan, az təsadüf edilən; fövqəladə, qüdrətli; qeyri – adi, qəribə, əcayib; 2. göy qübbəsinin zenitlə qarşı – qarşıya duran nöqtəsi deməkdir.
Nadirbəylikişi
familiya, Nadir şəxsi ad + bəy (titul) + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Nadirbəyov (a)kişi
familiya, Nadir şəxsi ad + bəy (titul) + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Nadirlikişi
familiya, Nadir şəxsi ad + li (azərbaycan mənşəli familiya, düzəldən şəkilçi).
Nadirov (a)kişi
familiya, Nadir şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Nadirzadəkişi
familiya, Nadir şəxsi ad + zadə (fars mənşəli «oğlu» sözündəndir).
Nafilkişi
kişi adı, Nafilə qadın adı, sadə, ərəb mənşəli, «nafilə» – bihüdə, hədər, boş yerə, nahaq deməkdir.
Nafizkişi
kişi adı, Nafizə qadın adı, sadə, ərəb mənşəli, «nafizə» – nüfuzlu, nüfuz edən, təsir göstərən, hökmü keçən deməkdir.
Nağıkişi
kişi adı, sadə, ərəb mənşəli, «nağı» – saf, pak, təmiz, xalis, əsl deməkdir. Bəzən «ənnağı» formasında da işlənir. «Ənnağı» şiələrin onuncu imamının ləqəbi olmuşdur.
Nağıyev (a)kişi
familiya, Nağı şəxsi ad + y (bitişdirici samit) + ev (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Nahaqqadın
qadın adı, düzəltmə, fars mənşəli na (ön şəkilçi– si) + ərəb mənşəli, «həq» sözündən düzəlib. «Əbəs, əbəs yerə» deməkdir. Qız uşağının doğulmasına təəssüf hissini ifadə edir.
Nahidkişi
kişi adı, sadə, Nahidə qadın adı, düzəltmə, ərəb mənşəli, «nahid» – cavan oğlan; «nahidə» – həddi – buluğa yetişmiş qız deməkdir.
Nahidov (a)kişi
familiya, Nahid şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Naibkişi
kişi adı,sadə, Naibə qadın adı, düzəltmə, ərəb mənşəli, «naib» – vəkil, müavin, canişin; birini əvəz edən, nümayəndə deməkdir.
Naibov (a)kişi
familiya, Naib şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Nailkişi
kişi adı, sadə, Nailə qadın adı, düzəltmə, ərəb mənşəli, «nail» – istəyinə çatan, arzusuna yetişən, müvəffəq olan deməkdir.
Nailov (a)kişi
familiya, Nail şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Naimkişi
kişi adı, sadə, Naimə qadın adı, düzəltmə, ərəb mənşəli, «naim» – səadət, xoşbəxtlik; ağgün, dinclik; salamatlıq, firavanlıq, rifah deməkdir.
Naimov (a)kişi
familiya, Naim şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Nairkişi
kişi adı, Nairə qadın adı, sadə, ərəb mənşəli, «nairə» – od, alov, şölə deməkdir. Bəzən bu adın hər iki cinsdə «nairi» formasına da rast gəlmək olur. Nairi – qədimdə Ön Asiyada, Assuriyanın şm.– da, Urmiya və Van gölləri zonasında yerləşmiş ölkə və bu ölkənin əhalisinə verilən addır.
Nakamqadın
qadın adı, düzəltmə, fars mənşəli «nakam» – kamına yetməyən, arzusuna yetişməyən deməkdir. Təxəllüs kimi XIX – XX əsr azərbaycan mənşəli şairi İsmayılbəy Hacı Məhəmmədbəy oğlu Sədrəddinbəyova aiddir. «Fani» təxəllüsü ilə də yazmışdı.
Namazkişi
kişi adı, sadə, ərəb mənşəli, «namaz» – dindar müsəlmanların gündə beş vaxtda müəyyən qaydalar üzrə icra etməli olduqları ibadətdir. Hərfi mənada «ad almaq, şöhrətə çatmaq» deməkdir.
Namazov (a)kişi
familiya, Namaz şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).
Namdarkişi
kişi adı, düzəltmə, fars mənşəli «namdar» – adlı – sanlı, tanınmış; igid, qəhrəman deməkdir.
Naməddinkişi
kişi adı, mürəkkəb, fars mənşəli nam + ərəb mənşəli, əd – din sözlərindən düzəlib. «Dinin şöhrəti, dinin adını uca tutan» deməkdir.
Namikişi
kişi adı, sadə, fars mənşəli «nami» – adlı, məşhur; bitmə, göyərmə, bitki deməkdir.
Namidkişi
kişi adı, sadə, Namidə qadın adı, düzəltmə, fars mənşəli «namid» – adlı – sanlı, məşhur deməkdir.
Namiq // Namikkişi
kişi adı, sadə, Namiqə qadın adı, düzəltmə, fars mənşəli «namiq» – bəzəyən, zinətləndirən; mədh edən, süsləndirən, vəsf edən; yazıçı, katib deməkdir.
Namiq Kamalkişi
təxəllüs azərbaycan mənşəli xalq artisti İlham Əhmədova aiddir. Üsyankar türk şairi Namiq Kamalın adı ilə bağlıdır.
Namiyəqadın
qadın adı, düzəltmə, fars mənşəli nami + yə. «Adlı – sanlı, məşhur» deməkdir.
Namuskişi
kişi adı, sadə, ərəb mənşəli, «namus» – şərəf, qeyrət, heysiyyət deməkdir.
Nanəqadın
qadın adı, sadə, ərəb mənşəli, «nanə» – çoxillik, ətirli, yeyilən göyərtinin adıdır.
Nanəzərqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, nanə + fars mənşəli zər sözlərindən düzəlib. «Qiymətli, ətirli bitki» deməkdir.
Naraləmqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, nar (od, atəş) + aləm (dünya) sözlərindən düzəlib. «Dünyanı yandırıb – yaxan» deməkdir.
Narbadamqadın
qadın adı, mürəkkəb, fars mənşəli nar + badam sözlərindən düzəlib. «Dadlı meyvə» deməkdir.
Narbaharqadın
qadın adı, mürəkkəb, fars mənşəli nar + bahar sözlərindən düzəlib. «Yaz narı, yaz meyvəsi» deməkdir.
Narbuğdaqadın
qadın adı, mürəkkəb, fars mənşəli nar + azərbaycan mənşəli buğda sözlərindən düzəlib. «Dənləri nar dənəsinə oxşayan buğda» deməkdir.
Nardanqadın
qadın adı, mürəkkəb, fars mənşəli nar + dan (ə) sözlərindən düzəlib. «Nar dənəsi», məcazi mənada «bəxtəvər gözəl» deməkdir.
Nargiləqadın
qadın adı, mürəkkəb, fars mənşəli nar + azərbaycan mənşəli gilə (dənə) sözlərindən düzəlib. «Nar dənəsi, dadlı, şirin» deməkdir.
Nargülqadın
qadın adı, mürəkkəb, fars mənşəli nar + gül sözlərindən düzəlib. «Nar çiçəyi», məcazi mənada «xoşagələn, mülayim» deməkdir.
Naridəqadın
qadın adı, düzəltmə, ərəb mənşəli, «naridə» – odlu , alovlu, oda məxsus deməkdir.
Narıqadın
qadın adı, düzəltmə, ərəb mənşəli, «narı» – odlu , alovlu, atəşli deməkdir.
Narınqadın
qadın adı, sadə, azərbaycan mənşəli «narın» – son dərəcə xırda, toz kimi, zərif, incə, nazik deməkdir.
Narıncqadın
qadın adı, sadə, fars mənşəli «narınc» – xoşiyli, turşməzə sitrus meyvəsinin adıdır.
Narıngülqadın
qadın adı, mürəkkəb, azərbaycan mənşəli narın + fars mənşəli gül (çiçək) sözlərindən düzəlib. «Xırda, incə, zərif çiçək» deməkdir.
Narkomkişi
kişi adı, mürəkkəb, rus mənşəli nar (narodnıy) + kom (komissar) sözlərindən düzəlib. «Xalq komissarı» deməkdir. Sovet dövründə yaranmış adlardandır.
Narmayqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, nar + yunanca may sözlərindən düzəlib. «May ayının istisi, hərarəti», məcazi mənada «xoşagələn, mülayim» deməkdir.
Narminəqadın
qadın adı, mürəkkəb, fars mənşəli nar + minə (mina) sözlərindən düzəlib. «Qırmızı bəzək, naxış» deməkdir.
Narpüstəqadın
qadın adı, mürəkkəb, fars mənşəli nar + püstə sözlərindən düzəlib. «Dadlı meyvə» deməkdir.
Narsevərqadın
qadın adı, mürəkkəb, fars mənşəli nar + azərbaycan mənşəli sevər («sevmək» felinin qeyri – qəti gələcək zaman forması) sözlərindən düzəlib. «Nar meyvəsini sevən, qırmızıyanaq» deməkdir.
Narxanımqadın
qadın adı, mürəkkəb, fars mənşəli nar + azərbaycan mənşəli xanım (titul) sözlərindən düzəlib. «Qırmızıyanaq, hərarətli qadın (qız)» deməkdir.
Naryayqadın
qadın adı, mürəkkəb, ərəb mənşəli, nar + azərbaycan mənşəli yay sözlərindən düzəlib. «Yayın atəşi, yandırıcı isti, od» deməkdir.
Naryazqadın
qadın adı, mürəkkəb, fars mənşəli nar + azərbaycan mənşəli yaz sözlərindən düzəlib. «Yaz hərarəti» deməkdir.
Naseh // Nasihkişi
kişi adı, sadə, ərəb mənşəli, «naseh» – nəsihət edən, öyüd verən, nəsihətçi deməkdir.
Nasihəqadın
qadın adı, düzəltmə, ərəb mənşəli, «naseh» sözündən olub «nəsihət verən, öyüd verən, ağbirçək» deməkdir.
Nasirkişi
kişi adı, sadə, Nasirə qadın adı, düzəltmə, ərəb mənşəli, «nasir» – kömək edən, köməkçi, tərəfdar; yazıçı, ədib deməkdir.
Nasirov (a)kişi
familiya, Nasir şəxsi ad + ov (a) (rus mənşəli familiya, düzəldən şəkilçi).